Nazir oğlunun 1 milyonluq maşını ölkəyə buraxılmadı!

 

Anar Məmmədovun bahalı “Ferrari”si gömrükdən geri qaytarılıb

Azərbaycanda məmur-oliqarxların dəbdəbəli həyat keçirməsi və xalqdan fərqlənmək üçün ən müxtəlif işlərə baş vurmaları heç kimə sirr deyil. Bir qayda olaraq imkanlı şəxslər özlərini daha pullu göstərmək üçün bahalı, ekzotik avtomobillər sürür, bununla fəxr edirlər.

PULUN QAZANILDIĞI VƏ İTİRİLDİYİ MƏKAN-BUKMEYKER KONTORLARI

İdman matçlarına pul qoyuluşlarını özündə təzahür etdirən totalizator oyunları

Bəzi insanlar əlavə gəlir mənbəyi əldə etmək, bəziləri isə düçar olduğu ağır maddi durumu yaxşılaşdırmaqdan ötrü çıxış yolları axtarır.  Müasir dünyada insanların bu tələbatı yeni bir biznes sahəsinin- bukmeykerliyin yaradılmasına rəvac verib. Bu biznes növünün tarixinə nəzər salsaq görərik  ki,  “mərc əməliyyatı” futbolun vətəni  sayılan İngiltərədə yaradılıb.

Müstəntiq korrupsiyaya görə həbs edildi

Vəzifəli şəxsin oğlu isə narkotik satarkən tutuldu!

 Korrupsiyaya qarşı mübarizə çərçivəsində prokurorluq orqanlarının öz sıralarında prokurorluq işçisi adına ləkə gətirən hərəkətlərə yol verən əməkdaşlar barəsində ən qəti tədbirlərin görülməsi təmin olunur.

Novruz gəlir, yaz gəlir...

Qiymətlər isə bahalaşır...

 Novruz - bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20, 21, 22 də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar.

Vətəndaşlara İlham Əliyevdən böyük dəstək

Qeydiyyatsız evlər uçurulmayacaq, sənədləşdiriləcək!

Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq vətəndaşların ən ciddi problemlərindən birinin həllinə qərar verib. Prezident Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədəki yekun nitqində deyib ki, Bakıda evlərin qeydiyyata alınması problemi var.

105 -dən səhifə 111

Əlaqəli xəbərlər