modern.az_monte_759.jpgXocalı soyqırımından bizi 28 il ayırır. Yüzlərlə soydaşımızın məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiyi bu qanlı hadisəni törədən Ermənistan hələ də cinayəti üzərinə götürmür.

Ancaq indi təqdim edəcəyimiz material ermənilərin öz dilləri ilə Xocalı soyqırımını törətdiklərinin etirafıdır.

Ermənistanın Milli Qəhrəmanı Monte Melkonyan Ermənistanın Azərbaycana qarşı  təcavüzünün aktiv iştirakçılarından biri olub.

Amerika Birləşmiş Ştatlarında andan olan Monte Melkonyan erməni ekstremist qruplaşmalarının aparıcı üzvlərindən olub, Livanda vətəndaş müharibəsində iştirakı, Fransa paytaxtı Parisdə Orli aeroportunda partlayışda və s. kimi terror aktlarında iştirak edib.

1993-cü il iyunun 11-də Melkonyan Ağdamın Mərzili kəndi yaxınlığında Azərbaycan Milli Ordusu ilə döyüşdə məhv edilib.

Onun qardaşı Markar Melkonyan “Qardaşımın döyüş yolu” kitabı yazaraq Monte Melkonyanın “qəhramanlıq salnamısi”nə, əslində isə terrorçu fəaliyyətinə işıq salıb.

Modern.az həmin kitabın Xocalı soyqırımına həsr olunan parçasını olduğu kimi təqdim edir.

“Qaradağlıda 50-dən artıq azərbaycanlı əsir öldürülmüşdü. Amma bu qırğın Monte Melkonyanın Dağlıq Qarabağ erməniləri arasında nüfuzuna xələl gətirən hadisə deyildi. Əksinə, qisas hissi dağların başına qədər yüksəlirdi  və hər iki tərəfdən səslər qana-qan tələb edirdi.

Montenin nüfuzuna xələl gətirən Qaradağlıdakı qırğının onun əmrlərinin ziddinə baş verməsi idi. Belindən güllə yarası alaraq hospitalda müalicə alan Sergey Keçlyanı azərbaycanlıların qətli heç maraqlandırmırdı, onu əsəbləşdirən Montenin “Vətənpərvərlər  Dəstəsi”nə çatmalı olan qənimətin “Arabo” Manvel (Manvel Yegiazaryan- Arabo batalyonunu komandiri) tərəfindən daşınması olub.

Qaradağlıda baş verənlər barədə Keçlyanın da bildiyi bir faktı: Melkonyanın zəif Qərargah rəisi olması ehtimalını sübut edirdi. Martuni (Xocavənd) sakinləri Monteni aldadırdılar və bu yalan onu kor edirdi.

Sonralar Monte Melkonyan özü də etiraf edirdi: Qaradağlıdan sonra döyüşçülərdən biri ondan “0-0” radioçağırışı götürdüyünü soruşanda, o belə cavab vermişdi: “mən sıfırdan da aşağıyam”.

Monte anlayırdı ki, əgər o Martunidə hakimiyyəti ələ alacaqsa, bunu Stenapakertin (Xankəndi) göstərişi ilə deyil, yalnız döyüş meydanında qazana bilər.

Fevralın 22-də o, Azərbaycanın ordusunun Veysəilli istiqaməyindəki strateji yüksəkliyinə doğru uğurlu ildırımsürətli hücum həyata keçirir.

Amma hücumdan bir neçə gün sonra o, Qaradağlıdakı hadisədən daha həyasız bir tabesizliklə qarşılaşdı. Fevralın 26-sı səhər o, 3 həftə əvvəl ilk kəşfiyyat əməliyyatını keçirdiyi Xocalı yaxınlığındakı dağın əyətində durmuşdu, donmuş otun üstündəki qan izlərinə baxırdı.

Xocalıda baş verənləri öyrəndikdən sonra burada bir neçə saat əvvəl törədilən kütləvi qətliam səhnəsini bərpa etməyə çalışırdı”.

 

Burada haşiyəyə çıxaraq, bir məqamı xatırlamaq kifayətdir ki, Markar Melkonyan bu yerdə yumşaq desək yalan danışır.

