Azərbaycanda ağac kölgəsini ərəbə pulla “satdılar”

1532417728_189072.jpg

Azərbaycanda ağacın kölgəsində əyləşən ərəbdən pul alınıb.

Hadisə Quba rayonunun Qəçreş kəndində baş verib.

Həmin əraziyə səfər edən ərəblər dincəlmək üçün yol kənarında dayanıb və ağacın kölgəsində oturublar.

Onlara samovar çayı satan gənc ağacın kölgəsinə görə də 5 manat pul tələb edib. Ərəblərdən biri ağacı Allahın yaratdığını deyib.

Gənc isə ona “Ağacı Allah yaradıb, amma buraya mən baxıram. Beş manat verməlisən”, - deyib.

Nəticədə ərəb gəncə beş manat verib.(Oxu.Az)

Əlaqəli xəbərlər