Azərbaycan Vətən Müharibəsində qarşı tərəfi necə üstələdi?! MƏNZƏRƏ, ŞƏRT,.. VƏ SON NƏTİCƏ

WhatsApp Image 2021 01 26 at 23.48.21

Tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov 44 günlük Vətən Müharibəsində Azərbaycanın şanlı qələbəsindən bəhs edən olduqca maraqlı yazıyla çıxış edib. Həmin yazını, araz.az xəbər portalı olaraq, olduğu kimi, oxucularımızın da diqqətinə çatdırırıq:
“Hər bir müharibənin yekun nəticəsinin ən vacib şərti, təbii ki, müharibə aparan ölkənin Ali Baş Komandanının hərbi siyasi qərarlarıdır. Ölkənin müharibəyə hazırlanması, müharibə şəraitində idarə olunması, mümkün proseslərinin variantlarının hesablanması, siyasi nəticələr, iqtisadi potensial, informasiya mübadiləsi və ən nəhayət, ordu və hərb mexanizminin təşkili ağır, yüksək peşəkarlıq, siyasi iradə, olduqca böyük məsuliyyət tələb edən ölüm-qalım məsələsidir. Müharibələrə hazırlıq bütün xalqların və dövlətlərin taleyində nə qədər vacib, önəmli və gərəkli bir proses olduğu barədə, 2019-cu ildə çap olunmuş “Mənim düşüncəm” adlı kitabımda da yazmışam. Ümumiyyətlə, müharibə aparan hər bir dövlətin Ali Baş Komandanının bütün mümkün nəticələri, siyasi prosesləri hesabladıqdan sonra, gəldiyi düzgün qənaətə əsasən, müharibəyə başlamaq əmrini verməsi, artıq, qələbənin yarısına bərabər olur. Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı da, işğal edilmiş ərazilərimizin azad edilməsi prosesinə xeyli əvvəl başlamışdı. Elə, əldə etdiyimiz zəfər də, həmin o uzun illərin hazırlıqlarının nəticəsi və bəhrəsi idi. Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım da, “Milli Məclis” jurnalına müsahibəsində: “Odur ki, kimsənin qalxıb “bu zonada qəfil bir münaqişə başladı, Azərbaycan ordusu da öhdəsindən gəldi’’, - söyləməsi doğru olmazdı” -- deyə, bildirib. B. Yıldırım onu da əlavə edib ki, geriyə baxaraq, ən azı 5 --10 illik hazırlıq prosesini, doğru strateji qərarları sezmək önəmlidir. Bu yerdə, sabiq Baş nazir bir daha qeyd edib ki, bu dövrdə Azərbaycan əsgərləri güclü təlimlər keçiblər və ordu möhtəşəm şəkildə təchiz edilib: "Ancaq şəxsi qənaətimə görə, İlham Əliyev Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi prosesinə 2000-ci illərdən hazırlaşırdı. Bunun sübutu kimi, Ermənistanın keçmiş prezidenti Robert Koçaryann, Dağlıq Qarabağ konfliktinin həlli ətrafında, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevlə danışıqlar prosesi haqqında 2003-cü ilə çap olunmuş “Həyat və azadlıq” kitabındakı xatirələri yetərlidir".1605595465516 BY5F8xqt
Bəli, İlham Əliyev hakimiyyətə gələndən sonra, özünün, uzunmüddətli nəticələrə hesablanmış siyasi gedişlərini edirdi. İlk baxışdan, Azərbaycanın asılı mövqeyi kimi görsənən proseslərin nəticəsi də, qarşı tərəfi rahat salırdı və daha doğrusu, onlarda, Rusiyanın Azərbaycanda hər şeyi nəzarətdə saxladığı illüziyasını qoruyurdu. Bəli, İlham Əliyev rəqib tərəf üçün elə bir mənzərə yaratmışdı ki, həmin o mənzərə Rusiyanı və Ermənistanı tamamilə aldatmışdı. Onda, söhbət məhz Azərbaycanın hərbi imkanlarından gedirdi. Azərbaycan Prezidenti rəqibləri üçün, onları rahatlaşdıran, gözlənilməz və hesablanması mümkünsüz olan gedişlər etmişdi. Hansılar ki, 44 günlük müharibədə qələbənin əsas şərtlərinə çevrildi. İlham Əliyev elə bir situasiya və mənzərə yaratmışdı ki, Rusiya və Ermənistanda, Azərbaycanın bütün hərbi imkanlarından məlumatlı olduqları, müharibə şəraitində vəziyyətə tam nəzarət edəcəkləri illüziyasına əminlik vardı. Rusiya və Ermənistanın bu illüziyaları, əsasən, aşağıda qeyd etdiyim mənzərəyə görə idi:
