Göy­lə ge­dən "sə­ma ca­han­gi­ri"


 

Ya­xud, AZAL şe­fi Ca­han­gir Əs­gə­ro­vun yer­də­ki ma­cə­ra­la­rı

 

Qı­sa dos­ye

Əs­gə­rov  Cə­lal oğ­lu 11 iyul 1950-ci il­də Ba­kı­da ana­dan olub. Le­nin­qrad Mül­ki Avia­si­ya Mək­tə­bi­ni bi­ti­rən Ca­han­gir Əs­gə­rov Ba­kı şə­hə­ri Zab­rat Bir­ləş­miş Avia­dəs­tə­sin­də es­kad­ril­ya mü­di­ri, uçuş dəs­tə­si ko­man­di­ri­nin müa­vi­ni və­zi­fə­lə­rin­də ça­lı­şıb. 1978-ci il­dən Yev­lax Bir­ləş­miş Avia­dəs­tə­si­nin ko­man­di­ri, Ha­va li­ma­nı­nın rəi­si pos­tun­da iş­lə­miş, bir il­dən son­ra adı kor­rup­si­ya­da hal­lan­dı­rıl­mış və tut­du­ğu və­zi­fə­dən uzaq­laş­dı­rıl­mış­dır.

1991-ci il­dən Avia­si­ya İş­çi­lə­ri Həm­kar­lar İt­ti­fa­qı Res­pub­li­ka Ko­mi­tə­si­nin səd­ri, 1993-cü il­dən isə Döv­lət Kon­ser­ni­nin Tür­ki­yə­də baş nü­man­yən­də­si və­zi­fə­lə­rin­də iş­lə­miş­dir.

"Azər­bay­can Ha­va Yol­la­rı" Döv­lət Kon­ser­ni­nin baş di­rek­to­ru və­zi­fə­si­nə 1996-cı il­də gə­ti­ri­lib və bu gü­nə qə­dər sö­zü­ge­dən post­da möh­kəm otu­rub.

Ev­li­dir, 2 öv­la­dı var.

 

Ca­han­gi­rin "kor gə­lən" sif­tə­si

Gənc ol­ma­sı­na və bu sa­hə­də ki­fa­yət qə­dər təc­rü­bə­si­nin yox­lu­ğu­na bax­ma­ya­raq, Ca­han­gir Əs­gə­rov 1978-ci il­də Yev­lax Ha­va Li­ma­nı­nın rəi­si ki­mi yük­sək və­zi­fə­yə tə­yi­nat ala bi­lir. Hə­min və­zi­fə­də qı­sa müd­dət ça­lı­şan gənc Ca­han­gi­rin heç ağ­lı­na da gəl­məz­di ki, tö­rət­di­yi qa­nun­suz­luq­la­ra gö­rə "ili­şə­cək". Be­lə ki, bu və­zi­fə­də cə­mi bir il iş­lə­dik­dən son­ra ona qar­şı "döv­lət əm­la­kı­nı mə­nim­sə­mə" it­ti­ha­mı ilə ci­na­yət işi baş­la­nı­lır. Nə­ti­cə­də Ca­han­gir Əs­gə­rov həbs edi­lir, am­ma o za­man Kənd Tə­sər­rü­fa­tı Na­zir­li­yin­də yük­sək və­zi­fə tu­tan ata­sı­nın səy­lə­ri nə­ti­cə­sin­də tez­lik­lə azad­lı­ğa bu­ra­xı­lır.

