Mirkazım Seyidov narazı diaspor fəallarını Komitə ilə barışığa çağırdı - VİDEO

WhatsApp Image 2021 01 04 at 22.05.58
 
Diasporla İş üzrə Dövlət Komitəsinin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bir qrup diaspor fəalını medalla təltif etməsi cəmiyyətdə geniş müzakirələrə, etirazlara səbəb olmuşdu. Komitənin təltiflərinə etiraz edən şəxslər içərisində Azərbaycanın tanınmış diaspor liderlərindən olan, ictimai-siyasi xadim Mirkazım Seyidov da var idi. 
 
Araz.az xəbər verir ki, bu gün M.Seyidovun yeni videoçıxışı yayımlanıb. Onun bu dəfəki çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin ünvanına səsləndirilən ittihamlarla bağlı yumşalma hiss olunur.
 
M.Seyidov bildirir ki, Komitənin təltif etdiyi şəxslərlə bağlı ona həqiqətə uyğun olmayan məlumatlar veriblər. O, çıxışı zamanı bütün narazı diaspor təşkilatlarını və Diasporla İş üzrə Dövlət Komitəsini vahid mövqedən çıxış etməyə, barışığa çağırıb. 
 
M.Seyidovun həmin videoçıxışını təqdim edirik:
 
 
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər