"Qarabağın azadlğının “açarı” hal -hazırda Rusiyanın əlindədir" - TAHİR ABBASLİ

Tahir Abbasli

Tahir Abbaslı


“Ukrayna və Rusiya müharibəsi güc ölkələrinin apardıqları yanlış və məqsədyönlü siyasətlərinin nəticəsi deyilmi? Qərb ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün Rusiyanın qarşısında dura biləcək Ukraynadan istifadə etdilər”.

Bu sözləri İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı Sozcu.az saytına vediyi müsahibədə deyib:

- Tahir bəy, Azərbaycan İslam Demokrat Partiyasının fəaliyyəti gözə dəymir.
- Bismilləhir- rahmənir- rahim. İslam Demokrat Partiyası adından göründüyü kimi 2002 - ci ilin oktyabr ayından müqəddəs ideologiya, əqidə və etiqad üzərində yaradılıb və siyasi fəaliyyətə başlayıb. Bu gün də ictimayi - siyasi həyatda baxış, ideya, təklif və ən azından nümunə olaraq maaariflənmə təbliğat - təşviqat işlərini davam etdirir. fəaliyyət başlamağımızın 16-cı ilini yaşayırıq. Siyasi fəaliyyətimiz müxalifət partiyası olaraq milli və dövlət maraqlarına xidmət edir. Biz islam əxlaqı, islam mənəviyyatı çərçivəsindən kənara çıxmadan cəmiyyətimizə adaptasiya etmək cəhdində davamlı addımlar atmaqdayıq.
Bizim siyasi fəaliyyətimiz zahiri görüntü xarakterində olmadığından çoxları üçün görünməyə bilər. Əslində, hal hazırda ciddi və böyük siyasi fəaliyyət üçün fəza da yoxdur. Siyasi fəaliyyətin nəzərə çapmamasına maliyyə imkanlarımızın olmaması və ölkəmizdə və eləcə də dünyada gedən bir qütblü siyasətin (kapitalizm formasiyasının dominatlığı) təsirini qeyd etmək istərdim. Beləcə sıxıntılar, ideoloji basqılar və hakimiyyətin apardığı siyasət çox partiyalar kimi bizim üçün də məhdud çərçivədə hərəkət sistemi yaradıb ki, bacardığımız qədər fəaliyyət göstəririk. Şikayət etmək istəmirəm ancaq insanlarımızın siyasətdə passivliyi və fikir, ideya bazarında alıcılığının olmaması, üzdə olan siyasilərin, xüsusən müxalifətin “vitrin”indəki siyasi liderlərinin səriştəsizliyi və etbarlarını itirməsi, bəzi siyasi partiyaların sui -istifadə edib, zaman-zaman etdiklər hoqqabazlıqları, İqtidarın müxalifət düşərgəsinə amansız rəftarı, işsizlik və xüsusən Qarabağ problemləri əl qolumuzu bağlayıb Siyasi fəaliyyət üçün ancaq üz-göz işarəsi ilə də olsa, azdan az, çoxdan çox fəaliyyətimizi təqdim edirik.
Sadaladığım bütün bu naqisliklərin hamısı bizlərə bəraət qazandırmır. Demək özümüz öz üzərimizdə yetərincə işləyə bilməməyimiz də göztəricilərimizə səbəb olub.
- Tahir bəy, hakimiyyət düşərgəsindən cəmiyyətə Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına üzv ola biləcəyimizlə bağlı mesajlar verirlir. Siz necə hesab edirsiniz, torpaqlarımızın işğalda olduğu bir zamanda bu təşkilata üzv olmağımız dövlətimizin maraqlarına uyğundurmu?
- Avropa Rusiyaya yaşıl işıq yandırıb ki, ətrafında olan ölkələri “nizam- intizama” salsın. Türkiyə də Ərəb ölkələrindən gələn qaçqınları nizama salsın. İranın da Suriya məsələsində öz öhdəçiliklər var. Bu baxımdan bu ölkələrin qonşuluq, mədəni, hərbi, siyasi və iqtisadi bağlantılarını olması zəruridir. Qarabağın azad olmasının bu quruma aidiyyəti olmaya da bilər. Belə ki, torpaqlarımızın işğalınn səbəbləri güc dövlətlərinin təsirlərindən azad və müstəqil olmağımızın qurbanı oldu. Bizim Allahın köməkliyi ilə Qrabağ və onun ətrafında işğal olunmuş 7 rayonun azad olunacağına yəqinliyimiz var. Dünyada baş verən olaylardan ibrət götürüb, gələcəyə hamılıqla ayıq və agah olmalıyıq.
