İVANOVODA AÇILAN, XOŞ XATİRƏLƏRDƏ YAŞAYAN NOVRUZ SÜFRƏLƏRİ

bandicam 2021 03 26 23 36 42 775

ONDA, DÖRD QİTƏDƏN OLAN ŞAGİRDLƏR DƏ, AZƏRBAYCAN NEMƏTLƏRİNİN ADLARINI ƏZBƏRLƏMİŞDİLƏR

Rusiya Federasiyasının mərkəzində İvanovo adlı çox tanınmış gözəl bir şəhər var. Bu şəhər, Sovetlər dönəmində dünyanın toxuculuq mərkəzlərindən biri kimi tanınırdı. Amma, daha çox, 70-dən yuxarı ölkənin inqilabçılarının, mütərəqqi fikirli insanlarının minlərlə övladının burada təhsil almasına görə diqqəti çəkirdi. Keçmiş şagirdlərin hamısının xatirələrində İnternat doğma yurd kimi qalıb. Görkəmli inqilab, partiya və dövlət xadimi Yelena Stasovanın yüksək təşkilatçılığı, qayğıkeşliyi sayəsində, dövr üçün, misli görünməyən təlim-tərbiyə ocağı yaradılmışdı. Müxtəlif ölkələrin mübariz insanları övladlarının orada oxumasından qürur duyur, arxayıncasına, nigaranlıq çəkmədən işlərini davam etdirirdilər.