-- İlham Əliyev uzun müddət müharibəyə hazırlaşdığını və müharibəni çoxmilyardlıq müqavilələr əsnasında aldığı rus silahları ilə aparacağını göstərirdi. Guya, Rusiya, Putin başda olmaqla, rus silahlarının necə uzaqdan idarə edə biləcəklərini, texniki göstəricilərini, imkanlarını bilirdilər və Azərbaycanın müharibə aparacağı o silahlara hesab götürmüşdülər. Rauf Atakişiyevin təyyarəsinin “kor” edilməsi, həmin o rus “hesab-nəzarətinin” bir nümunəsi və yoxlanması idi. Müharibə öncəsi Gəncədə Türkiyəyə məxsus 10 ədəd F-16 qırıcı təyyarələrin yerləşdirilməsi, rus təyyarələrinə “etibarın” göstəricisi idi. Ruslar düşünürdü ki, əgər, Azərbaycan işğal edilmiş ərazilərini hərb yolu ilə azad etməyə başlasa, təbii ki, rusların silahlarından istifadə edəcək;
-- İllərlə Rusiyanın Azərbaycanın Milli Ordu rəhbərliyinə oturduqları və qoruduqları adamların, son ana kimi, rəhbərlikdə saxlanılması da, Rusiyanı Azərbaycanın mümkün hərb planlarından məlumatlı olacaqlarına tam əminlik yaratmışdı;
-- Digər vacib məsələ isə, ümumi götürdükdə, hərbi kadr məsələsi idi. Azərbaycanın Rusiyanın hərbi məktəblərində öz hərbiçilərini oxutmağı da, ruslarda elə bir təəssürat yaratmışdı ki, sanki, Azərbaycan hərbçiləri, məhz, döyüş əməliyyatlarında rus məktəbinə məxsus bilik və elmdən istifadə edəcəklər. Çünki ruslara həmin mümkün əməliyyatların zərərsizləşdirməsi elmi də bəlli idi;
-- İkinci Dünya Müharibəsindən sonrakı dövrə uyğun klassik hərbi sistem, ümumən götürdükdə, dəyişməz olaraq qalırdı. İlham Əliyev, faktiki olaraq, paralel şəkildə ikili standartlı ordu yaratmışdı, rus və “NATO” standartlarına, yəni, Türkiyə modelinə uyğun (Onda, nəinki Rusiya, dünyanın heç bir ölkəsi (Türkiyədən başqa) Azərbaycanın klassik müharibə üsulundan imtina edəcəyini görə bilmədi);
-- Ümumiyyətlə, dövlətlərarası münasibətdə ən effektli üsullardan biri də, dövlət başçılarının şəxsi münasibətləri, dost əlaqələridir. İlham Əliyev Qarabağ konfliktinin hərbi yolla həllində mümkün rəqib ola biləcək tərəf ölkələrlə (KTMT ölkələri) və həmin dövlətlərin başçılarının hamısı ilə, etibarlı dost münasibətləri qura bilmişdi;
-- Və nəhayət, müharibəni qısa müddətə hesablamışdı. Vəssalam!
Qeyd etdiyim vəziyyətlər İkinci Qarabağ Müharibəsində Azərbaycanın Möhtəşəm Qələbəsini şərtləndirən əsas amillər idi. Hansılar ki, ümumi görünüşdə, Rusiya və Ermənistanın xeyrinə mənzərə yaratmışdı.
Ümumiyyətlə, ölkə başçısı, Ali Baş Komandan 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan əsgərinə, işğal olunmuş ərazilərimizin azad edilməsi üçün, hərbi əməliyyatlara başlamaq əmrini vermişdi. Azərbaycan Ordusu hücum əməliyyatları zamanı, çoxmilyardlıq müqavilələr əsasında aldığımız rus silahlarından, demək olar ki, istifadə etmədi. Bir sözlə, Rusiyanın Azərbaycana satdığı silahlara “hesab-nəzarəti”ni əhəmiyyətsiz etdi,bandicam 2021 03 27 00 02 26 294
Rusiyanın Azərbaycanın Ordu rəhbərliyində yerləşdirdiyi şəxslərin əməliyyatlar zamanı təcrid edilməsi, Azərbaycanın hərbi planları barədə informasiyanın yayılmasının qarşısını əhəmiyyətli dərəcədə aldı.
