Rusiyanın müdafiə naziri Bakıya gəlir – SƏBƏB

soyquRusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək. Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də deyil, 25-də baş tutacağı gözlənilir.

Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə reallaşır.

Politoloq Elxan Şahinoğlu səfərlə bağlı fikirlərini bölüşüb:

-Rusiya prezidenti Vladimir Putun xarici siyasətdə qonşu dövlətlərlə əlaqələrə üstünlük verdiyini gizlətmir. Baltik ölkələri çoxdan Avropadadır, Moskvanın separatçılara verdiyi dəstəyə görə Ukrayna və Gürcüstanı itiriblər, ona görə yerdə qalanlarını özlərinə yaxın tutmağa çalışırlar.

Kremldə anlayırlar ki, Azərbaycan cəmiyyəti də Rusiyanın regional siyasətindən narazıdır və Türkiyə ilə strateji müttəfiqliyə üstünlük verir. Ancaq Kreml döyüşsüz təslim olmaq istəmir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilk səfərini Türkiyəyə reallaşdırdı, dərhal onu Moskvaya dəvət etdilər. Azərbaycanın və Türkiyənin müdafiə nazirləri qarşılıqlı səfərlər etdilər, indi də Rusiyanın müdafiə naziri Bakıya gəlir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanda keçiriləcək dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək. Bu yarışlar nədirsə bizə faydası yoxdur, əks halda Ermənistanın Azərbaycana qarşı sərhəd təxribatından sonra Rusiya işğalçı dövlətə tonlarla hərbi yük daşımazdı.

araz.az

Əlaqəli xəbərlər