30 AVTORİTET TUTULDU, 2 NƏFƏR ÖLDÜRÜLDÜ

 

Nəriman adlı kriminalın türmədən çıxması münasibətilə Qaraçuxurdakı “Yağmur” restoranında verilən ziyafət qara maskalıların hücumuna məruz qaldı; ölən və yaralananların olduğu deyilir
Dünən saat 19:45 radələrində Bakının Qaraçuxur qəsəbəsindəki “Yağmur” restoranında atışma olub. İlkin məlumatda atışmaya restoranda düşən davanın səbəb olduğu deyilirdi. İlk dəqiqələrdə hadisə yerindən redaksiyamıza daxil olan məlumatda deyilirdi ki, restorana qara maskalılar hücum çəkib və içəridəkiləri tutub. Baş verənlərin mahiyyətini öyrənmək və əlavə bilgilər əldə etmək üçün Qaraçuxur qəsəbəsində yaşayan köşə yazarımız Tofiq Yaqubludan xahiş etdik ki, olay yerinə baş çəksin.
T.Yaqublu hadisə yerinə çatana kimi bəzi təfərrüatlar öyrənə bildik. Məlumatlı mənbənin redaksiyamıza verdiyi informasiyada bildirilirdi ki, ötən gün Nəriman adlı kriminal həbsxanadan çıxması münasibəti ilə “Yağmur” restoranında böyük ziyafət verilirmiş. Nərimanın 2-3 gün öncə türmədən buraxıldığı deyilir. Məclisdə Rusiyandan gələn kriminalların, adam oğrularının da iştirak etdiyi deyilirdi.
T.Yaqublu da hadisə şahidlərinə və başqa mənbələrə istinadən bu məlumatı təsdiqlədi. Köşə yazarımız olay yerindən həmçinin başqa vacib məlumatlar da əldə edib. Həmin məlumatlarda bildirilir ki, kriminal avtoritetlərə qarşı əməliyyatı MTN və DİN birgə keçirib. Xüsusi təyinatlılar hücum etməzdən öncə içəridəkilərə təslim olmaqla bağlı əmr verib. Lakin restorandakılar bu əmrə tabe olmayıb. Bundan sonra içəri səs və tüstü qumbaraları atılıb. Hətta restoranın mətbəxinə də həmin qumbaralardan atıldığına dair iddialar var. Restoranda çalışan ofisiantların yaxınları müxbirimizə deyiblər ki, qara maskalılar restorana daxil olan zaman içəridəkilər silahlı müqavimət göstərib. Deyilənə görə, bu zaman iki nəfər öldürülüb. Öldürülənlərin restoranda tədbir keçirən kriminallardan olduğu söylənir.
T.Yaqublu hadisə yerində onu da eşidib ki, MTN və polis əməkdaşlarına atəş açan Robert adlı kriminal (bəzi mənbələrin iddiasına görə o, həmin məclisdə iştirak etmək üçün Rusiyadan gəlib. Bəzi qaynaqlar isə onun “Əhmədli Robert” kimi tanındığını söyləyir - red.) avtomat silahla xüsusi təyinatlılara qarşılıq verib. Şahidlər T.Yaqubluya deyiblər ki, Robert atışa-atışa restoranın pəncərəsindən düşüb qaçıb.
