Daxili İşlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazov cənablarına – RƏSMİ MÜRACİƏT

1518254332_vilayet_eyvazov.jpg

Azərbaycan Respublikası Daxili İşlər Nazirinin
birinci müavini general-leytenant V.Eyvazov cənablarına

Sabunçu rayonu Yeni Ramana qəsəbəsində (Araz marketin yanı) yaşayan Məmmədov Süleyman Cəlal oğlu tərəfindən Tel: (050) 365 95 47; (055) 527 39 72

Ərizə

2017-ci ilin aprel ayında Suraxanı rayonu Ramana qəsəbəsi, Samir Əliyev küçəsində Təbib Aslanov adlı vətəndaşdan, oğlum Məmmədov Altay üçün, razılaşma yolu ilə, hissə-hissə ödəmə şərtilə, 20000 (iyirmi min) manata iki otaqlı, ümüm sahəsi 40 kv.m olan ev almışam. Sonradan 20 kv.metrlik bir otaq da özüm tikmişəm və həyətimi hasara almışam. 7-8 dekabr 2017-ci il tarixdə Təbib Aslanov qaynı Cahid adlı şəxslə məni görüşə çağırıb və evi tərk etməyimi tələb ediblər. Mən isə evimin 30000 (otuz min )manat qiyməti olduğunu, heç olmasa, mənim çəkdiyim 17500 (on yeddi min beş yüz ) manatlıq xərcimin ödənilməsi qarşılığında bunun mümkünlüyünü bildirmişəm. Cahid və Təbib məni "pis olacağ”ı ilə təhdit etdikdən sonra ayrılmışıq. 27.12.2017- ci il tarixdə yenidən Təbib Aslanov məni, "Kəbleyi Tahir", "lotu Tahir", "avtoritet Tahir" adlı şəxslə birlikdə "söhbəti bağlamaq" üçün görüşə çağırıb. "Söhbət" zamanı "Kəbleyi" Tahir mənim 17500 ( on yeddi min beş yüz )manat pul xərclədiyim evi 15000 ( on beş min) manat qiymət kəsib, özü aldığını bildirib. Mən sonradan mənə və övladıma qarşı yaradıla biləcəyi təhlükələri nəzərə alaraq razılaşmışam. Tahir ilk olaraq 5000 ( beş min )manat verib və 2-3 gün müddətinə qalan 10000 (on min )manatı ödəyəcəyini bildirib. Lakin 7 yanvar 2018-ci ildə Tahir mənimlə görüşüb və 4400 ( dörd min dörd yüz ) manat verib, qalan 5600 ( beş min altı yüz )manatı da 2-3 gün ərzində çatdıracağını bildirib. 24 yanvar 2018-ci il tarixdə Ayət adlı səxs mənə zəng edib, "kəbley"inin qardaşı olduğunu bildirib və görüşmək istədiyini deyib. Saat 17.00 radələrində Ayət adlı şəxs Təbiblə birlikdə mənimlə görüşüb, Tahirin 5000 ( beş min )manat göndərdiyini və sabah evi tərk etməyimi tələb ediblər. Mən isə, Tahirin 5600 ( beş min altı yüz ) manat borcu olduğunu və köçmək üçün 3-4 gün vaxt istəmişəm. Bundan sonra Ayət pulu cibinə qoyub və "Tahir bilər sən bilərsən" deyib, Tahirə zəng edib. Telefon danışığı zamanı Tahir məni evimin divarlarını sökəcəyi ilə təhdid edib və ayrılmışıq. Həmin gün 23.30 radələrində, oğlum ailəsiylə evində yatdığı zaman, Tahirin həyəti tərəfdən, oğlumun evi bərk döyülüb. 102 xidmətinə zəng edilib və Suraxanı polis bölməsi tərəfindən izahatlar alınaraq, işə xitam verilib. Dəfələrlə Təbib və arvadı Nailə, baldızı Arzu tərəfindən oğlumun evinə hücum edilib, ailə uşağı təhqir edilib və bu haqda da 102 vasitəsilə Suraxanı polis bölməsi tərəfindən aparılmış təhqiqat nəticəyə varmadan bağlanıb. Cənab general leytenant V.Eyvazov! Təbib Aslanov tərəfindən oğlumun elektrik xətti 25.01.2018 il tarixdən kəsilib, evdə yaşamaq dözülməz olub. Bu gün, 09.02.2018 tarixdə Azərişığın əməkdaşları evə elektrik xətti çəkmək istəyərkən, Təbib Aslanov və başına yığdığı Cahid, Müşfiq, Nailə və Arzu adlı vətəndaşlar ona hücum edib və dövlət işçisinin qanuni vəzifəsini həyata keçirməyə imkan verməmişlər. Və bütün bunlar, nə yazıq ki, sahə müvəkkili Elvin və 6 nəfər post patrul xidməti əməkdaşlarının gözü qarşısında baş verib. Cənab General! Mənim və ailə üzvlərimin təhlükəsizliyinin, oğlumun yaşadığı evə elektrik xəttinin verilməsinin və "lotu" Tahirdən mənə olan 8100 (səkkiz min yüz) manat borcun alınıb mənə qaytarılması üçün sərəncam vermənizi Sizdən xahiş edirəm.

