GÖZƏLLİK YARADAN ƏLLƏR

gzz07.jpeg

         Qənrsiz gözəlliyə sahib olmaq hər kəsin arzusudur. Gözəllik isə ilk növbədə sifətdən, gözlərdən, qaşlardan başlanır. Arzuolunmaz qüsurlar çox vaxt insanlarda, əsasən də qadınlarda komplekslər yaradır. Bəzən çox kiçik bir nöqsan insanın yaxşı cəhətlərinin gözəl ahəngini pozur. Belə hallarda ilk növbədə mütəxəssis işinə, peşəkar müdaxiləsinə ehtiyac duyulur.

         Kəmalə Kərimova permanent və mikrobleydinq üzrə xaricdə təhsil almış tanınmış mütəxəssisdir. Bir neçə il öncə təhsilini başa vurub Vətənə qayıdanda Kəmalə xanım sevdiyi işə böyük arzularla başladı. Düz deyirlər ki, bir şeyi gərək təkcə arzu etməyəsən, ona həm də gərgin əmək sərf edəsən. Zəhmətkeşliyi və işinə olan məhəbbəti ona arzularını gerçəkləşdirməsi üçün yol açdı. Gənc olmasına baxmayaraq, az müddətdə böyük uğurlar qazanmağa nail oldu.    

         Ölkəmizdə tatuaj qaşlardan sonrakı mərhələdə permanent aktual yer tutub və təbii şəkildə qalıcı makiyaj kimi istifadə olunur. Xüsusi çox nazik uclu iynə ilə dəri altı həyata keçirilən rənglənmə prosesidir. Mikrobleydinq isə kəsici alətlə dərini çərtərək həyata keçirilir və xüsusi alətlə boya qaşa yeridilir. Hər iki prosedur steril və birdəfəlik istifadə üçün nəzərdə tutulan alətlərlə həyata keçirilir. Sonrakı mərhələdə isə qadının üz görünüşünə uyğun qaş forması və boya rəngi seçilir.

         Kəmalə xanım seçdiyi və çalışdığı sahədə demək olar ki, respublika üzrə ən çox yeniliklər yaradan, kreativ təşəbbüslər irəli sürüb gerçəkləşdirən, möhtəşəm müvəffəqiyyətlərə nail olan, çoxsaylı uğurlara imza atan mütəxəssislərdəndir. Onun daim öz üzərində çalışması, işinə məhəbbəti fəaliyyət dairəsini daha da genişləndirməyə şərait yaradıb. İndi o, nəinki qaşlarda, artıq həm də dodaqlarda, kipriklərdə, saçlarda da möcüzələr yaradır. Ümidsiz vəziyyətdə Kəmalə xanımın yanına gəlib gülə-gülə onu tərk edən qadınların sayı onlarladır. 2017-ci ildə yaratdığı Tibbi Kosmetologiya Akademiyası onun reallaşmış arzularının ön sırasındadır. Tələbələrinə tibbi kosmetologiyanın sirlərini sevə-sevə öyrədən Kəmalə xanım onlara hər zaman tövsiyə edir ki, təkcə nəyisə öyrənməklə uğura yetmək olmaz, çalışdığın işi həm də sevmək lazımdır. O zaman uğura gedən yol qısalar. Kəmalə xanımın bu tövsiyələrinə əməl edərək, tibbi kosmetologiyanın sirlərinə vaqif olub özlərinə biznes qurmuş yetirmələri var artıq. Mahir sənətkar onların hər birini məhz özü kimi - əsl mütəxəssis olaraq yetişdirmişdir.

         Maraqlı detal kimi qeyd edək ki, Kəmalə xanımın Akademiyasında qonşu Gürcüstandan, İrandan, Ukraynadan, Rusiyanın ayrı-ayrı şəhərlərindən və s. yerlərdən istər zahiri görkəmini gözəlləşdirmək məqsədilə, istərsə də oxuyub-öyrənmək üçün gələn xeyli sayda əcnəbi qızlar, hətta oğlanlar da var.

PicsArt_05-26-06.18.03.jpg

         Yeri gəlmişkən onu da qeyd edək ki, Kəmalə Kərimovanın istedadı və təcrübəsi həmkarları tərəfindən çox yüksək qiymətləndirilir. Belə ki, o, kosmetoloqlar arasında keçirilən yarış və müsabiqələrdə münsiflər heyətinin tərkibində yer alır.

         İnsan da təbiətin bir hissəsidir, deyirlər. Bu mənada Allahın yaratdığı gözəlliklər bəzən hansısa səbəbdən yaralana bilir. Bu nöqsanları isə ustalıqla aradan qaldıran Kəmalə Kərimova kimi mütəxəssislərə tükənməz enerji və sonsuz ruh yüksəkliyti arzu edirik. Qoy onların gözəllik yaradan əlləri var olsun!

Nüşabə Əhməd

Əlaqəli xəbərlər