MƏDƏSİNDƏN TAM 1,5 KİLO SAÇ ÇIXDI - FOTOLAR

2018-06-02-00-49-31qq.jpg

Tez-tez qusanlar üçün təhlükəli xəbər...

Antaliyada mədə ağrısı şikayətiylə xəstəxanaya gedən Seda Nur Sayğının (20) mədəsindən 1,5 kiloqram saç çıxarılıb.
 
 
Sedanın kiçik yaşlarıdan saçlarını yediyi məlum olub. Mədə bulanması, qusma və mədəağrısı şikayəti ilə xəstəxanaya müraciət edən Seda Nur xəstəxanada bir sıra müayinədən keçib. Mədəsində xarici cisim olduğunu təsbit edən cərrah Mətn Çifçi, Sedanı əməliyyata alıb. Əməliyyat qrupu, mədədə yığılıb yumaq halına gələn 1,5 kiloqram saç aşkarlayıb. Saçı çıxarıb mədəni təmizləyən Dr. Mətn Çifçi, əməliyyatın 1,5 saat davam etdiyini söyləyib. Xəstənin uşaqlıqdan bu yana saç yemək vərdişinə diqqət çəkən Dr. Çifçi, . Tomoqrafiyanın nəticələrini görüncə açığı çaşdıq. Xəstənin keçmişini sorğuladığımızda uşaqlığında saç yediyini öyrəndik. Daha əvvəl də buna bənzər hadisələr görmüşdük, ancaq bu böyüklükdə bir yumağı həkim olaraq ilk dəfə gördüm. Əməliyyatda saç yumağını çıxarıb mədəni təmizlədik” deyib. Fərqli xəstəxanalara dəfələrlə eyni şikayətlə getdiyini, ancaq heç cür nəticə ala bilmədiyini qeyd edən Seda Nur isə tez-tez ürək bulanması yaşadığını söyləyib. Xəstəxanaya gəlincə ilk müayinədə problemin qaynağının təsbit edildiyini bildirən Seda "Anam söyləyərdi, çox kiçik yaşlarımda saç yeyirmiş. Ancaq bu qədər yeyə biləcəyimi düşünmürəm. Sanıram mədəmin içərisində yığılıb böyüyüb. Saçı mənə göstərdilər, çox çaşdım” deyə danışıb.
 
 Turan
 

Əlaqəli xəbərlər