Rabitə Kollecində baş verən qətl aranı qarışdırıb

Kollecin direktoru istintaqa cəlb olunub

Yasamal rayonu ərazisində yerləşən Rabitə Kollecində bir neçə gün əvvəl tələbənin döyülərək qətlə yetirilməsi rayon prokuorluğunun kollogin rəhbərliyini istintaqa cəlb etməsinə səbəb olub.

Bu barədə qəzetimizə məlumat verən müəllimlərdən birinin sözlərinə görə, kimliyi hələ tam dəqiqləşdirilməyən Abuzər adlı şəxs martın 7-də kollecin kollegin “Mühasibat uçotu” fakultəsinin I kurs tələbəsi Qüdrət Əliyevlə qız üstündə mübahisə etdikdən sonra ona baş nahiyəsi ilə bir neçə dəfə zərbə endirib. Nəticədə ciddi xəsarətlər alan yaralı xəstəxanaya aparılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Cəlilabad rayon sakini olan Qüdrət Əliyev xəstəxanada keçinib: “Hazırda bu qətl hadisə ilə bağlı nəinki Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü və 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb və hadisənin nəinki şahidləri, hətta kollecin rəhbərliyinin də ifadəsini almağa başlayıblar”.

Müsahibimizin sözlərinə görə,  artıq kollecin direktoru Əmirşah müəllimdən tutmuş müavinlərinə, həmçinin şöbə müdirlərinə qədər hamısının ifadəsi alınır: “Prokurorluq kollecin rəhbərliyindən tələbələrə nəzərtsizliyin səbəblərini sorur. Bu isə Əmirşah müəllimi çox əndişələndirir. İş o yerə çatıb ki, bir neçə gündür Əmirşah müəllim “onsuz da səhhətimə imkan vermir işləməyə. Bu qətl hadisəsindən rahat çıxa bilsək, mən də rahat işdən gedərəm” deyərək, artıq özünü çətin psixoloji vəziyyətlərə hazırlmağa çalışır”.

Müsahibimiz onu da iddia edib ki, kollec rəhbərliyi vəziyyətdən çıxmaq üçün prokurorluqla “dil” tapmağa da can atır: “Lakin hələki nəticə yoxdur”.

Bu arada isə kollec direktorunun müavinlərindən birinin çox fəallaşdığı və bu qətl hadisəsindən direktora qarşı önəmli bir “silah” kimi istifadə etməyə çalışdığını deyir: “Adını çəkmirəm, amma şübhə etmirəm ki, Əmirşah müəllim söhbətin kimdən getdiyini yaxşı bilir. Həmin şəxs müəyyən dairələrə çıxaraq, “Əmirşah artıq işinin öhdəsindən gələ bilmir. Səhhəti də yaxşı deyil. Bu səbəblərdən də kollecdəki vəziyyət nəzarətdən çıxır. İş o yerə çatıb ki, kənar yerlərdən kollecə gəlib tələbələri öldürürlər. Əmirşah və bir neçə pulyığanının işi isə kabinetlərində oturub, ssesiyalar zamanı nə qədər pul toplaya biləcəklərini proqnozlaşdırmaqdan ibarətdir”, - deyərək, Əmirşah müəllimin “fatihə”sini verdirməyə bütün gücü ilə çalışır. Buna nə dərəcə nail olacağını bilməsəm də, dediklərində həqiqət yükü kifayət qədərdir”.

Məlumat redaksiyamıza gec daxil olduğundan məsələyə kollec rəhbərliyinin mövqeyini öyrənə bilmədik. Ancaq istənilən sayımızda onlara bu şəraiti yaratmağa hazır olduğumuzu da diqqətə çadırırıq.

Malik MİRZƏ

Əlaqəli xəbərlər