İtkin jurnalist Camal Kaşıkçının cəsədi tapıldı

kasik1540283097.jpgTürkiyədə itkin düşən ərəb əsilli jurnalist Camal Kaşıkçının cəsədi tapılıb.

 Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, jurnalistin cəsədi su quyusundan tapılıb. Məlumatı “Vətən” partiyasının sədri Doğu Perinçek açıqlayıb.

Cəsədin tapıldığı su quyusu Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun ərazisində yerləşir.

Azərbaycanda növbəti zəlzələ qeydə alındı

zelzele esas 047 1Oktyabrın 23-də Xınalıq stansiyasından 17 km cənub-qərbdə, Qəbələ rayonu ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə araz.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

“Qızıl üstə yatan ölkə” II dünya müharibəsindən necə zəngin çıxdı? – “Nasist qızılı”nın izi ilə…

558228780e8368761c65eb07ccecbfa4.jpg“Banklar sorğulanmaz” tabusu ilə yaşayan İsveçrə 1995-ci ildə böyük bir iddia ilə qarşı-qarşıya qalmışdı. 1995-ci ildə ABŞ-dakı yəhudi qrupları 10 000 ərizə ilə belə bir iddia irəli sürmüşdülər ki, II dünya müharibəsi dövründə Holokost (soyqırım) qurbanlarına məxsus qızıllar İsveçrə Milli Bankına köçürülüb. Təhqiqat Sürixdə və Nyu-Yorkda açılan tribunallar tərəfindən aparılmış və iddialar təsdiqlənmişdi. “Nasist qızılı” adı verilən məhkəmə işinə baxan ABŞ hakimi Eduard R.Korman 2013–cü ildə bəyan edir ki, soyqırım qurbanlarına 1.3 milyard dollar pul ödənib. İlkin ödənmə 1997-98-ci illərdə olub, lakin sonuncu ödəniş 2013-cü ilə qədər çəkib.

"Şəbəkə rəisi Alim Qənbərli günümüzü qara gətirib, hətta bayramlarda da" - CİDDİ İTTİHAM VAR

7DA9DECA 54BE 4EE4 A57F 3F9C432842D1

Tənqidi baxımdan, Masallı rayonu da, elektron mətbuatda adı ən çox hallanan bölgələr sırasındadır. Burada əhalinin harın məmurlardan narazılıqları günü-gündən durmadan artdığından, rayonun kreslo sahibləri daim mətbuatın hədəfindədir. Barəsində ən çox tənqidi yazı dərc olunan belə məmurlardan biri də, Masallı Elektrik Şəbəkəsinin rəisi Alim Qənbərlidir. Onun xosagəlməz fəaliyyəti ilə bağlı narazı sakinlərin şikayət xarakterli çoxsaylı müraciətləri yuxarı instansiyalara da unvanlanır. Lakin bu müraciətlərə cavab almaq müşkülə çevrilib, sakinlərin işıqla bağlı paytaxta ünvanladıqları çoxsaylı şikayətlərdə göstərilən ciddi faktları hələ də eşidən yoxdur. 

"ARAZ" MEDİA QRUPUNUN KOLLEKTİVİ MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINI TƏBRİK EDİR

16F9518D 6E79 4FC8 89AF 9E025AFAAF13
18 Oktyabr -- Dövlət Müstəqilliyi Günü münasibətilə, "Araz" Media Qrupunun kollektivi  dərin ehtiram, sevgi dolu təbrikini xalqımıza çatdırıb. Təbrik müraciətinin əsas mötivində xüsusi olaraq vurğulanır ki, ikinci dəfə dövlət müstəqilliyimizin bərpasına nail olduğumuz bu şərəfli gün, bizi, öz çoxdankı arzumuza qovuşdurdu:

9 -dən səhifə 111

Əlaqəli xəbərlər