Koronavirusu uşaqlara necə başa salmaq olar? - Mütəxəssislər izah edir

876145 4Koronavirusla mübarizədə yay fəsli artıq geridə qalır. Payıza qapalı məkanlarda mövsümi xəstəlikləri də əlavə etsək, bu hal daha da çətinləşə bilir. Sosial məsafə, gigiyena və maskalar bu çətin prosesdə kritik tədbir kimi görünsə də, bu qaydaları düzgün yanaşma ilə uşaqlara izah etmək və təhlükələrdən qorunma barədə məlumatlandırmaq çox vacibdir. Aylardır davam edən virusa qarşı mübarizə istər böyüklər, istərsə də kiçiklər üçün çətin oldu. Buna görə də qarşıdakı günlərdə uşaqların qaydalara əməl etməsi, təhlükəsiz bir mühit yaratmaq çox önəmlidir.

medicina.az bildirir ki, psixoloqlar uşaqlara virusu başa salmağın yollarını araşdırıblar. Həmin araşdırmanı təqdim edirik:

Duyğularınızın fərqində olun

Əvvəla, uşağa qayğı göstərən böyüklərin öz duyğularını fərq etmələri çox vacibdir. Bəzən öz qorxularınızla uşağın qorxuları birləşə bilər. Bu zaman özünüzə baxmağınız, bir yetişkin olaraq içərinizdəki qorxularla mübarizə edib-etmədiyinizi fərq etməyiniz çöx önəmlidir. Güclü qorxu, yuxu rejimində pozğunluq, qaçınma davranışları və narahatlığın yaratdığı qəzəb hissi kimi öhdəsindən gələ bilmədiyiniz hallarda fərdi dəstək almağa laqeyd yanaşmayın.

Qorxulu ssenarilər hazırlamaqdan çəkinin

Uşağınıza virusdan qorunmanın mümkün olduğunu izah edin və qorxulu ssenarilər yaratmadan çəkinin. Gigiyena qaydaları haqqında danışmaq və bunu uşağın evdə etməsini təmin etmək lazımdır. Əlinizi yuyarkən 20-yə qədər sayaraq bu prosesi uşağınızın yaşına görə əyləncəli mahnılar oxuyaraq daha da maraqlı edə bilərsiniz.

Bir günü və ya həftəni planlayın

Burada ən vacib məqam əvvəlcədən danışmağı bacarmaqdır. Uşaqların gedəcəyi yer, görüləcək işlər və ya qarşılaşacaqları vəziyyətlər barədə məlumatlandırılması, problemlərə qarşı əvvəlcədən planlar qurulması həm vaxta qənaət edir, həm də prosesdəki gərginliyi azaldır. Əvvəlcədən hazırlıqlı olduqda uşaq qarışıqlığa düşmür. Evdə olanda bunları uşağınızla müzakirə etmək və birlikdə etdiyiniz söhbətləri səhəri gün bir tapşırıq kimi yenidən yoxlamış kimi nəzərdən keçirmək faydalı olardı.

Duyğularını oyunlarla ifadə etməsinə çalışın

Uşaqlarınıza bu duyğuların öhdəsindən gəlmələrinə, qorxduqlarında və ya üzüldüklərində bir oyuna çevirərək yeni vəziyyətlərə uyğunlaşmasına kömək edə bilərsiniz. Oyunu başlayın, ancaq oyun zamanı ona müdaxilə etmədən, uşağın prosesi necə davam etdirdiyinə baxın. Ona maraqla suallar verin və sizə yol göstərməsinə icazə verin. Eyni zamanda, hissləri ilə bağlı kağızda rəsmlər çəkə və bu barədə danışa, kömək edə bilərsiniz.