Ukrayna - Rusiya müharibəsi güc ölkələrinin apardıqları yanlış və məqsədyönlü siyasətlərinin nəticəsi deyilmi? Qərb güc ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün Rusiyanın qarşısında dura biləcək Ukraynadan istifadə etdilər. Çünki Qərb ölkələrində Rusiya ilə müharibəyə hazır deyillər və heç müharibə etmək fikirləri də yoxdur. Belə ki, müharibən fəsadlarından doymuş Avropa, dinc yaşamağa üstünlük verir. Ona görə Ukraynanı özlərinə cəlb etməklə Rusiya arasında sərhədi genişləndirdilər. Nəticədə Ukrayna torpaqlarını itirdi, insanlar öldürüldü, yaralandılar və əsir düşdülər. Bu baxımnan yeni yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsində də güc ölkələrinin və eləcə də Azərbaycanın maraqları var. Məsəl var; “tək əldən səs çıxmaz”.
- AİDP Qarabağın işğaldan azad edilməsinin yollarını necə görür? Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün müharibəyə başlamalıdır, yoxsa danışıqları davam etməlidir?
- Qarabağımız hər bir vətandaşımızın və dövlətimizin imtahanıdır desək yanılmarıq. Əksəriyyətimiz də dəqiq bilirik ki, Qarabağın azadlğının “açarı” hal -hazırda Rusiyanın əlindədir. Rusiya bölgədə dominatlıq edir. Çünki, Rusiya ətrafında olan ölkələrə təsir rıçaqlarını itirmək istəmir deyə, bütün vasitələrdən (siyasi, iqtisadi və hərbi)istifadə edir. Hakimiyyətdə olanlar Rusiyanın sonu bitmək bilməyən basqılarını dəyərləndirib, siyasi manevr etməkdən başqa çlxış yolu görmürlər deyə qarşılaşdıqları hadisələrdə ekspromt qərarlar verirlər. Belə qərarlar heç də həmişə uğurlu alınmır. Ölkə daxilində ciddi fikir ayrılıqları olduğundan vəhdətlik nəzərə çapmır. Əqidəvi, etiqadi və dinə imani bağlantılar olmayan yerdə böyük uğurlara nail olmaq qeyri mümkündür. Qarabağın alınması da üç birlikdən; ziyalıların ağlı, varlıların pulu, kasıbların canının bir arada olmasından keçir. Düşmənlərimiz məhz bu birliyin dağılmasından o qədər istifadə ediblər ki, bu qüvvələr bir-birilərinə düşmən kəsiliblər. Ağır imtahandan çıxış yolumuz var. İnşallah, Allahın köməyi ilə hamılıqla vəhdətlik edib, milli müqavimət yarada biləcək milli ideolagiyamıza sahib duraraq, buyurduqlarını həm təfəkkürdə və həm də əməllərdə ortaya qoymalıyıq. Hər bir vətandaş ayıq - sayıq olub, vətənimizin və dövlətimizin əsgəri olmalıdır ki, əlimizdə olanları qoruyaq və gedənləri qaytaraq. Əlbətdə dinimiz bu işləri grməkdə xalqımıza və dövlətimizə kömək olacaqdır.
- Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə açılamasında belə bir söz deyib: "Bəziləri Məhərrəm ayında sünni-şiə mövzusu ilə. müəyyən fikir ayrılıqları ilə problemlər yaratmağa, təxribat törətməyə cəhd edirlər". - Sizin fikrinizcə Azərbaycanda şeyxin də münasibət bildirəcəyi qədər ciddi dini problem mövcutdurmu?