Başqa bir şahid T.Yaqubluya deyib ki, atışma zamanı restorandan iki nəfər çıxıb. Onlardan biri yaxınlıqdakı “Maşallah” marketə tərəf qaçarkən arxadan odlu silahdan açılan atəşlə yaralanıb. Şahidlər deyir ki, buna baxmayaraq yaralı qaçmağa davam edib. Onun yoldaşı isə restoranın arxa tərəfində gizlənib. Onu polislər yaxalayıb. Hadisədən az sonra “Yağmur” restoranına gedən yollar bağlanıb.
T.Yaqublu bildirdi ki, kriminal aləmin nümayəndələri sözügedən restorana çox bahalı maşınlarla gəlib. Polis onların maşınların nömrələrini çıxarıb. Köşə yazarımız hadisə yerində polislərdən qeyri-rəsmi şəkildə öyrənib ki, əməliyyat zamanı 30-dan artıq kriminal avtoritet saxlanıb.
İlkin məlumatlarda restorandakı atışma zamanı 2 ofisiantın öldürüldüyü deyilirdi. Lakin sonradan bu xəbər təkzib olundu. Öldürülənlərin kriminal qruplaşma üzvlərinin olduğu bildirildi.
***
Nəriman adlı kriminalla bağlı bəzi məlumatlar əldə etmişik. Bu haqda redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin qeydləri: “2000-ci ilin əvvəlində Rusiyada bir dəstə Fransa səfirinin müavinini oğurlamışdı. O cinayətkar dəstənin arasında azərbaycanlılar da vardı, o cümlədən Nəriman. Onları Rusiyada həbs edib, sonra mühakimə etdilər”. Mənbəmiz bildirdi ki, Nəriman cəzasını Rusiya həbsxanasında çəkib. 2008-ci ildə Azərbaycana ekstradisiya olunub. 1 saylı cəzaçəkmə müəssisəsində yatıb. Sonra 1-saylı türmədən 15 saylı ağır rejimli həbsxanaya keçirilib. 2-3 gün bundan qabaq azadlığa buraxılıb
Qaynağımız bildirdi ki, Nəriman avtoritet olmayıb heç vaxt: “Avtoritetlər adam oğrularını qəbul etmirlər”.
Qaraçuxurda keçirilən əməliyyatı Suraxanı Rayon Polis İdarəsindən təsdiqləyiblər.
Deyilənə görə, “Yağmur” restoranı əslən Cəbrayıl rayonundan olan Rauf adlı iş adamına məxsusdur. Onun Qaraçuxur qəsəbəsində “Rauf” adlı şadlıq evi də var. Məlumatlara görə, “Yağmur”un sahibi Rauf da həbs olunub. Onun kriminal aləmlə əlaqələrinin olub-olmadığı araşdırılır.
Sonda aldığımız məlumata görə, əməliyyatın keçirilməsinə səbəb Nərimanın ziyafətində iştirak edən Rusiyadan, Gürcüstandan gəlmiş kriminallar İnterpol xətti ilə axtarışda olublar. Maraqlıdır ki, onlar Azərbaycana gələrkən sərhəddi necə keçiblər. Növbəti sayımızda bu olayla bağlı daha ətraflı bilgi verməyə çalışacağıq.
A.ARAS
www.musavat.com

