“WhatsApp” yeni ildən bu smartfonlarda işləməyəcək

whatsapp

“WhatsApp” 1 yanvar 2021-ci ildən etibarən köhnə smartfonlarda işləməyəcək.

araz.az  konkret.az-a istinadən bildirir ki, bu barədə “Mirror” nəşri yazıb.

Mesencer əməliyyat sistemini iOS 9 və ya Android 4.0.3-ə qədər yeniləməyən istifadəçilərin cihazlarında çalışmayacaq. Bu, ilk növbədə iPhone 4 və daha əvvəlki modellərə aiddir.

WhatsApp”ın iPhone 4S, iPhone 5, iPhone 5S, iPhone 5C, iPhone 6 və iPhone 6S-də yenidən işləməsi üçün isə proqram təminatını iOS 9-dək yeniləmək lazımdır. Bundan başqa, mühüm məlumatları itirməmək üçün yazışmaların nüsxəsini çıxarmaq məsləhətdir. 

Əlaqəli xəbərlər