Dünya Bankı pul paylayır

dunya-banki

Dünya Bankının (DB) Rəhbər Şurası Azərbaycanda kasıb ailələrə mikrokreditlərin verilməsi ilə bağlı layihəni təsdiq edib. Bank yaxın vaxtlarda pul əhalinin ən yoxsul təbəqəsinə kömək məqsədilə mikrokreditlər verməyə başlayacaq. DB kreditləşməni əsas qurumlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası vasitəsilə həyata keçirəcək.

Beyləqanda biabırçı kazarma tikintisi

zabitler

Səfər Əbiyev məsələnin araşdırılmasına şəxsən göstəriş verdi

Ordu zabitləri silahlı qüvvələrin Beyləqanda yerləşə “N” saylı hərbi hissəsində baş verən neqativ hallarla bağlı maraqlı məlumatlar veriblər. Mənbə bildirib ki, briqadada hökm sürən acınacaqlı vəziyyətdən nə korpus nə də, briqada komandirinin xəbəri var. Füzuli rayonu ərazisində, Haramı düzündə düşmən səngəri ilə üz-üzə dayanan əsgərlər çətin vəziyyətlə üzləşib. Kazarma qasırğa nəticəsində dağılsa da, təmir edilməyib. Məcburiyyət qarşısında qalan bölük və tağım komandirləri öz əmək haqqı kartalarını girov qoyaraq tikinti materialları alıb kazarmanı təmir etdiriblər.

“Rabitəbank” Oqtay Ağayarovun mülkünü mənimsəyir

Zakir-Nuriyev

Aqil Əliyevin yaxın adamı olmuş şəxs ağlasığmaz qanunsuzluqlarla üzləşib

Sumqayıt şəhərinin ictimai fəal insanlarından olan Oqtay Ağayarov ciddi bank qanunsuzluğu ilə üzləşib. Belə ki, Oqtay Ağayarov ictimai fəaliyyəti, Sumqayıtda mədəni tədbirlərin keçirilməsi ilə əlaqədar üç il öncə “Rabitəbank”ın Sumqayıt filialından 57 min manat kredit götürüb. Kredit onun həyat yoldaşı Zülfüqarova Gövhər Kazım qızının adına götürülüb. Kreditin müqabilində banka xanımının adına olan Sumqayıt şəhəri 3-cü məhəllə, ev 23/5 mənzil 2 ünvanındakı evi girov qoyulub.

“Başkənd İrəvan Mühacir Hökumətinin paytaxtı olsun”

Bashkend-Gedebey

Sabir Tarverdiyev bu təkliflə prezidentə müraciət etdi

İrəvan Mühacir Hökumətinin rəhbəri, Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarverdiyev prezident İlham Əliyevə müraciət edib. S.Tarverdiyevin müraciətinin məqsədi Gədəbəy rayon Başkənd kəndinin İrəvan Mühacir Hökumətinin paytaxtı edilməsinə kömək istəməkdir.

Təxribatçıların yumurta absurdu

Beyler


Robert Əyyubova qarşı aparılan kampaniyanın ifşa edilməsindən hiddətlənən qüvvələr yeni gülünc iddialar ortaya atırlar

Ötən sayımızda general Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovun illərdir təxribata məruz qalması haqda yazı dərc etmişdik. Böyük marağa və reaksiyalara səbəb olan məqalədə deyilir ki, son illərdə Əyyubovların adına çıxılan bir sıra kriminal hadisələrin əslində onlara bir aidiyyəti yoxdur və bunlar təxribat xarakterlidir.

Bu məsələnin ortaya çıxması da iyunun 18-də Bakıda - Mərdəkan qəsəbəsi «Tropikanka» çimərliyində Bakı şəhər sakini Çingiz Allahverdiyev mübahisə zəminində tapançadan atəş açaraq Goranboy rayon sakini, çempion Miremil İbrahimliyə ayağından və başından xəsarət yetirib öldürməsi olub. Ç.Allahverdiyev Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Yaralı 3 saylı xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. O, xəstəxanada ölüb.

