DÜNYA İLƏ ƏLAQƏLƏRİ YOXDUR - JURNALİSTLƏR ONLARI GÖSTƏRİLDİ

2018-05-16-01-39-13dundd (1).jpg

Kimsə yanlarına belə yaxınlaşa bilmir

Yüzlərlə yerli qəbilənin yaşadığı Venesuela-Brazilya sərhədindəki Amazon meşələri jurnalistlər tərəfindən göstərildi. Amerika qitəsinin kəşf edilməsindən 500 ilə yaxın müddət keçməsinə baxmayaraq hələ də tam kəşf edilməmiş yerli xalqların ən böyüyü olan Yanomamilər, xarici dünyayla əlaqə qurmamış düşərgələrdə məskunlaşıb.
 
 
 
20-ci əsrin sonlarından etibarən Yanomamilərin həyat sahələrini və həyatlarını təhdid edənlər isə, qaçaq yolla mədən axtaran ispan mənşəli qızıl axtaranlardır. Afrikadakı və Orta Şərqdəki qəbilələrlə bənzər ənənələrə sahib olan Yanonamilərdə evlilik, ailələrin uyğun hesab etdiyi kəslərlə mümkündür. Qadınların uşaqlarla və düşərgələrdəki bağçalarla maraqlandığı qəbilədə, kişilər ovçuluq və balıqçılıqla məşğuldur.
Qəbilənin yaşlıları kiçik uşaqların təhsilini boynuna götürüblər. Beləcə ənənələrini və yaşamaq üçün lazımlı məlumatları nəsildən nəsilə ötürürlər. Ticarət anlayışının olmadığı qəbilələrdə uşaqların baxımından, ov qədər hər şey ortaqdı. Ən böyük düşərgə 3 fərqli ailədən əmələ gəlib.
Venesuela və Brazilya sərhədi boyunca yaşayan 14 min əhalisi olan bu yerli xalq ölkə rəhbərliyindən, vergilərdən və yardımlardan xəbərsizdir.
 
 
Dövlət sistemindən məlumatsız yaşamaları təhlükəsizlikləriylə əlaqədar problemləri də görünməz edir. Venesuela hökuməti silahlı güclərini müəyyən dövrlərdə Amazon meşəsinin dərinliklərinə göndərir, amma bu əməliyyatlarda əsas məqsəd qaçaq mədənçilərin işlərinə maneə törətməkdir.
 
Turan

Əlaqəli xəbərlər