Bir milyard dollarlıq gəmi ilk səfərinə hazırlaşır

708992.jpg

Dünyanın ən lüks gəmisi hesab edilən "Celebrity Cruises" şirkətinə məxsus yeni 1 milyard dollarlıq "Celebrity Edge" gəmisi ilk səfərinə hazırlaşır.

Muxalifet.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, hazırda Floridada lövbərdə gözləyən gəmi 9 dekabrda Karib turuna çıxacaq. 2019-cu ilin yazında isə Aralıq dənizi sərnişinləri üçün Atlantikə doğru yol alacaq. "Celebrity Edge" gəmisi səyahətçilərə rahatlığın rahatlığını yaşadacaq.

Onun möhtəşəmliyi gəmiyə girişdən hiss olunur. Belə ki, girişdə sərnişinləri 700-dən çox LED lampa qarşılayır.

Gəminin ən önəmli özəlliyi isə onun "magic carpet" (sehrli xalça) platformaya malik olmasıdır. 90 ton ağırlığındakı bu platforma üzən vasitənin çölündə aşağı-yuxarı hərəkət edir.

Əlaqəli xəbərlər