Azərbaycan hərbçiləri döyüş əməliyyatlarında rus məktəbinə məxsus bilik və elmdən imtina edərək, bu yöndən olan mümkün hərbi planların hesablanmasını mümkünsüz etdi.
Azərbaycan XXI-ci əsrin müharibə modelini, ilk olaraq, tətbiq etməklə, dünyanın müharibə anlayışını dəyişdirdi.
İlham Əliyevin Azərbaycanın haqq savaşında rəqib tərəf kimi KTMT-ya üzv dövlətlərin başçıları ilə etibarlı dost münasibəti, müharibənin gedişində həmin dövlətlərin müharibəyə mümkün müdaxiləsinin qarşısını almağa yardımçı ola bilən əsas vasitələrdən birinə çevrildi.
Bu baxımdan, İlham Əliyev, faktiki olaraq, düşmən tərəfin bütün hesablamalarını əhəmiyyətsiz hala salaraq, möhtəşəm bir qələbə qazandı. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Rusiyanın müharibəyə birbaşa müdaxilə etməməsinin səbəbi, məhz, Rusiyanın yuxarıda qeyd etdiyim “hesablamalara” arxayınlaşması idi. Hansı ki, Rusiya Azərbaycanı uğursuz Tovuz təxribatına görə cəzalandırmaq niyyətində idi. Həm Putinin, həm də Paşinyanın etiraf etdiyi kimi, Rusiya Ermənistana mümkün bütün hərbi yardımlarını etmişdi.
Əminliklə qeyd etmək lazımdır ki, müharibənin gedişində Rusiyanın hesab götürdüyü vəziyyətin əhəmiyyətsizliyi, qarşı tərəf üçün soyuq duş kimi, çaşqınlıq yaratdı. Üstəlik, müharibənin qısa müddətə hesablanması Rusiyanın mümkün manevr imkanlarına vaxt qoymadı. İlham Əliyev, siyasi və hərbi strateq kimi, intellekti ilə yaratdığı illüziyayla rəqiblərini üstələdi və onları, artıq, baş tutmuş fakt qarşısında aciz qoymuş oldu.
İnkar olunmaz bir faktdır ki, Azərbaycanın 44 günlük müharibədə qələbəsindən ən çox hiddətlənən və qəzəblənən də, məhz, Rusiya oldu. Çünki, faktiki olaraq, Azərbaycan Rusiyanın hərb elmini, hərb maşınını, hərb sənayesini məhv edərək, onun nüfuzunu sıfra endirdi, hesablamalarını gülünc vəziyyətə saldı. Azərbaycan Rusiyanı sülhməramlı adı altında Qarabağa buraxmaqla, onun, müəyyən qədər də olsa, nüfuzunu qorudu. Ancaq, Azərbaycan bu gedişlə, həm də özünə qarşı mövcud olan dünya xristian təzyiqini neytrallaşdıra da bildi. Eyni zamanda, Rusiyanı öhdəlikli və məsuliyyətli tərəfə çevirdi. Əsl həqiqətdə, Rusiya sülhməramlıları Azərbaycanın işinə yaradı, baxmayaraq ki, rus sülhməramlılarıyla bağlı, Azərbaycanda haqlı mənfi fikir mövcuddur. Ancaq, fakt budur ki, Azərbaycan xristian dünyasının mümkün addımlarını, rusların mövcudluğu ilə, neytrallaşdıra bildi.
ABŞ-da, Bayden Administrasiyasının da, Rusiyaya qarşı ənənəvi ABŞ siyasətini bərpa etməsi, Rusiyanın, birbaşa, Türkiyə və Azərbaycan birliyindən asılılığını artırdı. Odur ki, rus sülhməramlılarının Qarabağda mövcudluğu, Prezident İlham Əliyevin işarə etdiyi kimi, müvəqqəti xarakterlidir.
İlham Əliyev çətin geosiyasi şəraitdə, mürəkkəb regionda, dünya nəhənglərinin maraqlarının toqquşduğu bir meydanda düşmənlərimizi üstələyə bildi. Kimlərinsə etiraf və etirazlarından asılı olmayaraq, fakt, faktlığında qalır -- İlham Əliyev düşmənlərini özünün yaratdığı mənzərəyə inandırdı və Azərbaycan dövlətinin və xalqının mövcudluğu üçün, olduqca vacib Möhtəşəm Qələbəsini əldə etdi.”

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər