Generalın 1 milyon məsələsinə aydınlıq gəldi

 

Vəkil qarşı tərəfin müxtəlif oyunlara əl atdığını bildirib

Ötən sayımızda ölkənin ünlü generallarından biri 1 milyon avronu sələmə verməsi barədə yazmışdıq. Həm bizə, həm də digər mətbuat orqanlarına verilən məlumatda bildirilirdi ki, generallardan biri (onun nazir müavini postu tutduğu da bəllidir) faizə verdiyi 1 milyon avronu geri ala bilməyib və iş məhkəməyə qədər gedib çıxıb. Belə ki, pulunu ala bilməyən nazir müavini yaxınlarından birinin adı ilə Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Generalın yaxını Sumqayıtın Metallurq küçəsində çalışan cavabdehdən borcun qaytarılmasını, həmçinin, aylıq faizlərin ödənilməsini tələb edir.

Ramiz Mehdiyev Əsl dövlƏt adamı

Azərbaycan kiçik dövlət olsa da, onun regionda yeri, dünya boyunca əhəmiyyətlilik dərəcəsi kifayət qədər böyükdür. Təbii ki, Azərbaycanda özünün maraqlarını təmin etmək istəyən, burada öz mövqelərini möhkəmləndirmək üçün ən müxtəlif planlar quran və həyata keçirməyə cəhd göstərən dövlətlər də kifayət qədərdir. Həmçinin, ölkəmiz yerləşdiyi coğrafi məkana görə, kifayət qədər həssas bir bölgəni əhatə edir.

Mərkəzi Kliniki Xəstəxana ilə bağlı iki məhkəmə işi başlayıb

 

Xəstə xəstəxanadan, xəstəxana isə xəstədən pul istəyir

Ölkədə daha çox Mərkəzi Kliniki Xəstəxana kimi tanınan və yüksək tibbi xidmət səviyyəsinə görə seçilən “Mərkəzi Klinika” MMC-nin göstərdiyi tibbi xidmətlər bəzilərinin kəskin narazılığı ilə müşayiət olunur.

Nazir Əli Abbasov “sökə-sök”də “dişsiz” çıxdı

 

Telekommunikasiya şəbəkələrinin mühafizəsi zolağında tikliləri sökmək cəhdləri fayda verməyib

Şəhər meri və rayon icra başçıları, bələdiyyə, polis, neft şirkətlərindən sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyə də yaşayış evlərinin sökülməsi əməliyyatına start verib. Çox maraqlıdır ki, qeyd edilən qurumlar kimi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də telekommunikasiya şəbəkələrinin və xətlərinin mühafizə zolağında evlər və obyektlər tikilən zaman şübhəli şəkildə susublar. Bu susqunluğa nəyin səbəb olduğunu Azərbaycan xalqı çox gözəl bildiyindən bu haqda əlavə şərh vermədən mühakiməni oxucuların öhdəsinə buraxırıq.

 

108 -dən səhifə 111

Əlaqəli xəbərlər