Bun­dan son­ra çox­la­rı Ca­han­gir Əs­gə­ro­vun avia­si­ya­dan qo­vu­la­ca­ğı­nı dü­şün­dü­yü hal­da bu­nun ək­si baş ve­rir. Düz­dür, "vu­rul­duq­dan" son­ra cid­di əhə­miy­yət kəsb et­mə­yən post­lar­da ça­lış­dı, am­ma o za­ma­nın şərt­lə­ri ba­xı­mın­dan bu­nun özü də gənc Ca­han­gir üçün bö­yük uğur sa­yı­la bi­lər­di. Düz on il ər­zin­də ay­rı-ay­rı yer­lər­də "ba­şı­nı gi­rə­lə­mək­lə" məş­ğul olan Ca­han­gir Əs­gə­rov göz­lə­nil­mə­dən iş kar­ye­ra­sın­da ye­ni bir zir­və fəth edir. Köh­nə əla­qə­lər və im­kan­lar sə­fər­bər edi­lir və Ca­han­gir Əs­gə­rov avia­si­ya iş­çi­lə­ri­nin Həm­kar­lar İt­ti­fa­qı­nın səd­ri ki­mi bö­yük bir və­zi­fəy­lə mü­ka­fat­lan­dı­rı­lır. Mü­əy­yən çə­tin­lik­lər və ara-sı­ra or­ta­ya çı­xan prob­lem­lər nə­zə­rə alın­ma­sa, Ca­han­gir Əs­gə­ro­vun iş hə­ya­tı bun­dan son­ra da­vam­lı şə­kil­də uğur­lar­la mü­şa­yi­ət olu­nur.

 

Ca­han­gi­ri həbs­dən kim qur­ta­rır?

 

Həm­kar­lar İt­ti­fa­qı­nın səd­ri və­zi­fə­si onun qar­şı­sın­da çox ge­niş üfüq­lər və var­lan­maq im­kan­la­rı aç­mış­dı. Ən ki­çi­cik für­sə­ti be­lə əl­dən ver­mə­yən Ca­han­gir Əs­gə­rov üçün isə bu və­zi­fə göy­dən­düş­mə idi. O, ye­ni və­zi­fə­də hə­ya­ta ke­çir­di­yi ma­xa­na­si­ya­lar nə­ti­cə­sin­də qı­sa müd­dət ər­zin­də ki­fa­yət qə­dər bö­yük ka­pi­ta­la sa­hib­lə­nir və bu yön­də­ki fə­al­lı­ğı­nı gün­bə­gün ar­tı­rır­dı. O, 1990-cu il­lə­rin əv­vəl­lə­rin­dən baş­la­ya­raq da­ha ge­niş­mi­yas­lı fı­rıl­daq­lar hə­ya­ta ke­çir­mə­yə baş­la­yır və be­lə əmə­liy­yat­la­rın bi­rin­də ye­ni­dən "ili­şir". Be­lə ki, "AZAL" rəh­bər­li­yi onun fəa­liy­yə­tin­dən şüb­hə­lə­nir, yox­la­ma­la­ra baş­la­nı­lır və mə­lum olur ki, Ca­han­gir Əs­gə­rov Həm­kar­lar İt­ti­fa­qı­nın gə­lir­lə­rin­dən kül­lü miq­dar­da pul mə­nim­sə­yə­rək, hə­min və­sai­ti şə­ri­ki ol­du­ğu bank va­si­tə­si­lə öl­kə­dən çı­xar­mış­dır. Əley­hi­nə olan tək­zi­bo­lun­maz fakt­lar or­ta­day­dı və Ca­han­gir Əs­gə­ro­vun ba­şı üzə­ri­ni qa­ra bu­lud­lar al­mış­dı. Am­ma bu də­fə də bəxt onun üzü­nə gü­lür. Öl­kə pre­zi­den­ti­nin oğ­lu İl­ham Əli­yev­lə olan is­ti mü­na­si­bə­ti onu həbs­xa­na hə­ya­tı ya­şa­maq­dan qur­ta­rır.

 

"AZAL" pre­zi­dent­li­yi­nə ge­dən yol

 