Qarabağdakı qanunsuz hərbi birləşmələrin bütün komandirləri Xocalıya hücum planının tərtib olunmasına, yaxud əraziyə dəstələr göndərməyə məcbur idi.

Bölgədə silahlı birləşmələrə nəzarət həyata keçirməyə birbaşa məsuliyyətli olan Monte Melkonyanın isə bundan xəbərsiz olması absurd səslənir. Markar Melkonyan sanki hərbi cinayətdə qardaşının rolunu maksimum kiçiltməyə və onu istənilən işgəncələrə qarşı çıxan cəngavər obrazında təqdim etməyə cəhd edir.

O,  “Qardaşımın döyüş yolu” kitabında Xocalı faciəsinin nəqlinə davam etdirir.

“Gecə saat 11-də təxminən 2 min erməni döyüşçüsü ötən ildən qalan sıx otların arası ilə Xocalıya üç tərəfdən yaxınlaşdı və əhalini Şərq istiqamətində boş qoyulan yola qovmağa başladılar.

26 fevral səhəri əhali Dağlıq Qarabağın Şərq sərhədlərinə çatdı və xilas axtarmaq üçün dərədən Azərbaycanın Ağdam rayonuna irəliləməyə başladılar. Məhz oradakı təpəliklərin arasında, təhlükəsiz əraziyə çatmağa az qalmış Qarabağlı döyüşçülər onları haqladı.

 “Onlar yalnız atəş, atəş, atəş açırdılar”-deyə araşdırma aparan “Human Rights Watch” təşkilatına açıqlama verən məcburi köçkün Rəisə Aslanova danışırdı. “Arabo” döyüşçüləri bıçaqlarını çıxararaq insanlara öldürməyə başladı.

İndi quru otların arasında yalınz külək səsi gəlirdi. O külək ki, yenicə başlamışdı və meyitlərin qoxusunu tam aparmamışdı.

Monte Martuniyə 22 gün əvvəl gəlmişdi, amma artıq 2 dəfə günhasız əsir və silahlıs dinc sakinlərin qanı ilə suvarılmış ölüm meydanlarından keçməli olurdu.

Söhbət yetkinlik yaşına çatmış kişilərdən gedirdisə, tərəflər bundan öncə də əsgər, yaxud dinc sakin arasında ciddi fərq qoymurdu.

Amma Xocalıya qədər erməni döyüşçülər qadın və uşaqlara rəhm edirdi və ya onları azad edir, ya da öz əsir düşmüş əsgərlərinə dəyişdirirdilər. Bu baxımdan onlar öz düşmənlərindən yaxşı idi, amma Xocalı bu fərqi kəskin azaltmağa imkan verdi.

 

Monte qadın və uşaqların oyuncaq kimi səpələndiyi qarla örtülü meşə ilə hərəkət edirdi.

“Heç bir intizam yoxdur”-deyə o donqunlanırdı. O, bu tarixin önəmini bilirdi: Sumqayıtda antierməni iğtişaşlarının 4-cü ildönümü idi. Xocalı strateji hədəf idi, amma o həm də qisas yeri idi. Monte bilirdi ki, düşmən də qisas alacaq və növbəti ay Azərbaycan qüvvələri Marağa kəndində erməni əsirləri öldürəndə bunu anladı.

İtiriləcək şeylərin çox olduğunu anlayan Monte “siyasi realistlərin ardınca”  “məqsəd vasitələrə haqq qazandırır” prinsipini qəbul etməli oldu.

Şərq Qərbə qarşıdı: hə, “Arabo” və “Aramo” qaniçən idi, amma eyni vaxtda, onlar cəsarətli döyüşçülərdi.

Amma Monteni heyrətləndirən həmin dəstələrin Azərbaycan tərəfdə saxlanılan azərbaycanlı əsirlər naminə qisasdan imtina etməmək istəyi idi.

Sonda, Monte Melkonyan Stepanakertdəki rəhbərliyi “Arabo” və “Aramo”nu Martunidən çıxartmağa nail oldu. Amma o, bu amansız dəstələrin tərkisilah edilərək Dağlıq Qarabağdan çıxarılmasına nail ola bilmədi.

Xocalıdan sonra özbaşnalıq daha da gücləndi”.