MTN və DİN Bakıda şok əməliyyat keçirdi

Nəriman adlı kriminalın türmədən çıxması münasibətilə Qaraçuxurdakı “Yağmur” restoranında verilən ziyafət qara maskalıların hücumuna məruz qaldı; ölən və yaralananların olduğu deyilirDünən saat 19:45 radələrində Bakının Qaraçuxur qəsəbəsindəki “Yağmur” restoranında atışma olub. İlkin məlumatda atışmaya restoranda düşən davanın səbəb olduğu deyilirdi. İlk dəqiqələrdə hadisə yerindən redaksiyamıza daxil olan məlumatda deyilirdi ki, restorana qara maskalılar hücum çəkib və içəridəkiləri tutub. Baş verənlərin mahiyyətini öyrənmək və əlavə bilgilər əldə etmək üçün Qaraçuxur qəsəbəsində yaşayan köşə yazarımız Tofiq Yaqubludan xahiş etdik ki, olay yerinə baş çəksin.T.Yaqublu hadisə yerinə çatana kimi bəzi təfərrüatlar öyrənə bildik. Məlumatlı mənbənin redaksiyamıza verdiyi informasiyada bildirilirdi ki, ötən gün Nəriman adlı kriminal həbsxanadan çıxması münasibəti ilə “Yağmur” restoranında böyük ziyafət verilirmiş. Nərimanın 2-3 gün öncə türmədən buraxıldığı deyilir. Məclisdə Rusiyandan gələn kriminalların, adam oğrularının da iştirak etdiyi deyilirdi. T.Yaqublu da hadisə şahidlərinə və başqa mənbələrə istinadən bu məlumatı təsdiqlədi. Köşə yazarımız olay yerindən həmçinin başqa vacib məlumatlar da əldə edib. Həmin məlumatlarda bildirilir ki, kriminal avtoritetlərə qarşı əməliyyatı MTN və DİN birgə keçirib. Xüsusi təyinatlılar hücum etməzdən öncə içəridəkilərə təslim olmaqla bağlı əmr verib. Lakin restorandakılar bu əmrə tabe olmayıb. Bundan sonra içəri səs və tüstü qumbaraları atılıb. Hətta restoranın mətbəxinə də həmin qumbaralardan atıldığına dair iddialar var. Restoranda çalışan ofisiantların yaxınları müxbirimizə deyiblər ki, qara maskalılar restorana daxil olan zaman içəridəkilər silahlı müqavimət göstərib. Deyilənə görə, bu zaman iki nəfər öldürülüb. Öldürülənlərin restoranda tədbir keçirən kriminallardan olduğu söylənir.T.Yaqublu hadisə yerində onu da eşidib ki, MTN və polis əməkdaşlarına atəş açan Robert adlı kriminal (bəzi mənbələrin iddiasına görə o, həmin məclisdə iştirak etmək üçün Rusiyadan gəlib. Bəzi qaynaqlar isə onun “Əhmədli Robert” kimi tanındığını söyləyir - red.) avtomat silahla xüsusi təyinatlılara qarşılıq verib. Şahidlər T.Yaqubluya deyiblər ki, Robert atışa-atışa restoranın pəncərəsindən düşüb qaçıb. Başqa bir şahid T.Yaqubluya deyib ki, atışma zamanı restorandan iki nəfər çıxıb. Onlardan biri yaxınlıqdakı “Maşallah” marketə tərəf qaçarkən arxadan odlu silahdan açılan atəşlə yaralanıb. Şahidlər deyir ki, buna baxmayaraq yaralı qaçmağa davam edib. Onun yoldaşı isə restoranın arxa tərəfində gizlənib. Onu polislər yaxalayıb. Hadisədən az sonra “Yağmur” restoranına gedən yollar bağlanıb. T.Yaqublu bildirdi ki, kriminal aləmin nümayəndələri sözügedən restorana çox bahalı maşınlarla gəlib. Polis onların maşınların nömrələrini çıxarıb. Köşə yazarımız hadisə yerində polislərdən qeyri-rəsmi şəkildə öyrənib ki, əməliyyat zamanı 30-dan artıq kriminal avtoritet saxlanıb. İlkin məlumatlarda restorandakı atışma zamanı 2 ofisiantın öldürüldüyü deyilirdi. Lakin sonradan bu xəbər təkzib olundu. Öldürülənlərin kriminal qruplaşma üzvlərinin olduğu bildirildi. ***Nəriman adlı kriminalla bağlı bəzi məlumatlar əldə etmişik. Bu haqda redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin qeydləri: “2000-ci ilin əvvəlində Rusiyada bir dəstə Fransa səfirinin müavinini oğurlamışdı. O cinayətkar dəstənin arasında azərbaycanlılar da vardı, o cümlədən Nəriman. Onları Rusiyada həbs edib, sonra mühakimə etdilər”. Mənbəmiz bildirdi ki, Nəriman cəzasını Rusiya həbsxanasında çəkib. 2008-ci ildə Azərbaycana ekstradisiya olunub. 1 saylı cəzaçəkmə müəssisəsində yatıb. Sonra 1-saylı türmədən 15 saylı ağır rejimli həbsxanaya keçirilib. 2-3 gün bundan qabaq azadlığa buraxılıbQaynağımız bildirdi ki, Nəriman avtoritet olmayıb heç vaxt: “Avtoritetlər adam oğrularını qəbul etmirlər”.Qaraçuxurda keçirilən əməliyyatı Suraxanı Rayon Polis İdarəsindən təsdiqləyiblər.Deyilənə görə, “Yağmur” restoranı əslən Cəbrayıl rayonundan olan Rauf adlı iş adamına məxsusdur. Onun Qaraçuxur qəsəbəsində “Rauf” adlı şadlıq evi də var. Məlumatlara görə, “Yağmur”un sahibi Rauf da həbs olunub. Onun kriminal aləmlə əlaqələrinin olub-olmadığı araşdırılır. Sonda aldığımız məlumata görə, əməliyyatın keçirilməsinə səbəb Nərimanın ziyafətində iştirak edən Rusiyadan, Gürcüstandan gəlmiş kriminallar İnterpol xətti ilə axtarışda olublar. Maraqlıdır ki, onlar Azərbaycana gələrkən sərhəddi necə keçiblər. Növbəti sayımızda bu olayla bağlı daha ətraflı bilgi verməyə çalışacağıq.A.ARASwww.musavat.com

 

Fərman niyə icra olunmadı?!

cavid1

Cavid Qurbanovun maxinasiyaları davam edir

Onun müəssisəsində yol çəkilişləri və təmir-bərpa
işləri ən müxtəlif fırıldaqlarla milyonlar göyə sovrulur

Biz əvvəllər də yazmışdıq ki, “Azəryolservis”ASC-nin sədri, deputat Cavid Qurbanov ölkədə başlayan antikorrupsiya tədbirlərini saya salmır. Bu adam arxayıncasına öz maxinasiyalarını həyata keçirməkdə davam edir. Bakının və ölkənin yollarının çəkilişinə və orada baş verənlərə diqqət etməklə dəhşətli faktların şahidi ola bilərik.

Şeyx “şər biznesi” ilə mübarizəyə qalxdı

palatka

Cəmiyyətin ikrahla qarşıladığı məsələ həllini tapacaqmı?

Son illərdə cəmiyyətin ikrahla qarşıladığı və hər kəsin narahatlığına səbəb olan bir məsələ deyəsən öz həllini tapacaq. Söhbət dəbdəbəli yas mərasimlərinin təşkili, toyabənzər ehsan süfrələri açılmasından, toy məclislərinin isə ağlasığmaz şəkildə təşkilindən gedir.

Monopolistlər yenə qiymətləri bahalaşdırıb

erzaq

“Azərsun” və digər şirkətlər qiymətləri süni şəkildə artırırlar

Ölkədə fəaliyyət göstərən monopolist qruplar iyul ayının ilk günlərindən başlayaraq ərzaq mallarının qiymətlərini yenidən bahalaşdırıblar. Novruz bayramı ərəfəsində bir sıra malların qiymətlərini süni şəkildə artıran həmin inhisarçılar həmin vaxt dövlət başçısının sərt tapşırığından sonra bir müddət yaramaz əməllərini dayandırmışdı. Amma indi onlar yenidən bahalaşmaya rəvac verməkdədirlər. Son 10 gündə alıcıların istehlak etdiyi əsas qida məhsulları - yağ, ət və ət məhsulları, meyvələr bahalaşıb. Bir neçə ay əvvəl 6 manata satılan mal hazırda 2 manat bahalaşıb və bir kq-ı 8 manata satılır. Qoyun ətinin qiyməti isə son 4 ayda 6,5 manatdan 8,5 manata kimi qalıdırılıb. Bəzi yerlərdə qoyun və quzu əti hətta 9 manata satılır.

HİPPOKRAT, YOXSA HERMES ANDI?

derman

Yaxud həkimlərin dərman mafiyası ilə işbirliyi...

İnsana ən gözəl verilən nemətlərdən biri də onun sağlamlığıdır. Hər dəfə bir-birimizə ən ümdə arzu və istəklərimizi bildirərkən möhkəm sağlamlıq arzulamağımızdır. Keçən əsrə təsadüf edən və dəb sayağı şüara çevrilən “Sağlam bədəndə sağlam ruh gərək” deyimi yəqin ki, heç kəsin yadından çıxmayıb. İndiki halda bu, az təsadüf edilən həyati devizdir. Çünki, XXI əsr insanı sağlamlıq cəhətdən keçmişə nisbətən əməlli başlı axsamağa başlayıb. Sağlam həyatın özü sual altındadır. Müasir dövrdə tibb sahəsi yüksək texnologiyalara söykənərək ən çətin  müalicə olunan, bir vaxtlar sağalması mümkün olmayan xəstəliklərin hazırda həm müalicəsi, həm də bu və digər xəstəliklərin insan həyatı üçün təhlükəsinin azalmasında çox irəli getmişdir.

98 -dən səhifə 112

Əlaqəli xəbərlər