"Real Madrid" loqosunu dəyişdirdi - Müsəlmanlara görə

realmadrif-loqo.jpg

Məşhur futbolçu Kristian Ronaldonu "Yuventus"a sataraq, əhəmiyyətli dərəcədə güc itirən İspaniya nəhəngi "Real Madrid" radikal bir qərara imza atıb.

Open.az "Haberler"ə istinadən xəbər verir ki, dünyanın bir çox yerində forma satışından ciddi gəlir əldə edən Madrid təmsilçisi yeni mövsümün alternativ formalarında dəyişiklik edib.

Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair və Misir kimi ölkələrdə çoxsaylı forma satan "Real Madrid" satış rəqəmini artırmaq üçün loqosundan xaç işarəsini götürüb.

Sözügedən addım klubun yeni mövsüm formalarının mətbuata sızması ilə meydana çıxıb.

 

Əlaqəli xəbərlər