Nazir oğlunun 1 milyonluq maşını ölkəyə buraxılmadı!

 

Anar Məmmədovun bahalı “Ferrari”si gömrükdən geri qaytarılıb

Azərbaycanda məmur-oliqarxların dəbdəbəli həyat keçirməsi və xalqdan fərqlənmək üçün ən müxtəlif işlərə baş vurmaları heç kimə sirr deyil. Bir qayda olaraq imkanlı şəxslər özlərini daha pullu göstərmək üçün bahalı, ekzotik avtomobillər sürür, bununla fəxr edirlər.

 Onu da nəzərə çatdıraq ki, rəsmi olmasa da, qeyri-rəsmi şəkildə ölkə rəhbərliyi səviyyəsində Azərbaycana qiyməti 250 min manatdan baha olan maşınların gətirilməsinə qadağa qoyulub. Lakin siyasi rəhbərliyin bu qadağasına məhəl qoymaq istəməyən məmur övladları da var. Belə ki, “Araz” qəzetinə məlumatlı mənbələrdən daxil olan məlumata görə, bir neçə gün əvvəl Dövlət Gömrük Xidmətinin əməkdaşları ölkəyə qiyməti 1 milyon manat olan “Ferrari” markalı avtomobilin gətirilməsinin qarşısını alıblar. Belə ki, avtomobil gömrükdən keçirilərkən onun çox bahalı avtomobil olması müəyyənləşib və belə maşının Azərbaycana keçirilməsinə yasaq qoyulduğu bildirilib. Lakin aşını gətirən adam bunun sahibinin nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov olduğunu bildirib. Bundan sonra gömrükçülər rəhbərliklə əlaqə saxlayıblar. Bir qədər sonra isə rəhbərlikdən gələn məlumat belə olub: “Ölkə rəhbərliyi belə avtomobillərin kim tərəfindən gətirilməsindən asılı olmayaraq Azərbaycana buraxılmaması göstərişini verib, bu göstərişə əməl edilməlidir”.

 Bundan sonra həmin avtomobilin ölkəyə buraxılmasının mümkünsüzlüyü barədə avtomobili sənədləşdirmək istəyən adama məlumat verilib. O da öz növbəsində Anar Məmmədovla əlaqə saxlayıb. Bir qədər inad etsələr də, sonda avtomobil Azərbaycana buraxılmayıb və gətirildiyi ölkəyə - İtaliyaya qaytarılıb.

“DÖVLƏTÇİLİK”

Əlaqəli xəbərlər