Azərbaycanda ekstremal soyuq dövrlərin tarixləri AÇIQLANDI
Son onillikdə soyuq hava dalğaları hadisələrinin orta sayında və davamiyyətində cüzi azalma baş verib.
araz.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun "İqlimşünaslıq və aqroiqlimşünaslıq” şöbəsinin aparıcı elmi işçisi Umayra Tağıyeva APA-ya bildirib ki, əgər soyuq hava dalğaları hadisələrinin orta sayı 1964-1990-cı illərdə 2,7 olmuşdusa, 1991-2014-cü illərdə bu rəqəm 2,5 təşkil edib.