"AZAL" rəh­bər­li­yi­nə Əda­lət Əli­ye­vin gə­li­şi Ca­han­gir üçün ye­ni prob­lem­lər və sı­xın­tı­lar ya­ra­dır. Əda­lət Əli­yev "iki aya­ğı­nı bir baş­ma­ğa" di­rə­yə­rək şir­kət­dən oğur­luq et­miş Ca­han­gir Əs­gə­ro­vun qa­nu­nun tə­ləb­lə­ri çər­çi­və­sin­də cə­za­lan­dı­rıl­ma­sı­nı is­tə­yir. Be­lə­də ha­ki­miy­yət­də­ki dost­la­rı­nın kö­mək­li­yi ilə Ca­han­gir Azər­bay­can­dan kə­nar­laş­dı­rı­lır və "AZAL"-ın İs­tam­bul­da­kı təm­sil­çi­si ki­mi fəa­liy­yə­tə baş­la­yır. Bu­ra­da da "boş da­yan­ma­yan" Ca­han­gir bu də­fə türk po­li­si tə­rə­fin­dən həb­sə atı­lır. Sə­bəb onun "Türk ha­va yol­la­rı" ilə sax­ta kon­rakt­lar əsa­sın­da 380 min dol­la­rı mə­nim­sə­mə­siy­di. Am­ma bəx­ti üz­də olan "di­ri­baş oğ­lan" bu də­fə də ca­nı­nı həbs­dən qur­tar­maq­la ya­na­şı, üs­tün­dən bir qə­dər keç­dik­dən son­ra "AZAL"ın pre­zi­den­ti tə­yin olu­nur. "AZAL"ın o vaxt­kı rəh­bə­ri Əda­lət Əli­ye­vin həbs olun­ma­sı onun yo­lu üzə­rin­də­ki əsas mə­neə­nin gö­tü­rül­mə­si de­mək idi. 1996-cı il­də kar­ye­ra­sı­nın ən yük­sək zir­və­si­ni fəth edən Ca­han­gir Əs­gə­rov Tür­ki­yə təm­sil­çi­li­yin­dən bir­ba­şa şir­kə­tin pre­zi­dent­li­yi­nə gə­ti­ri­lir. Bu gü­nə qə­dər hə­min post­da ça­lı­şan Ca­han­gir Əs­gə­ro­vun son­ra­kı hə­ya­tı da "mə­ca­ra­lar"la do­lu­dur. Adı­nın çe­çen ter­ror­çu­la­rı ilə ya­na­şı hal­lan­dı­rıl­ma­sı isə bu­na bir nü­mu­nə sa­yı­la bi­lər.

 

"Nə­lər çək­miş ba­şın sə­nin..."

 

Ca­han­gir Əs­gə­ro­vun adı Ru­si­ya hü­quq-mü­ha­fi­zə or­qan­la­rı tə­rə­fin­dən araş­dı­rı­lan "Bes­lan ter­ro­ru" ilə bağ­lı isn­tin­taq ma­te­ri­al­la­rın­da hal­lan­dı­rı­lıb. Ma­te­ri­al­lar­da "AZAL" pre­zi­den­ti­nin bir sı­ra ter­ror akt­la­rı­nı ma­liy­yə­ləş­dir­di­yi  bil­di­ri­lir. Sı­zan in­for­ma­si­ya­la­ra gö­rə o za­man Ca­han­gir Əs­gə­rov Ru­si­ya­nın hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­na ver­di­yi iza­hat­da eti­raf edib ki, onun hə­yat yol­da­şı­nı gi­rov­luq­dan azad edən çe­çen­lər son­ra­dan onu əmək­daş­lı­ğa təh­rik et­mə­yə ça­lı­şıb­lar. Təs­diq­lən­mə­miş mə­lu­mat­la­ra gö­rə, isn­tin­taq ma­te­ri­al­la­rın­da Ca­han­gir Əs­gə­ro­vun bə­zi ter­ror akt­la­rı­na ma­liy­yə dəs­tə­yi ver­mə­si fak­tı tək­zi­bon­lun­maz fakt­lar­la təs­diq­lə­nib. Am­ma gü­man edi­lir ki, Ca­ha­gir Əs­gə­rov çe­çen­lə­rə ver­di­yi pul­la­rın kon­kret ola­raq han­sı məq­sə­də yö­nəl­di­lə­cə­yi­ni bil­mə­yib.