Ehtiyaca diqqət edin

Psixoloqların fikrincə, gözlənilməz və istənməyən dəyişikliklər uşaqları çətinə sala bilər. Belə vəziyyətlərdə uşaqların hərəkətləri ilə bunu ifadə etdiklərini görürük. Başqa sözlə, uşaq kənardan anlaşılmayan, lakin onu içəridən narahat edən duyğuları yaşayırsa, davranışları ilə bunu göstərir. Ağlamaq, qışqırmaq, vurmaq, qaçmaq, səssiz olmaq bunun bir təzahürüdür. Belə məqamlarda davranışa fikir verməmək, uşağın ehtiyacını söyləyə bilməsi və duyğularını hiss etməsi vacibdir.

Hərəkəti həyatınıza qatın

"Mənfi duyğular bədəndə yığılan və sərbəst buraxılması lazım olan enerjilərə bənzəyir", - deyən mütəxəssis qeyd edir ki, bundan qurtulmaq üçün uşaq yoqası, ritm rəqsləri, kiçik gəzinti və ya qaçış kimi işlərə meyl etmək olar.

araz.az

Partlayıcı maddələrin aşkarlanması üçün robot çəyirtkə yaradılıb

cer 696x522Missuri Vaşinqton Universitetinin alimləri ABŞ-ın “Schistocerca americana” çöl çəyirtkəsini mühəndis “mühəndis-istehkamçıya” çevirmək üçün onun iybilmə orqanlarından istifadə ediblər. Bunun üçün həşəratın bığlarına elektrodlar quraşdırılıb.

Sozcu.az ictnews.az-a istinadən bildirir ki, həşəratların bığlarındakı iybilmə reseptor neyronları qoxulara daha həssas reaksiya verirlər. Hər çəyirtkə bığında həşəratın beyin nahiyəsinə elektrik siqnallar ötürən təxminən 5 min neyron mövcuddur.

Çəyirtkənin bomba aşkarlamaq qabiliyyətini yoxlamaq üçün mütəxəssislər qrupu tərəfindən müxtəlif partlayıcı maddələrin buxarları onun bığlarına üfürülüb. Eksperimentdə trinitrotoluol (ТNТ) və 2,4-dinitrotoluol (DNT), geksogen və ammonium nitrat buxarları və s. tətbiq edilib. Bundan başqa, həşəratların partlayıcı olmayan maddələrə həssaslığı yoxlanılıb.

Məlumata görə, alimlər çəyirtkəni onların bığlarının elektrik aktivliyini qeydə alaraq onu kompüterə translyasiya edən kiçik sensor rükzaklarla təchiz ediblər. Tədqiqatçılar müəyyənləşdiriblər ki, partlayıcı maddələrin buxarlarının təsiri zamanı müəyyən neyron qrupları aktivləşməyə başlayır. Həmçinin partlayıcının buxarlara reaksiyası partlayıcı olmayan maddələrin reaksiyasından fərqlənib. Bundan əlavə, çəyirtkə müxtəlif növ partlayıcı maddələrə fərqli reaksiya göstərib.

araz.az

“5G” şəbəkəsi ilə tam əhatə olunan ilk şəhər açıqlandı

WhatsApp Image 2020 08 18 at 13.49.17Çinin Quandun əyalətində yerləşən Şençjen dünyada beşinci nəsil mobil rabitə şəbəkəsi ilə tam əhatə edilən ilk şəhər olub. Bu barədə şəhər administrasiyasının rəhbəri Çen Juqu bu münasibətlə keçirilmiş mərasimdə bəyan edib.

“ICTnews” xəbər verir ki, tədbirdə Şəhər Sənaye və İnformasiyalaşdırma İdarəsinin rəhbəri Tzya Sindun tərəfindən təqdim edilən məlumata görə, indiyədək Şençjendə “5G” şəbəkəsi üçün 46,4 mindən çox baza stansiyası qurulub ki, bu da əvvəlcədən planlaşdırılan göstəriciləri 1,5 min ədəd üstələyib. Bundan başqa, Şençjen “5G” şəbəkəsinin əhatə dairəsinin sıxlığına görə ölkədə birinci yeri tutur.

Məlumata görə, şəhərdə yaradılan “5G” şəbəkəsi avtonom şəkildə fəaliyyət göstərir. Avtonom olmayan şəbəkələr avtonomlardan fərqli olaraq qismən “4G” rabitə standartı ilə istifadə edilir, lakin bir sıra “5G” imkanlarını dəstəkləmir. Belə avtonom şəbəkələr üçün infrastruktur sıfırdan yaradılır ki, bu da böyük maliyyə xərcləri ilə müşayiət olunur.

Çində “5G” şəbəkəsi ilə tam əhatə olunan ilk şəhər vəzifəsi ötən ilin sentyabrında Şençjen rəhbərliyi tərəfindən qarşıya qoyulub.

Hazırda “5G” rabitə şəbəkəsi üçün aktiv infrastruktur inşası bütün Çində aparılır. İlin ilk rübündə yeni növ koronavirusun yayılması səbəbindən prosesin bir qədər yubanmasından sonra hazırda işlər sürətli templərlə həyata keçirilir. Çin Sənaye və İnformasiyalaşdırma Nazirliyinin məlumatına görə, hər həftə Çində 10 mindən çox baza stansiyası qurulur. Həmçinin mobil rabitə operatorları tərəfindən bu yaxınlarda “5G” üçün tarif paketləri ucuzlaşdırılıb.

Hökumətin planına görə, cari ilin sonunadək Çində ümumilikdə 800 min “5G” baza stansiyası quraşdırılacaq, istifadəçilərin sayı isə 200 min nəfəri ötəcək. 

araz.az

Azərbaycanda ötən ay uşaqlara ən çox bu adlar qoyulub - SİYAHI

WhatsApp Image 2020 08 18 at 12.37.56Bu ilin iyul ayında doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

 APA xəbər verir ki, iyul ayında doğumu qeydə alınmış körpələrdən oğlan cinsindan olanlara ən çox Yusif (209), Uğur (201), Əli (171), Hüseyn (162), Məhəmməd (129), Ömər (128), Murad (115), Raul (100), Ayxan (95) və Tunar (87) adları qoyulub.

Bildirilib ki, qız cinsindən olanlara isə Zəhra (224), Zeynəb (160), Aylin (151), Məryəm (140), Fatimə (137), Nuray (124), Nilay (121), Mələk (117), İnci (112) və Ayla (104) kimi adların verilməsi üstünlük təşkil edib.

 

 

araz.az 

“Facebook” və “Instagram” messencerlərini birləşdirəcəklər

fb instagram banker 696x464Facebook”“Instagram” messencerlərini birləşdirəcəklər. Qeyd edildiyi kimi, bu yenilik “Instagram”dan “Facebook” istifadəçilərinə mesaj göndərməyə imkan verəcək. Banker.az xəbər verir ki, bundan əlavə, “Instagram”dakı “direkt” işarəsi “Messenger”in loqosu ilə əvəzlənəcəkdir.

Mark Çukerberqin sözlərinə görə, xidmətlərin inteqrasiyası zamanı şifrələmə istifadə ediləcək. Lakin “Facebook”un istifadəçi məlumatlarını saxlama metodu ilə bağlı olan qalmaqalları xatırlasaq, bunun çox da effektiv olacağına güvənmək çətindir.

 

 

