Əli Evsenin bank hesabları donduruldu

ali-evsen

Şeyxin qudasının vəziyyəti ürəkaçan deyil

Uzun müddət Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan türkiyəli iş adamı Əli Evsenin bütün bank hesabları dondurulub. Türkiyə mətbuatının yazdığına görə, İspaniyada ötən həftə həbs edilən iş adamının sahibi olduğu “Albanian Airlines” şirkətinin səhmlərinə də həbs qoyulub. Bu şirkətin səhmlərinin 93 faizi Əli Evsenə aiddir.

Prezidentdən vətəndaşlara böyük dəstək

ilham-aliyev

Gəliri az olanlar vergidən azad ediləcək!

Azərbaycanda gəliri az olan vətəndaşların vergidən azad edilməsi nəzərdə tutulur. Bu, prezident İlham Əliyevin təsdiqlədiyi «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə 2011-2015-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulur.

Ərdoğan Türk generallarının axırına çıxır

erdogan

AKP iqtidarı daha 8 generalı həbs edib

Türkiyədə general Bilgin Balanlının bir nömrəli şübhəli şəxs sayıldığı “2-ci Balyoz” adlı cinayət ittiham aktı çərçivəsində 8 yüksək rütbəli hərbçi barəsində həbs qərarı verilib.

Azərbaycanda “priton”lar rəislərin nəzarətində imiş?!

priotn

Bu barədə Amerika da həyəcan təbili çalıb

“Azərbaycanda polis məmurlarının nəzarətində olan bəzi sauna, motel və masaj kabinələrində məcburi fahişəlik faktlarının olduğu deyilir. Ancaq məmurların adlarının hallandığı cinsi istismar və məcburi əməklə bağlı ittihamlar araşdırılmır». ABŞ Dövlət Departamentinin insan alveri haqda illik hesabatının Azərbaycana aid hissəsində belə deyilir. Hesabatda qeyd olunur ki, «Azərbaycan qadın, kişi və uşaqların məcburi əməyə, cinsi zorakılığa məruz qaldığı ölkə olmaqla yanaşı, həm tranziti, həm də qurbanların gəldiyi ölkədir».

Dondurma “əməliyyatları” başladı

dondurma

Nazirlik reydlər keçirir

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda yararsız dondurma istehsal edən müəssisə aşkarlayıb.

100 -dən səhifə 112

Əlaqəli xəbərlər