"MKT -- Ucar" filialının əməkdaşlarına "qara xəbər'

MKT-UCAR.jpg

Rövşən Həsənov 200 ailəni kədərə qərq edib; Baş direktor tərəfindən ölkə başçısının işsizlik siyasətinə qarşı təxribat


Doğrudan da, dolanışığın bu ağır dönəmində "MKT --Ucar" filialının 200 nəfər işçisi üçün, onların hər birinə gecə saatlarında çatdırılan bir xəbərdarlıq məktubu "qara xəbərə" bərabər olub. Filialın cari ilin mart ayının 1-dən bağlanacağı barədə olan bu xəbər, sanki 200 ailəyə hüznlü anlar yaşadıb. Araz.az-ın elektron poçtuna həmin MTK-nın Ramiz Abdulhəmidov, İkram Xəlilov, Ağadadaş Ağalarov, İlqar Həsənov, Nadir Mehdiyev, Elçin Həsənov, İsmayıl Xeyxatı, Famil Baxışıov, Sevda Yolçuyeva, Ədilə Məmmədova, Rəna Əliyeva, Hicayət Abdullayeva, Andrey Ağalarov, Cəfər Həsənov, Mövlud Hacıyev, Ağalar Ağalarov... ad-soyadlı işçiləri tərəfindən daxil olan şikayət xarakterli müraciətdə də, onlar bu ağır xəbərdən sonra hansı hisslər keçirirək, nələr yaşadıqlarını kədər doğuracaq sözlərlə açıq-aydın təsvir ediblər: "Bu xəbərdən sonra, elə bil, bizim hüzürümüz düşdü. Hazırda biz -- "MKT --Ucar" filialının 200 işçisi çıxılmaz bir durumla üz-üzəyik. 1922-ci ildə inşa edilən "MKT -- Ucar" filialı, əslində, 1926-cı ildə Ucar Pambıqtəmizləmə zavodu kimi istifadəyə verilib. Bu pambıqtəmizləmə zavodu sovetlər dönəminin ən məhşur böyük müəssisələrindən biri olub. 2016-cı ildə "MKT -- Ucar" filial olub. Burada 200 nəfər işləyir ki, hər bir işçinin evində 5-6 nəfər ailə üzvü var. Hər bir ailənin yeganə gəlir yeri də, bu müəssisədən aldığı əmək haqqıdır.

Azərbaycanda seysmik aktivlik davam edir - 13 saatda 6 zəlzələ oldu + Cədvəl

zelzele esas 047 1

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanda seysmik aktivlik müşahidə olunur.

“Qafqazinfo” AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən xəbər verir ki, öncə yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda 3,9 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bala yaxın, ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Daha sonra Ağsuda 2, İsmayıllıda 3 dəfə yeraltı təkan olunub. Ağsuda 4,4 bal gücündəki zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Ardınca isə 3 ballıq növbəti təkan baş verib.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

ca8c9efa-e561-4fe8-8147-3c7416c54000.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

"Report" xəbər verir ki, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

4 -dən səhifə 111

Əlaqəli xəbərlər