araz.az

Həkimin dişinə iynə vurub öldürdüyü dövlət xadimi

big 1597562424 xadimAzərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı və Üzeyir Hacıbəyov adına mükafatın laureatı Şıxəli Qurbanovun (16 avqust 1925, 24 may 1967) doğum günüdür.
Şıxəli Qurbanov 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olub.
Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı.
Görkəmli alim və yazıçı, dövlət xadimi Şıxəli Qurbanovun "Ömürdən səhifələr” kitabından "Beləliklə Berlinə qədər getdik. Berlin mənə çox tutqun və qaşqabaqlı bir şəhər kimi göründü. Bilmirəm, müharibədən yorulub, taqətdən düşdüyü üçünmü, yoxsa bizim gəlişimizi gözləmədiyi üçünmü belə idi. 
Reyxstaqın görkəmi çox miskin və acıqlı idi. Xarabalar arasında qol- budağı qırılmış bir ağac kimi görünürdü. Məğlubiyyətin lal-kar bir şahidi kimi durmuşdu. İndi o, nəhəng bir qalxana bənzəyirdi ki, qaliblər iri hərflərlə bu sözləri yazmışdılar:
"Biz qalib gəldik!”
Bəli, biz qalib gəldik. Amma bu qələbəni asanlıqla qazanmadıq. O nəhəng bir tıxac kimi bizim boğazlarımızı tıxadı, gözləimizdən ixtiyarsız yas və fərəh yaşları axıtdı.
Müharibə qurtardı!..
Bəs onun vurduğu yaralar?
Aradan illər keçdikdən sonra mən tez-tez qəzetlərdən oxuyurdum ki, qısa bir müddətdə müharibənin vurduğu yaraları sağaltdıq.
Amma necə?
Bəli, budur, biz yerlə - yeksan edilmiş şəhərlərin və kəndlərin yerində əvvəlkilərindən qat-qat gözəl şəhərlər və kəndlər qurduq. Bəs Avropanın, demək olar ki bütün hissələrində qardaş məzarlıqlarını dolduran insanlar necə olsun? Bəs ən əziz adamları qayıdıb gəlməmiş milyonlarla insanlar necə olsun? Axı onlar bir də heç zaman qayıtmayacaqlar!..Bəs mənim artıq görüşə bilmədiyim və görüşə bilməyəcəyim o yaşıdlarım necə olsun? 1920-1926-cı illərdə doğulmuş insanlar?
Bəli, müharibənin vurduğu ən dərin, ən qorxunc yaralar bunlardır! Məgər bu yaraları sağaltmaq olarmı? Uşağa atanı, anaya oğulu kim əvəz edə bilər?
Bəli, biz qalib gəldik, amma qələbə bayramını bizimlə bərabər keçirməyə haqqı olanlardan bir çoxları indi yoxdur; onlar yer altında yatır."
1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov dünyasını dəyişir, həkim pəncərədən düşüb qaçır.
Etibar Əliyev 
Milli Məclisin deputatı

Öz dəfnindən iki gün sonra evinə qayıdıb

872522Hindistanın Kampur şəhərinin sakini Əhməd Həsən öz dəfnindən iki gün sonra evinə qayıdıb.

AZƏRTAC bildirir ki, qəribə hadisə avqust ayının əvvəlində baş verib. Əhməd Həsən həyat yoldaşı ilə mübahisədən sonra evini tərk edib. Kişinin qayıtmadığını görən qohumları onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.

Avqustun 5-də hüquq-mühafizə orqanları görünüşünə görə Əhməd Həsənə bənzəyən cəsəd aşkarlayıb. Həyat yoldaşı və qardaşları cəsədin qohumlarına məxsus olduğunu təsdiqləyiblər. Dəfn mərasimi elə həmin gün baş tutub.

Lakin iki gün sonra Əhməd Həsən evinə qayıdıb. Hadisədən qorxuya düşən qonşularının çağırdığı polis əməkdaşları onu şöbəyə aparıb.

O, polisə verdiyi ifadədə həyat yoldaşı ilə mübahisədən sonra çalışmaq qərarına gəldiyini və zavodlardan birinə işə düzəldiyini deyib. İlk maaşını alaraq geri qayıdan kişi evində heç kimi tapa bilməyib. Əhməd Həsən öz dəfni barədə yalnız polis idarəsində xəbər tutub.

<ins'>

Həyat yoldaşı ərinin sağ olduğuna sevindiyini bildirib. Qadının sözlərinə görə, cəsədi görən zaman şübhəyə düşsə də, ərinin qardaşları onu cəsədin Əhməd Həsənə məxsus olduğuna inandırıblar.

Hazırda Kampur polisi dəfn olunan insanın şəxsiyyətini araşdırır.

araz.az

3 -dən səhifə 41

Əlaqəli xəbərlər