ƏVƏZ ZEYNALLIYA ÖLÜM TƏHDIDI!

 evez-zeynalli

Binəqədi Rayon  Polis İdarəsinin rəisi “Xural” qəzetinin baş redaktorunu hədələyib…

“Xural” qəzetinin son sayında “Polis rəisini otağında döydülər!!!” başlıqlı yazı dərc olunub. Yazıda Binəqədi Rayon Polis İdarəsinin rəisinin hansısa yüksək çinli məmurların obyektlərinə haqq qoyduğuna dair məlumatlar yazılıb. Qəzet işıq üzü görəndən sonra, həftənin bazar ertəsi, saat 11.42-də baş redaktorun telefonuna 050.211.84.76. nömrəli telefondan zəng gəlib.

Əli Abbasov Nuru Əhmədova yerini göstərdi

ali-abbasov

10 ildir İngiltərəyə bağlı olan “AzEuroTel”in yaratdığı problem, nəhayət, həll olunub

Böyük Britaniyanın “LUKoil Europe ltd” şirkəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında 10 ilə yaxındır davam edən gərgin münasibətlərə 13 əvvəl müəmmalı şəkildə son qoyulub.

Masallıda daha bir özbaşınalıq

masalli1

Rayon əhalisnə qan uddurulur

“Araz”ın ötən saylarında Masallı rayonunda baş verən özbaşçınalıqlar haqda yazmışıq. Burada əlillər üçün tikilən evlərin qanunsuz olaraq başqa-başqa adamlara satılması, Masallı 10 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının yol verdiyi ağlasığmaz qaununsuzluqlar. Korrupsiya əməlləri, müxtəlif məmurların özbaşına hərəkətləri insanları təngə gətirib. İndi isə rayonun minlərlə hektar torpaq sahəsi qanunsuz olaraq mənimsənilir.

Sumqayıtda nələr olur?

sumqayit

Şərq bazarının ticarətçiləri dərdini deməyə yer tapmır, isə yox edilir

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əziziovun bu şəhəri Bakıya çatdırmaq arzusunun reallaşdırılması istiqamətində gördüyü işlər hələlik bir nəticə verməyib. Əvəzində bir çox iş adamları, biznes mühitində çalışan şəxslər narazı salınıblar. Hazırda Sumqayıtda daha bir narazı təbəqə meydana gəlib. Onlar Şərq Bazarında və onun ətrafında çalışanlardır. Həmin adamların çalışdığı ticarət obyektlərinin sökülməsi planı onları ciddi şəkildə narahat edir. Lakin şəhər rəhbərliyi də qərarında qətidir, bazarın ətrafının səliqəyə salınması üçün bu işlərin zəruri olduğunu deyirlər.

“Azərkabel” satıldı

azerkabel

Sabiq nazirin daha bir əmlakı özgəninkiləşdirildi

 Fərhad Əliyevin dolayısı ilə sahibi olduğu müəssisənin adı da dəyişdirildi

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus olduğu iddia edilən daha bir obyekt - Mingəçevir şəhərində yerləşən “Azərkabel” ASC Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yenidən özəlləşdirilməyə çıxarılaraq, özgəninkiləşdirildi. Təxminən 10 gün əvvəl sözügedən komitə tərəfindən həyata keçirilən bu proses nəticəsində həm də “Azərkabel”in adı dja dəyişdirilib. Bir sözlə, Kərəm Həsənov sabiq nazir, həmyerlisi Fərhad Əliyevin bu müəssisə üzərində olan bütün izlərini silib.

101 -dən səhifə 112

Əlaqəli xəbərlər