BIZİM QƏRİBƏ İNSTİTUTUMUZ...

...Bura, sanki azərbaycanlıların deyil

Elmin düşməni olan vəzifəlilər gerçək alimlərimizə “meydan vermirlər”

Caqif-ceferov

Müstəqil Azərbaycan elminin acınacaqlı durumu heç kəsə sirr deyil. Bərbad vəziyyətə salınmış Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) haqqında da çox yazılıb. Ona görə, uzunçuluğa lüzum görmür, bir elm adamı olaraq, hər gün gözlərim qarşısında baş verən qəribəlikləri nəzər-diqqətinizə çatdırıram. O qəribəlikləri ki, elmimizin inkişafına sarsıdıcı zərbələr vurub; Yarası uzun zaman sağalana oxşamır, yanğısı elmimizin təəssübünü çəkənlərin qəlbini hələ çox göynədəcək.

Mən də onlardan biriyəm. Və çalışdığım sahədə gördüklərim məni həmişə dəhşətə gətirib.  

ƏKRƏM ƏYLİSLİ “DAŞ YUXULAR”IYLA ÖZÜNÜ DƏFN ETDİ

sabir m

Sabir TARVERDİYEV,
Azərbaycan Milli Dövlətçilik Partiyasının başqanı,
İrəvan Mühacir Hökümətinin rəhbəri

 

Deyirlər ki, dahiliklə dəlilik arasında məsafə həddən artıq kiçik olur. Bəzən adi bir söz, iki kəlmə kifayət edir ki, insanın illər, onilliklər, hətta ömrünün ahıl çağına qədər gizlədə bildiyi gerçək simasını (və ya simasızlığını), qəlbindəki kini, küdurəti üzə çıxarsın, onun bir müddət böyük məharətlə gizlətdiyi, pərdələdiyi qəlp düşüncəsinin, paxırlarının üstünü açsın... Elə hallar da olur ki, bir insana layiq olduğundan daha artıq, hədsiz dərəcədə yüksək qiymət verəndə o, doğrudan da özünü “böyük adam” sanır, böyüklük, dahilik xəstəliyinə tutulur. Fikirləşir ki, yəqin doğrudan da özü pirdir, peyğəmbərdir, söylədikləri də dürrdür, Quran ayəsidir, bəlkə də daha artıqdır... Görünür, artıq bir yazıçı kimi, məsuliyyətsiz davranışına görə qınaq obyektinə çevrilən, mənsub olduğu xalqı (əslində, onun azərbaycanlı, türk olması artıq çox ciddi şübhə doğurur) öz miskin “Daş yuxular”ında təhqir edən, aşağılayan Əkrəm Əylisli (ya da “Aqulis”li Aram) də belələrindəndir.

...Baxımsız mədəniyyət ocaqları

Qiz-qalasi

Həyat tərzi yaşayış şəraitinə görə müxtəlif cür ola bilər və olur da. Kimsə özü üçün həyatını planlı şəkildə gura bilir, kimsə də plan qurmağı İlahiyə aid olduğu üçün hər yaşadığı günə şükür edib, yaşayacağı növbəti günü şükranlıqla gözləyir. Yeri gəlmişkən, hər şeydə Allaha bağlı olmağa çalışan insan maddi dünyanın əsl ideal vətəndaşıdır. Bunu tam aydınlaşdırmağa çalışsam da ola bilsin ki, bəzi məqamlarda səhvə yol verim. Və bunun üçün də yazını oxuyan hər kəsdən üzrlü hesab etmələrini istəyirəm. Söhbət heç də fəlsəfədən getmir, sadəcə insan kimi şəhər həyatı yaşamaqdan gedir...

İlham Əliyev Milli Dövlətçilik Partiyasının və İrəvan Mühacir Hökumətinin 2013 prezident seçkilərində namizədi olacaqdır

ilham-aliyev

Milli Dövlətçilik Partiyasının başqanı və İrəvan Mühacir Hökumətinin prezidenti Sabir Tarverdiyev yeni bəyanat verib. Bəyanatda son aylar Azərbaycandakı proseslərdən tutmuş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətimizdəki uğurlara toxunulub və 2013 prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezidentin yenidən namizədliyinin qətiyyətlə dəstəklənəcəyi vurğulanıb:

DAŞKƏND VƏ DAŞKƏNDLİLƏR

Göyçə mahalının Daşkəndi haqqında nəfis kitab işıq üzü gördü

daskend 

Göyçə Mahalı, Basarkeçər Rayonunun Daşkənd kəndi haqqında çox maraqlı, nəfis tərtibatlı, “Daşkənd və Daşkəndlilər” adlı kitab çapdan çıxıb. Kitabda Daşkənd kəndi haqqında tarixi, coğrafi məlumatlar yer alır, kəndin mədəni həyatı, tanınmış insanları ilə bağlı ətraflı məlumat verilir. Hazırda erməni işğalı altında inləyən bu yurdun didərgin düşmüş və ölkənin, dünyanın müxtəlif yerlərində məskunlaşmış sakinləri – daşkəndlilərin indiki ev ünvanları, əlaqə telefonları da kitabda əksini tapır. Daşkəndin ailə başçılarının 2012-ci ilə qədər olan siyahısı da bu kitabda yer alır. 

 

97 -dən səhifə 112

Əlaqəli xəbərlər