Hacıbala Abutalıbovun oğlunun adı “DEAŞ” terror qruplaşmasında – AÇIQLAMA

nocomment a94933621d99e40a2436fcd3dab15bdb z0e78afg9ji5hylob1wc 640x336 1“Biz ilk mərhələdə Rusiyanın buradakı şəbəkəsini çökdürməliyik”.

araz.az  xəbər verir ki, bunu konkret.az-a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Əli Həsənov xəstəliyinə görə Türkiyəyə gedib: “Əli Həsənov bundan öncə də Almaniyada çox ciddi əməliyyat keçirib. Onun çox ciddi ürək problemi var. Səhhəti ilə bağlı hazırda xaricdədir. Təbii ki, onunla bağlı cinayət işi qaldırılarsa, Əli Həsənov Azərbaycana qayıda bilər. Əgər qayıtmasa, o zaman axtarışa verilə bilər.

Hazırda ölkə ərazisində 5-ci kolonun Rusiya qanadının neytrallaşması gedir. Təbii ki, bununla yanaşı FETÖ, DEAŞ və digər təhlükəli terror qruplaşmaları ilə əlaqəsi olan qüvvələr də neytrallaşmalıdır. Bir zamanlar mətbuatda Hacıbala Abutalıbovun oğlunun DEAŞ kimi təhlükəli terror qruplaşmasına pul göndərdiyi deyilirdi. Bunların hamısı aydınlaşdırılmalıdır. Biz ilk mərhələdə Rusiyanın buradakı şəbəkəsini çökdürməliyik.

Çünki dövlətimizə ən real təhlükə Rusiyadan qaynaqlanır. Demək olar ki, ölkəmizdə FETÖ kifayyət qədər neytrallaşdırılıb. Bu gün dövlətimiz ictimai rəylə razılaşır. Tofiq Yaqublunun ev dustaqlığına buraxılması bir daha bunu sübut etdi. Xalqla birlikdə dövlətimiz irəliyə gedir. Biz bu cəbhəni daha da genişləndirməliyik.

“Əgər dövlət xaqla bir yerdə olarsa, heç bir dövlətin və terror qruplaşmasının ölkəmizə heç bir təsiri olmayacaq”.

 

 

 

 

araz.az

Əlaqəli xəbərlər