adnan oktar

Təşkilat daxilindəki iyrəncliklər haqqında yeni ifadələr...


Türkiyədə Adnan Oktarla bağlı aparılan istintaqda maraqlı detallar üzə çıxıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilat üzvlərinin yeni türmələrə göndərilmələrindən sonra əksəriyyəti danışmağa başlayıb. Bir çox adam “peşmanlıq maddəsindən” faydalanmaq üçün bildiklərini danışır. Beləliklə, istintaq zamanı ortaya çıxmayan təşkilatın sirləri də ifşa olunub.

“Təşkilata milyonlar axırdı”

Bu şəxslərdən biri də təşkilata 12 il boyunca ən aşağıdan ən üst səviyyəyə qədər hər mərhələdə yer alan B.A., oldu. Təşkilat üçün Türkiyədə və xaricdə fərqli adlarla şirkətlər quran B.A., istintaqa ifadəsindən sonra türmədən də əl yazısı ilə qələmə aldığı əlavə məlumatları məhkəməyə göndərib. Təşkilatın maliyyə qaynağı barədə məlumatların verildiyi əl yazısında B.A. bildirib: "2000-ci ildən sonra təşkilatın maliyyə işlərilə bağlı səlahiyyətli nümayəndəsi və rəhbəri Adnan Oktara hesabat verən şəxs S.E.-dir. Bizim təşkilat üçün qurmuş olduğumuz və mənim 2009-cu ildə hamısından ayrıldığım şirkətlər bütünlüklə S.E.-nin təlimatı ilə qurulub. Bu şirkətlərdən milyon dollarların təşkilat adına köçürüldüyünü bilirəm”.

Image result for adnan oktar

“Şəxsin maddi gücünə görə ianə alınırdı”

Təşkilata qazandırılan yeni şəxslərdən “infak” adı altında ianələr alındığını qeyd edən B.A. aşağıdakıları deyib: “Təşkilata qazandırılan hər bir şəxs mütləq “təşkilata ianə” adı altında vəqfə pul verir, ya da hansısa yollarla köçürürdü. Pulun miqdarı hər kəsin maddi gücünə və ana-atasının mal varlığına görə dəyişirdi. Bu bəxşiş sisteminə”infak’ deyilirdi. Bəzi məsrəflərin qarşılanması üçün də şəxsi olaraq maddi gücü olan hər kəs öz kredit kartlarından və ya ailələrindən aldıqları pullarla həmin xərclərin həll edirdi. Mənim kredit kartım, onların şifrəsi də təşkilatda mövcuddur. Ehtiyac olacağı halda onlardan müəyyən xərcləri həll edirdilər. Hətta bəzən mənim də kredit kartlarımı ehtiyacı olan şəxslərə verdiyim olmuşdu”.

Bir çox qadın Oktarla molla nikahıyla evləndirilib

Image result for adnan oktar

“'Turnike' adı verilən sistem sayəsində evlilik vədi ilə tələyə salınan, aralarında azyaşlı qızlardan da istifadə edilirdi. Dəstədəki bir çox qadınların (“bacılar” qrupu) Adnan Oktarla imam nikahı ilə evləndirildiklıərini bilirəm. Bu qadınların “qardaşlar” qrupu ilə (təşkiların kişi üzvləri) görüşmədiklərini də bilirəm. Amma bu dini nikahların kim tərəfindən qıyıldığını da bilmirəm. Hesab edirəm ki, öz aralarındakı başqa bağlarla edirlər”.

Cinayətkar təşkilat üçün etdiyi əməllər barədə də yazan B.A bildirib ki, öncəki illərdə təşkilatdan şikayətçi olan Ebru Şimşəklə bağlı istintaqın bağlanması üçün “rüşvət çarxı”ndan istifadə ediblər.

Musavat.com xatırladır ki, Adnan Oktarın şirkətlərinə qəyyum təyin edilmişdi. A.Oktar və qrupuna qarşı çarpıcı detallar təşkilat üzvlərinin peşmanlıq maddəsindən yararlanmaq üçün etirafçı olmasıyla üzə çıxdı. Əməliyyatdan dərhal sonra həbs edilən təşkilat üzvlərinin eyni türməyə göndərilməsi ilə təşkilat daxilində iyerarxiya dövrəyə girdi və şübhəlilərin susması təmin edildi.

Bir çox şəxs də təşkilatın əlindəki uyğunsuz görüntüləri ilə təhdid edilərək, susduruldu. Amma bu durum bəzi şahidlərin vəkilləri tərəfindən prokurorluğa şikayət ediləndən sonra təşkilat üzvləri fərqli türmələrə paylandı.

Sevinc, musavat.com