Bu hadisəni törədilməsində Çingiz Allahverdiyev adı eşitdikdə jurnalist araşdırmalarına başlamamaq olmurdu. Axı, bu Çingiz Allahverdiyevin adı bir sıra silahlı insidentlərdə keçir! Bəli, sən demə həmin bu Cingiz Allahverdiyev elə-belə mühafizəçilərdən deyilmiş. O, kimlərinsə əlinin altında olan bir təxribatçı imiş! Bu adam çox təhlükəli və böyük bir oyunun iştirakçısı olub.

Onun missiyası da ağlasığmaz bir missiya olub. Onun əsas missiyası məşhur general, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qohumu Robert Əyyubovu təxribatlara çəkmək olub. Sual oluna bilər, axı burada məqsəd nədir? Onun nəyinə lazımdır axı Robert Əyyubovu təxribatlara çəkmək? Məsələ ondadır ki, bu Çingizin özünə laızm olmayıb. Bu, güc strukturlarından birində iri vəzifə tutan və Əyyubovların prezidentin ən sadiq adamı olmaları səbəbindən onlara qarşı kampaniya aparman bir generalın marağında olan işdir.

Diqqət edin, illərdir mətbuatda belə bir kampaniya davam edir ki, Robert Əyyubov guya serial cinayətlər törədir, adam güllələyir, digər zorakılıqlar edir, lakin onun barəsində heç bir tədbir görülmür. Təbii ki, bunlara görə də dərhal diqqəti hörmətli Bəylər Əyyubovun üzərinə yönəldirlər ki, generalın qohum-əqrəbası ölkədə bu cür hərəkətlər edir. Əslində, məntiqi baxımdan bu xəbərlərin bir gözdənsalma kampaniyası olduğu şübhə doğurmurdu. Axı, qətiyyən mümkün deyildi ki, Robert Əyyubov deyilən cinayətləri törətsin, amma onun barəsində ölçü götürülməsin. İkincisi də, bu şəxsi tanıyanlar deyir ki, Robert Əyyubov o tərbiyənin adamı deyil və belə xüsusiyyətlərə malik deyil. Artıq bu məsələlərin mahiyyəti demək olar ki, tamamilə açılıb. Çingiz Allahverdiyev isminin ardınca düşüb həqiqətləri çətinliklə də olsa ortaya çıxarmaq mümkün olub.

Bunları aydınlığı ilə çatdıra bilməyimiz üçün öncə Robert Əyyubovun adına çıxılan kriminal xəbərlərə diqqət edək. Onun adı daxili işlər orqanlarının əməkdaşı Kamran Xankişiyevlə atışmada, Rövşən Heybətov adlı başqa bir nəfəri “Faceclub” adlı əyləncə məkanında yaralamaqda, dəfələrlə adam döyməkdə, polis işçisinə müqavimət göstərməkdə, hətta Gəncənin polis rəisi Rasim Musayevə atəş açmaqda çəkilib. Hətta bəzi internet saytlarında onun adına sayt yaradılaraq özünə qarşı kampaniya aparılır, orada yanlış məlumatlar yerləşdirilir.

Bütün bunların hansı səviyyədə həyata keçirilən təxribat olmasına dair ilk fakt.

Onun Rövşən Heybətovu “güllələməsi” haqda deyilənlərin mahiyyəti məhz belə olub: 2010-cu il mayın 6-dan 7-nə keçən gecə Robert Eyyubov iki dostu ilə “Faceclub”a çay içməyə gəliblər. Gecə klubunda onlar çay sifariş edib bir saata qədər gözləsələr də, onların sifarişinə məhəl qoyulmayıb. Bunun qəsdən edildiyini hiss edən Robert Əyyubov sakitcə dostlarını da götürərək başqa yerdə çay içməyə getmək istəyib. O, öz centlmenliyini göstərmək üçün masaya 100 manat da pul qoyub ki, onlar durub gedəndə “çayınız hazırdır” deyilərkən “narahat olmayın, içməsək də sifarişin pulunu ödədik” cavabını versinlər. Onlar çölə çıxıb maşına əyləşmək istədikdə «Faceclub»un rəhbəri olan Kamran Xankişiyev (bəli, oranın sahibi Kamrandır-red.) barın mühafizə xidmətinin rəhbəri Çingiz Allahverdiyevdən (Miremili güllələyən Çingiz!-red.) Robert Əyyubov və dostlarını geri gətirməyi tələb edir. Məqsəd yaranmış anlaşılmazlığa görə üzrxahlıq edib barışmaq olub. Lakin Çingiz Allahverdiyev əlinə düşən fürsətdə öz təxribatçılıq missiyasını həyata keçirir! O, Eyyubovu ağır şəkildə təhqir etməyə başlayıb. Dərhal da Çingiz təxribatlarını törtəməyə yanındakıları da sövq edib. Belə ki, o, mühafizəçiləri çağıraraq dava salıb. Ardınca isə Çingiz özü silaha əl atıb, gülləni tapançanın yuvasına salmaq istəyib. Bu zaman parton yuvadan çıxaraq Robert Əyyubova dəyib. Bu anda mühafizəçilər Əyyubovun və onun dostlarının üzərinə hücum ediblər. Bu anda Ç.Allahverdiyev üzərində qeyri-qanuni gəzdirdiyi tapança ilə qarşı tərəfə atəş açmağa başlayıb. Güllələrdən biri Rövşən Heybətovun sağ buduna dəyib.

Amma dərhal da maraqlı qüvvələr belə məlumatlar yayıblar ki, guya Rövşəni Robert Əyyubov güllələyib! Görürsünüzmü bu Çingiz nələr edirmiş?!

Daha sonra isə Kamran Xankişiyev təsadüfən tabel silahından ehtiyatsız davranması səbəbindən atəş açıb özünü yaralayanda, bunu da maraqlı qüvvələr dərhal Robert Əyyubovun adına yazmağa çalışdılar. Görürsünüzmü maraqlı qüvvələr necə sərrast işləyirlər?!

Daha bir maraqlı fakt. Ötən il Robert Əyyubovun Gəncənin rəisi Rasim Musayevə silah çəkməsi haqda xəbər yayıldı. Əslində, burada heç də silaha əl atılmamışdı. Sadəcə, maraqlı qüvvələr yalandan Gəncə polisinə belə bir xəbər veriblər ki, guya filan dövlət nömrəli maşında cinayətkarlar gedir. Bundan sonra həmin maşını saxladanlardan birinə təxribatçılıq etmək göstərişi də gəlir və beləcə ara qarışır. Sonda isə bəlli olur ki, nə cinayətkar var, nə də bir qanunsuzluq.

Başqa bir hadisə. Ötən belə bir yalan məlumat da dövriyyədə oldu ki, Robert Əyyubov “Azəryolservis” ASC-nin rəhbəri, deputat Cavid Qurbanovun qardaşı, Qubanın polis rəisi Şəhriyar Qurbanovla dava edib. Bu da doğru olmayan məlumat idi. Burada da təxribat elementi olub.

Bir neçə həftə öncə sosial şəbəkələrdə, internetdə bir video yayıldı. Yenə də iddia olunurdu ki, orada bir mülki şəxsi və bir polisi döyən adam Robert Əyyubovdur. Hansı ki, Robert Əyyubovu tanıyan adamlar həmin videodakı adamın Robert Əyyubova qətiyyən oxşamadığını bildiriblər.

Mərdəkanda Çingiz Allahverdiyev idmançını güllələyəndə də dərhal maraqlı qüvvələr Robert Əyyubovun adını hallandırmağa çalışdılar. Amma bu dəfə hər şey ifşa oldu. Çünki bu günlərdə Robert Əyyubov Bakıda olmayıb! Qətli törədən Çingiz ələ keçdi. Onun arxasında dayanan qüvvələr təxribatın “barıtını” çox elədiyinə görə Ç.Allahverdiyevi qoruya bilmədilər.

 

Yalan, saxta əməl çox çəkə bilməzdi. Artıq faktlar sübut edir ki, Robert Əyyubovun haqqında formalaşdırılan rəy nəyə xidmət edirmiş. Bəylər Əyyubovun uğurlarını, ona göstərilən etimadı gözü götürməyənlər Əyyubovlara qarşı bu cür təxribatlarla nələrəsə nail olmağa çalışıblar. Amma özləri ifşa olundular.

Bəs, bu maraqlı “general qüvvə” kim ola bilər? Bu barədə araşdırmalarımız zamanı onun kimliyini də təxmin etmişik. Lakin təbii ki, konkret ad çəkmək doğru olmazdı. Heç şübhəsiz ki, artıq üstü açılmış bu oyunun mahiyyəti, onun arxasında duranlar Əyyubovların özlərinə də bəlli olub. Onun kimliyini ölkə rəhbərliyinə çatdırmaq isə bu şəxslər üçün problem olmayacaq.

Biz bu istiqamətdə araşdırmalarımızı davam etdirmək də ikən, həmin maraqlı qüvvələr mətbuata daha bir xəbər ötürdülər. Söhbət sosial şəbəkələrdə Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov olduğu iddia edilən bir nəfərlə bağlı video yayılması barədə xəbərdən gedir. İndi maraqlı qüvvələr belə bir absurd iddia yayıblar ki, R.Əyyubov olduğu iddia edilən şəxsin saxlatdırdığı maşın Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzova məxsus 10 AZ 720 dövlət nömrə nişanlı xidməti avtomobildir.

Ən maraqlısı isə odur ki, bu videogörüntü təhlükəsizlik orqanlarının kamerası tərəfindən çəkilib və yayılıb. Əcəba, yayılmalı olmayan bu videonu kimlər və hansı maraqla yayıblar? Axı, bunu sıradan bir adam edə bilməz?! Əslində, Əyyubovun heç oxşarı belə olmayan o adamın əks olunduğu görüntünün sosial şəbəkələrdə “peyda” olması və bunun Robert Əyyubovla bağlanması da təsadüf və ya özfəaliyyət deyil.
Digər bir təxribat elementi isə, olayın kökündə iki generalın - Bəylər Əyyubovla Kəmaləddin Heydərovun arasındakı münaqişənin dayandığına dair iddiadır. Heş şübhəsiz bu məqsədyönlü şəkildə edilir və məqsəd iki generalın arasında guya konflikt olması görüntüsünü yaratmaqdır. İddianın gülünc olmasına da diqqət yetirək: “Əyyubovun Bakı Gömrüyünün şefi ilə, dolayısı ilə Kəmaləddin Heydərovla münaqişəsi ”yumurta müşavirəsi"ndən başlayıb. Yumurtanın Bəylər Əyyubovun monopoliyasında olduğunu iddia edən mənbənin sözlərinə görə, İlham Əliyevin Novruz bayramı öncəsi keçirdiyi müşavirədə yalnız yumurtanın qiymətindən narazılıq etməsi başqa bir qruplaşmanın qurduğu oyun olub. Məqsəd Bəylər Əyyubovun inhisanda olan bu sahəni onun əlindən almaq imiş. Plan baş tutub. Ölkənin yumurta ilə təchizatı Kəmaləddin Heydərova tapşırılıb və Vüsal Novruzov məsuliyyətin altına girib. Digər tərəfdən, Vüsal Novruzov Bəylər Əyyubova məxsus olduğu iddia edilən malların ölkəyə buraxılmasının da qarşısını alıb. Münaqişənin bu iki faktdan qaynaqlandığı bildirilir. Həmçinin qeyd olunur ki, Vüsal Novruzovun taleyi tükdən asılıdır. Bəylər Əyyubovun təzyiqləri qarşısında davam gətirə bilməyən Novruzov artıq bir aya yaxındır ki, işdə tapılmır...”

Bu təxribatı həyata keçirənlərin yumurta məsələsini ortaya atması təsadüfi deyil. Məqsəd general Bəylər Əyyubovun nüfuzuna xələl gətirmək, guya onun bu kimi işlərlə məşğul olmasına dair rəy yaratmaqdır. Amma bu məsələləri biz öz araşdırmalarımızla ifşa edə biliriksə, deməli bu prosesin mahiyyətindən aidiyyəti şəxslər də xəbərdardır.

Və nəhayət onu da qeyd edək ki, Robert Əyyubova qarşı təxribatlarda adı çəkilən Çingiz heç də balaca missiya sahibi deyilmiş. Onunun Kamran Xankişiyevin sinif, yaxud da tələb yoldaşı olduğu bildirilir. Lakin dəqiq olan budur ki, o, Xankişiyevin “şilləvuranı” olub.

Əli Hüseyn

99 -dən səhifə 112

Əlaqəli xəbərlər