Göstərəcəyiniz diqqət və qayğı üçün öncədən təşəkkürümü bildirirəm. 
İmza: Süleyman Cəlal oğlu Məmmədov

BakuneWs.az

"Azəriqaz" limiti keçən abonentlərlə bağlı çox vacib məsələyə aydınlıq gətirdi (FOTO)

 

Azərbaycanda yanvar ayının 1-dən sonra qaz sayğacına pul yükləyən əksər sakinlərin qaz sərfiyyatı 10 qəpikdən deyil, 20 qəpikdən hesablanıb.

Araz.az qeyd edir ki,bu barədə BAKU.WS-in redaksiyasına çox sayda şikayətlər daxil olub, Facebook səhifəsində qeydlər edilib. Şikayətçilərin sözlərinə görə, “Azəriqaz” dekabrın qaz sərfini yanvar ayınının əvvəllərində qeyd etməyə başlayıb.

Şəki, Mingəçevir, Xaçmaz, Lənkəran, Cəlilabad rayonlarında yaşayan sakinlər bildirirlər ki, “Azəriqaz” əməkdaşı sayğacı yoxladıqdan sonra qəbzin üzərində bir həftə əvvəlin tarixi qeyd olunur.

Bundan başqa. abonentlər şikayət edir ki, yanvarın ilk günlərində sayğaca 20, 30, 50 manat yükləsələr də sayğacda 10, 15, 25 manat göstərilir, yəni ödəniş 20 qəpikdən hesablanır.


Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyev BAKU.WS-ə açıqlamasında abonentlərin şikayətlərinə aydınlıq gətirdi. O bildirdi ki, abonentləri çaşdıran məqam bundan ibarətdir ki, onlar pulun sayğaca yüklədiyi gündən hesablandığını düşünürlər.

“Qaz sayğaclarının göstəricisi ilə bağlı hər hansı problem ola bilməz. Sayğacın üzərindəki göstərici və sərf olunan qazın dəyəri ölçülür. Bu sayğacın göstəricisində öz əksini tapır. İstehlakçıların özləri də sayğaca nəzarət edə bilirlər. Məsələ burasındadır ki, limiti keçən abonentlər yanvarın 1-dən əvvəl, məsələn dekabrın 20-də karta pul yükləyibsə, bu, həmin gün uçota alınır. Yəni dekabrın 20-də karta yüklədiyi məbləği yanvarın 1-dən sonra sayğaca yükləyirsə, 20 qəpikdən hesablanacaq. Yanvarın 1-dən sonra karta nə qədər pul yüklənibsə, sayğacda o qədər də göstəriləcək. Ödəniş sayğaca yükləndiyi gündən deyil, karta yükləndiyi gündən hesablanır”, - deyə İbrahim Kəlbəliyev bildirdi.

"Azəriqaz" rəsmisi qurum əməkdaşlarının yanvarın əvvəllərində sayğacların yoxlanılması prosesini aparmasını isə bayram günləri ilə əlqaələndirdi.

Mirələm Quliyev hakim kimi nə etdiyini bilmir

Bu səbəbdən, kənd müəllimi müflis olub, “Kred Aqro” isə, öz kefindədir 

 WhatsApp Image 2017-09-16 at 00.57.10.jpeg

İndi banklar çoxlarının başına oyun açıb. Hüquq-mühafizə orqanlarımız bu problemi araşdırmaqdan, sanki ləzzət alır. Məhkəmələrimizin qapılarını açanlar isə, daha çox bank "gestapoçularıdır". Qalaq-qalaq haram qazanc iddiaları ilə hakimlərlə, hakim köməkçiləri... ilə pıçhapıçda, məhkəmə tələsinə düşənlərin əlləri isə, üzlərindədir;  Nə edəcəklərini bilmirlər. Faiz yükündən belləri əyili, başları aşağı qalıb...

Əlaqəli xəbərlər