- Şeyx hər vaxt olduğu kimi, bu dəfə də belə çıxışlar edib. Ehtimal edirlər ki, təxribatlar ola bilər və fürsətdə duran düşmənlər çaxnaşma yaratmaq cəhdində ola bilərlər. Hər vaxt qarışıqlıq yaratmaq istəyən belə qüvvələr öz cinayətlərin ört-basdır etmək üçün bütün vasitələrdən, xüsusən siyasi səriştəsi olmayan dindarları öz cinayət tərkibli oyunlara cəlb edə bilirlər. Düşmənlərimiz çoxdur. Dünyanı bizim dövlət kimi öz təsirində saxlamaq istəyən gizlin və aşkar qüvvələr var . Məsəl var; “Ehtiyat igidin yaraşığıdır”.
- Partiyanızın adı İslam Demokrat Partiyasıdır. İslam və demokratiya, bir -birlərinə zid ideologiyalar deyil ki?
- Qeyd etmək istəyirəm ki, İslam demokrat ideyasının 106 yaşı var. 1911 -ci ildə ilk siyasi partiyası yaradılıb. Sonradan yaradılmış Musavat partiyasının ideologiyası İslam demokrat olubdur. İslam dini bütün formasiyalarda insanların seçimlərinə böyük dəyər verir və hər vaxt çətinliklərdə xidmətini əsirgəmir. Din sosial gövənliyi yartmaqda çətinlik çəksə də, mənəvi dəyərlərin, dövlətçiliyin qorunub saxlanmasında, insanların milli müqvimətinin yaranmasında mühüm rol oynayır. Elə götürək ötən əsrin əvvələrində formasiyaya. Ateist olsalar belə, insanlar yanlış seçim etsələr belə, ən çətin anlarda dindən bəhrələniblər. Bütün dövrlərdə müharibələr, ölkə daxili qarşıdurmalar, aclıq, səfalət, qıtlıq, mənəvi dəyərlərin itirilməsi və s. kimi problemlərlə üzləşilib. İslamın gözəl nümunələri elə xidmət etmişlər ki, hamılıqla dost, qardaş, qohum olmağa çalışmaqla, insanlarda ümüd, hər çətinliklərə dözüm və bağışlamq kimi mənəvi qüvvə ilə qalib olublar. İnsanlar sönməyiblər, eşq və imanla imtahanlardan, sınaqlardan çıxıblar.
Demokratiyanın tərkibində olan çox xüsusiyyətlər var ki, islam nəinki qahmar durur, hətta banisi hesab olunur. Beləki gözəl xüsusiyətlərin yaranmasını öyrədir və tələb edir. İslamda əmr olunur ki, düşmənlə üz- üzə gələndə vuruşun. Əgər təslim olsalar və dinimizi qəbul etsələr onlarla ədalətli və səbrli olun. Bəli dözümlülük məktəbin İslam qoyub. Xüsusən Həzrəti Peyğəmbərimiz (s) və onun Əhli - beyt (ə)ları öz təfəkkür və əməlləri ilə gözəl nümunə qoymuşlar və bəşərə müəllimlik etmişlər. Hz.Əli (ə) xilafətdə olan zaman əsirlərə və ona müxalif olanlara heç vaxt aqressiv olmadı. Əksinə Hz. Əlinin zamanında onlara cəza vermək əvəzinə dövlət büdcəsindən yardım edilirdi. Dəfələrlə məkəmələrdə ittihamlar kürsüsündə oturub və məhkəmədən tələb edirdi ki, xilafətdən sui- istifadə olunmasın. Hətta bununla belə ona qarşı haqsızlıq edilib, atının yüyənini belə qaytarmayıblar. Məgər indi dünyada elə demokrat ölkə varmı ki, belə nümunələr sərgiləsinlər? İmam (ə)larımızın hər biri ağrılı acılı həyat tərzində olsalar belə düşmənləri onlardan kömək istəyəndə heç vaxt qarşılıq istəmədən ilahi kömək və yardımlarını əsirgəməmişlər.
Qeyd etmək istəyirəmki, təkidlə hakimiyyətə gəlmək niyyətində olmamışdır. Əli (ə) i siyasi şura xilafətdən uzaqlaşdırılanda belə üsyankarlıq etmədi. Məgər bunlar qərbin təqdim etdiy demokratiyadan nədənsə seçilir və ya yuxarı təfəkkürdü?.

Əlaqəli xəbərlər