 

"Kar­qo əmə­liy­ya­tı"

Ümu­miy­yət­lə isə Ca­han­gir Əs­gə­rov öl­kə mə­mur­la­rı ara­sın­da spe­si­fik xü­su­siy­yət­lə­rə ma­lik oli­qarx­lar­dan he­sab olu­nur. Bö­yük oyun­lar qur­maq­da çə­tin­lik çə­kən "AZAL" pre­zi­den­ti­nin ye­ga­nə si­la­hı pul­dur. Gə­lir­li sa­hə­lər üzə­rin­də nə­za­rət im­kan­la­rı­nı da­im ar­tır­ma­ğı qar­şı­sı­na məq­səd qo­yan bu şəxs məq­sə­di­nə çat­maq üçün ağ­la­sığ­maz "pri­yom"lar­dan be­lə is­ti­fa­də edir. Mə­sə­lən, Ca­han­gir Əs­gə­rov Azər­bay­ca­na gə­lən və is­tə­ni­lən ote­lə yer­lə­şən əc­nə­bi üçün "kar­qo" de­yi­lən xid­mət ya­ra­dıb ki, bu­ra­dan da bö­yük məb­ləğ­də gə­lir gö­tü­rür. Sö­zü­ge­dən da­şı­ma xid­mə­ti­ni yük­sək sə­viy­yə­də təş­kil et­mək üçün Ca­han­gir Əs­gə­rov hət­ta otel­lər­də "nü­ma­yən­də­lik" də açıb. Ey­ni za­man­da ona məx­sus ol­du­ğu gü­man edi­lən bir ne­çə otel var ki, bun­lar da məhz eli­tar əc­nə­bi qo­naq­lar üçün nə­zər­də tu­tu­lub. Am­ma onun ar­tan ka­pi­ta­lı de­yə­sən "yu­xa­rı­lar"da məm­nun­luq­la qar­şı­lan­mır. Hər hal­da son za­man­lar "AZAL" pre­zi­den­ti­nə qar­şı rə­qib­lə­ri­nin aç­dı­ğı sa­vaş be­lə dü­şün­mə­yə əsas ve­rir.

 

"Nax­çı­van xa­nı" ilə ni­yə yo­la get­mir?

 

Ca­han­gir Əs­gə­ro­vun "Nax­çı­van xa­nı" Va­sif Ta­lı­bov­la yol get­mə­mə­si tə­zə söh­bət de­yil. On­lar ara­sın­da­kı zid­diy­yət­lə­rin kö­kü ki­fa­yət qə­dər də­rin­dir və de­yə­sən elə bu zid­diy­yət­lər "AZAL" pre­zi­den­ti üçün yax­şı pers­pek­tiv vəd et­mir. Ar­tıq ona qar­şı koa­li­si­ya­nın qu­rul­ma­sı və rə­qib­lə­rin hü­cu­ma keç­mə­si də tə­sa­dü­fi sa­yıl­ma­ma­lı­dır. Ar­tıq "AZAL" pre­zi­den­ti­nin yol ver­di­yi ma­xi­na­si­ya­lar haq­da açıq­la­ma­lar ve­ril­mə­yə baş­la­yıb. Bu mə­sə­lə­nin hət­ta par­la­ment sə­viy­yə­si­nə qal­dı­rıl­ma­sı və təx­mi­nən bir il ön­cə Ka­ma­ləd­din Hey­də­rov qrup­laş­ma­sın­da yer alan de­pu­tat­lar­dan bi­ri­nin Ca­han­gir Əs­gə­ro­vu er­mə­ni­lə­rin blo­ka­da­da sax­la­dı­ğı Nax­çı­va­nı ha­va­dan blo­ka­da­ya al­maq­da suç­la­ma­sı ol­duq­ca ma­raq­lı­dır. "AZAL" pre­zi­den­ti­nin xü­su­si təy­ya­rə­si­nin ol­ma­sı və xa­ri­ci sə­fər­lə­rə məhz hə­min təy­ya­rəy­lə uç­ma­sı fak­tı­nın səs­lən­di­ril­mə­si də bə­zi giz­li mət­ləb­lər­dən xə­bər ve­rir. Bü­tün bun­la­rın ar­dın­dan isə Nax­çı­va­na uçuş­la­rın "AZAL"dan alı­na­raq, baş­qa bir şir­kə­tə ve­ril­mə­si Ca­han­gir Əs­gə­ro­vun "vu­rul­ma­sı" yö­nün­də əmə­li ad­dım­la­ra ha­zır­lıq gö­rül­dü­yü­nü dü­şün­mək üçün əsas­lar ya­ra­dır.

 

Nax­çı­van ae­ro­por­tu uğ­run­da sa­vaş

Ha­zır­da öl­kə gün­də­mi­ni məş­ğul edən möv­zu­lar­dan bi­ri də Ca­han­gir Əs­gə­ro­vun və­zi­fə­dən azad edi­lə­cə­yi­dir. Bu ki­mi mə­sə­lə­lər­lə bağ­lı proq­noz ver­mə­yi xoş­la­yan Azər­bay­can mət­bua­tı eh­ti­mal edir ki, döv­lət baş­çı­sı İl­ham Əli­yev də "AZAL" şe­fi­nin "vu­rul­ma­sı­na" ra­zı­lıq ve­rib. De­yi­lən­lə­rə və ya­zı­lan­la­ra inan­saq, Ca­han­gir Əs­gə­rov hət­ta bir ne­çə də­fə pre­zi­dent İl­ham Əli­yev­lə gö­rüş­mək is­tə­sə be­lə onun xa­hi­şi rədd edi­lib. Ha­ki­miy­yət baş­bi­lən­lə­ri­nin Ca­han­gir Əs­gə­rov­la vi­da­laş­maq mə­sə­lə­si­nin han­sı sə­bəb­dən gün­də­mə gəl­mə­si ilə bağ­lı müx­tə­lif xə­bər­lər var. Mə­lu­mat­lar­dan bi­ri bu­dur ki, "AZAL" pre­zi­den­ti Nax­çı­van MR Ali Məc­li­si­nin səd­ri Va­sif Ta­lı­bov­la konf­lik­tə get­di­yi­nə gö­rə hə­də­fə gə­lib.

Uzun müd­dət idi ki, Ca­han­gir Əs­gə­rov­la Va­sif Ta­lı­bov Nax­çı­van ae­ro­por­tu­na nə­za­rət et­mək uğ­run­da mü­ba­ri­zə apa­rır­dı. "AZAL" pre­zi­den­ti mü­əy­yən ön­lə­yi­ci ad­dım­lar ata­raq Va­sif Ta­lı­bo­vun Nax­çı­van ae­ro­por­tu­nu tam ələ ke­çir­mə­si­nə ma­ne­çi­lik tö­rə­dir­di. Bu "ön­lə­yi­ci təd­bir­lər" pa­ke­ti­nə Nax­çı­va­na təy­ya­rə bi­let­lə­ri­nin qiy­mə­ti­nin ar­tı­rıl­ma­sı, reys­lə­rin vaxt­lı-vax­tın­da hə­ya­ta ke­çi­ril­mə­mə­si və s. da­xil idi. Ca­han­gir Əsə­gə­rov bu­nun­la Va­sif Ta­lı­bo­vun id­dia­la­rın­dan ge­ri çə­kil­mə­si­nə na­il ol­ma­ğa ça­lı­şır­dı. La­kin AZAL pre­zi­den­ti­nin göz­lə­dik­lə­ri­nin ək­si baş ver­di. Be­lə ki, nə­ti­cə­də "AZAL" Ba­kı-Nax­çı­van-Ba­kı mar­şru­tu ilə mün­tə­zəm sər­ni­şin reys­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­sin­dən uzaq­laş­dı­rıl­dı və bu reys­lə­ri hə­ya­ta ke­çir­mək özəl şir­kət olan "Tu­ran Air"ə hə­va­lə olun­du.

Am­ma bü­tün bun­la­rın Ca­han­gir Əs­gə­ro­vun və­zi­fə­dən kə­nar­laş­dı­rı­la­ca­ğı ilə ye­kun­la­şa­ca­ğı­nı dü­şün­mə­mək üçün də sə­bə­bəb­lər ki­fa­yət qə­dər­dir. Hər hal­da da­ha ağ­la­ba­tan ver­si­ya bu ola bi­lər ki, bir qə­dər "cı­zı­ğın­dan çıx­mış" Ca­han­gir Əs­gə­rov ha­ki­miy­yə­tin "ənə­nə­vi tər­biy­yə üsul­la­rı" ilə is­lah olu­na­caq. Be­lə­də, onun ma­lik ol­du­ğu ob­yekt­lə­ri­nə əl qo­yu­la­ca­ğı­nı, sə­la­hiy­yət­lə­ri­nin ki­fa­yət qə­dər azal­dı­la­ca­ğı­nı dü­şün­mək da­ha doğ­ru olar­dı.

Or­xan Hə­sən­li

Yeni dünya projesi

Ağ Ev hansı yalanlarıhazırlayır?

Tunis, Misir və Liviyada baş verən ərəb inqilabları ciddi bir nüansı ortaya qoydu. Bu zamana qədər İsraillə ortaq hərəkət edən Amerika adminstrasiyası yeni bir plan üzərində işləyir və İsrailin narazılığı burada əsas rol oynamır.

Müstəqil, qüdrətli Azərbaycan Heydər Əliyevin bizlərə mirasıdır

Sabir Tarverdiyev:

“Hər bir azərbaycanlı müstəqil Azərbaycanda yaşadığı

üçün Heydər Əliyevin ruhu qarşısında baş əyməlidir”

“May ayının 10-da mənim üçün ən əziz gündür. Həmin gun  dahi öndər Heydər Əliyev dünyaya gəlib. O, artıq 8 ildir aramızda yoxdur. Əlbəttə, səkkiz il az vaxt deyil. Amma Heydər Əliyev hər zaman bizimlə olduğu üçün, bizlərə bu səkkiz il çox qısa bir müddət təsiri bağışlayır. O, sadəcə, cismən bizim aramızda yoxdur. Dahi öndər hər zaman mənim qəlbimdə, xatirələrimdə yaşayır”.  Bu kəlmələri qəzetimizə verdiyi müsahibəsində Milli Dövlətçilik Partiyasının sədri, İrəvan Mühacir Hökumətinin rəhbəri, xeyriyyəçi-messenant Sabir Tarverdiyev dedi...

 

- Sabir müəllim, siz Heydər Əliyevi şəxsən tanıyan, onun xarakterinə bələd olan azsaylı insanlardansınız. Bu gün onun haqqında nə danışa bilərsiniz?

- Heydər Əliyev haqqında danışmaq mənimçün yenə də ağırdır. Düzdür, onun ruhu hər an bizimlədir, amma onun cismən yoxluğunu düşünəndə, ən ağrılı hissləri yaşayıram. Bilirsiz, Heydər Əliyev haqqında hələ əsrlər boyu danışılacaq. Bu şəxsiyyət Azərbaycanın tarixinə əbədi yazılmaqla bərabər, həm də Azərbaycan tarixinin mühüm səhifələrini yazıb. Onun haqqında yüzlərlə kitab, məqalə yazılsa da, bunlar Heydər Əliyevin kim olduğunu açıb ortaya qoya bilməz. Çünki o, doğurdan da geniş qəlbə, mükəmməl xarakterə malik insan idi. Bu keyfiyyətləri sözlə, fikirlə ifadə etmək mümkün deyil. Şəxsən mən onu çox yaxından tanıyan insan kimi bunları bilirəm.

- Heydər Əliyev Azərbaycana nələri yadigar qoyub getdi?

- Elə müstəqil, qüdrətli Azərbaycanın özü Heydər Əliyevin bizlərə mirasıdır. Bunu kimsə dana bilməz ki, 1992-93-cü illərdə  Azərbaycanın yenicə bərpa olunmuş dövlət müstəqilliyi təhlükə altına düşmüşdü. Faktiki olaraq, xarici qüvvələr daxili düşmənlərimizin vasitəsi ilə Azərbaycanı əbədi işğal etməyə hazırlaşırdılar, bu istiqamətdə bir çox addımlar atmışdılar. Atılan addımların ağır nəticələri göz önündə idi o zamanlar. Azərbaycanın tamamilə işğal planı hazırlanmışdı. Bunun qarşısını almaq o zamankı yarıtmaz, fərasətsiz Cəbhə hakimiyyətinin imkanları xaricində idi. O zamanlar Cəbhəçilər özləri də anlayırdılar ki, düşdüyümüz bu bəladan Azərbaycanı ancaq Heydər Əliyev çıxara bilər. Həmin vaxt Heydər Əliyevin Bakıya gəlməsi, ölkəyə rəhbərlik etməsi üçün cani-dildən çalışan bir çox insanlar var idi. Onlardan biri də mən olmuşam. Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün biz canımızdan da keçməyə hazır idik. Çünki bu bizim tale məsələmiz idi. Başa düşürdük ki, dövlətimizi ancaq o xilas edə bilərdi. Heydər Əliyev gəldi, qısa bir müddətdə yox olmaq təhlükəsi ilə qarşılaşan Azərbaycanı düşdüyü vəziyyətdən çıxardı, müstəqilliyimizi, dövlətimizi göz bəbəyi kimi qorudu və onu qüdrətli bir dövlətə çevirib, Azərbaycan xalqına miras qoydu. Hər bir azərbaycanlı müstəqil Azərbaycanda yaşadığı üçün Heydər Əliyevin ruhu qarşısında baş əyməlidir. Həm də ona görə baş əyməliyik ki, o, dövlətimizin daha da inkişaf etməsi, onun naşı əllərə düşməməsi üçün xəstə yatan vaxtlarında da xalqımızı, dövlətimizi düşündü. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində səhhəti ilə əlaqədar namizədliyini Cənab İlham Əliyevin xeyrinə geri götürməsi də Heydər Əliyevin dahiliyindən, həyatının son günlərində də dövləti düşünməsindən xəbər verirdi. Çünki Heydər Əliyev siyasətini layiqli şəkildə ancaq İlham Əliyev davam etdirə bilərdi, dövlətimizi o inkişaf etdirə, regionun lider ölkəsinə çevirə bilərdi.

- Heydər Əliyevlə bağlı ən çox yadınızda qalan xatirənizi bilmək maraqlı olardı...

- Heydər Əliyev elə bir insan idi ki, onun hər bir addımı, sözü bizlərin yaddaşlarında həkk olunub. Onun çıxışları, keçirdiyi müşavirələr, məmurları danlaması, onlardan hesabat tələb etməsi, fəaliyyətlərini tənqid etməsi, mətbuat işçiləri ilə təmasları, xalq içərisində olarkən səmimi hərəkətləri bir lent kimi hər gün gözümün önün önündə canlanır. Mən Heydər Əliyevin fanatı olmuşam, indinin özündə də elə bilirəm ki, o, bizim aramızdadır, hər an biz onun qulluğunda durmalıyıq.

- Belə fikir var ki, əvəzolunmaz insan yoxdur. Amma Heydər Əliyev əvəzolunmaz olub. Bunu siz də təsdiq edirsiniz yəqin...

- Təbii ki, hər hansı bir deyim mütləq deyil. Hansısa aforizmin müəllifi də yanıla bilər. Konkret olaraq “əvəzolunmaz insan yoxdur” deyiminin yanlış olduğunu biz Heydər Əliyevin timsalında gördük. Heydər Əliyev əvəzolunmaz insandır. Tarixdə çox dahilər, ümummilli liderlər olub. Amma Heydər Əliyev tam fərqli bir dahidir, şəxsiyyətdir. O, məhv olmaqda olan Azərbaycanı xilas etdi. Elə bir siyasi kurs müəyyən etdi ki, yenicə müstəqillik qazanmış Azərbaycan cəmi 10 ildən sonra Avropa Şurasının üzvü də oldu. Regionun lider ölkəsinə çevrildik. Ölkənin əksər problemləri həll olundu. Bunların Heydər Əliyevdən başqa kimsə edə bilməzdi...

Müsahibəni apardı:

Hamlet SADIQOV

Respublika prezidenti Azərbaycan xalqını təbrik etdi

ilham-aliyev

Azərbaycan Prezidenti  Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

 “Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Sumqayıt görkəmini dəyişir

eldar_eziziv

İcra başçısı Eldar Əzizov şəhərdə canlanma yaratmaq üçün qohumbaz məmurları vəzifədən

azad etməlidir

Sumqayıt şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov bu vəzifəyə təyin olunandan az sonra şəhərin abadlaşdırılması, problemlərin həllinə qərar verdi. E.Əzizov mövcud problemlərin həlli istiqamətində əlindən gələni edəcəyini vəd edib.

104 -dən səhifə 112

Əlaqəli xəbərlər