1940-cı ilədək, xaricdən gələnlər arasında, sayca ispanlar üstünlük təşkil edirdilər. Onlar beynəlxalq təcavüz nəticəsində məğlub olan vətənpərvər qüvvələrin ölümdən, təqiblərdən yayındırılan oğlan və qızları idilər. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra, Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə, 21 Azər Hərəkatının qələbəsinə imza atanların -- firqəçilərin, fədailərin və fəalların mühacirət etmə məcburiyyətində qalan ailələri də, həmin məktəbə övladlarını tərəddüd etmədən göndərirdilər. Onlar, Sovet dönəmində digər qitələrdən və ölkələrdən gələnlərə nisbətdə sayca üstünlük təşkil edirdilər. Üçüncülük isə, “qara polkovniklər”in çevrilişindən, edam və təqiblərindən yaxa qurtarmaq üçün, SSRİ-yə pənah gətirən yunanların uşaqlarına məxsus idi. Beynəlxalq İnternat Evi ("İnterdom"), müdavimlərin hər biri üçün, beləcə isti yurd-yuva olmuşdu.
Təhsil ocağında bəşəri insanların yetişdirilməsi, heç də, hamı tərəfindən alqışlanmırdı. İmperialist dairələr yaxşı bilirdilər ki, səmimiyyət olan yerdə, onların yeri yoxdur. 1991-ci ildən baş verən proseslər buradan da yan keçmədi. Bəşəri dəyərlərə meydan oxuyanların Rusiyada da hakimiyyət başına gəlməsi ilə, təlim-tərbiyə müəssisəsinin təyinatı dəyişdi. Ona qarşı əvvəlki maraqlardan getdikcə əsər-əlamət qalmadı. Şahmat üzrə eks-dünya çempionu Anatoli Karpov Dumada həyəcan təbili çaldı:bandicam 2021 03 26 23 37 12 342İvanovo İnternat Evinə əvvəlki statusu qaytarılmalıdır” (İnterdom.info saytı, 05.07.2011).
Deyə bilmərəm, hörmətli qrossmeyster bu internat evini nə dərəcədə tanıyırdı. Məlum həqiqətdir ki, keçmiş ittifaqı dağıtmağın Amerika və Qərb ssenarilərində xalqlar arasında düşmənçiliyin genişləndirilməsi, münaqişə ocaqlarının yayılması əsas istiqamətlərdən olduğundan, belə müəssisələr də, hədəfdə dayanırdı. Mixail Qorbaçov və Boris Yeltsin dönəmlərində, bunun üçün, nə lazım gəldi etdilər. Hədəflər sırasında İvanovodakı məktəbin təməlinin sarsıldılması da dayanırdı.
Söhbətdən yayınmayaq. Məktəbin ilkin təyinatından, demək olar ki, əsər-əlamət qalmayıb, amma, bir neçə nəsil var ki, onların simasında dostluq, mehribanlıq indiyədək yaşamaqdadır. Bir parta arxasında əyləşən gənclər, haradan gəldiklərinin fərqinə varmadan, ailə qurublar, məktəb yoldaşları ilə əlaqələri itirməyiblər. Azərbaycandan da, bu barədə misallar gətirə bilərik. Məktəb məzunlarını 10 ildən yuxarıdır bir araya gətirən beynəlxalq təşkilat fəaliyyət göstərir. Keçmiş sinif yoldaşları, 2010-cu ildən bəri, 54 beynəlxalq konfrans düzənləyiblər --Bolqarıstanda, Yunanıstanda, Çində, Almaniyada, Ekvadorda, Keniyada, Portuqaliyada!.. İnternatın özü konfransların üçünə ev sahibliyi edib. Biri isə, Bakıda (2014-cü ildə) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli köməyi və qayğısı ilə, yüksək səviyyədə keçirilib.
Onda, bu konfransın keçirilməsi üçün, paytaxtın Xəzər dənizi sahilindəki beş ulduzlu otel ayrılmışdı. Həmin gün gördüklərim, eşitdiklərim sanki məni sehirli bir aləmə qovuşdurmuşdu. Bunu mütləq deməliyəm ki, konfransda iştiraka və unudulmaz təssürata görə, Bəhram Daneşianiyə özümü borclu sayıram. O, Azərbaycan Demokrat Firqəsinə uzun ilər rəhbərlik etmiş, general Qulam Yəhya Danişianinin həmin məktəbdə təhsil almış övladlarının böyüyüdür.
Onda, iştirakçıları salamlayanlardan birinin -- 90 yaşlı braziliyalı qadının kövrək təbrikləri hamıya təsirsiz qalmadı. Ən maraqlı lövhələrdən biri isə, Bəhramın tanış etdiyi keniyalı qadının sorğusu oldu:Hər il martın 26-da Bakıdan məktəbimizə bolluca şəkərbura, paxlava göndərərdilər. Elə dadlı idi ki, istəyirdik, hər gün martın 26-sı olsun”. Cavab verdim ki, həmin nemətləri fərdlər yox, mənim də mənsub olduğum Azərbaycan Demokrat Firqəsi yollayıb. Bu təşkilatın uzun illər rəhbərlərindən biri Bəhramın atası olub.
Bəli, ADF hər il İvanovodan olan uşaqlara şəkərbura, paxlavanı nəinki dadızdırmış, həm də adını belə əzbərlətmişdi. Martın 26-nın üzərində ona görə xüsusi dayandım ki, əsaslı səbəbi var; Həmin günü təşkilatımızın, Çinin, İspaniyanın və Yunanıstanın təmsilçiləri bir araya gələrək təsis etmişdilər. Məqsəd, bütün internat evi şagirdlərinin ildə bir dəfə, ümumi qeyd edə biləcəkləri günü müəyyənləşdirmək olmuşdu. Sovet dönəmində bütün bayram yığıncaqlarının, məcislərinin sponsorluğu ADF-nin üzərinə düşürdü.
Səhər İvanovoda təhsil almış məsləkdaşlarımızdan birinin qardaşı -- A. Nadir elektron poçtuma şəkil atmışdı. Fotoda xəbərdarlıq edilirdi ki, martın 26-dır. Bilirdim ki, həmin məktəbdə keçirilən tədbirləri yada salır. Sovet dönəmində, martın 20-dən sonra, Bakının qənnadı fabrikləri, demək olar ki, ADF-nin sifarişini yerinə yetirmək üçün işləyirdilər. İndi həmin günlərin adı da, dadı da yaddaşlardadır.
Sonda, onu da qeyd edim ki, bizim təşəbbüsümüzlə paytaxtımızda belə İvanovo internat evi məzunlarının təşkilatı yaradılıb. İxtisasca memar olan Qaçay Əzimi tədbirlərini sonraya saldıqlarını dedi. Onlar dəfələrlə həmin günü bayram ediblər, yenə də, bu bayram gününün qeyd olunması yolunu müəyyənləşdirəcəklər.

Rəhim HÜSEYNZADƏ,
Azərbaycan Demokrat Firqəsinin sədri,
Əməkdar jurnalist.

Ərəb turistləri ov etmək üçün Azərbaycana kim gətirib? - Ərəbləri Qarabağda investora çevirməliyik...

thumb600x0ə

Ərəb turistlərin Qax Dövlət Təbiət Yasaqlığında ov etməsi, nadir quşları ovlaması, bundan əvvəl isə Acınohur çölündə göyərçinləri dronlara bağlayaraq, özlərinin bəslədikləri ov şahinlərinin yeminə çevirmələri ciddi ajiotaja səbəb olub. İctimai nəzarət funksiyasını həyata keçirən sosial şəbəkələr ərəb turistlərə qarşı ən sərt fikirlərlə çalxalanır və hazırda yerli medianının da əsas manşetini məhz ərəb turistlərin ov səhnələrini qınayan materiallar zəbt edib.

Ərəb turistləri nədə ittiham edirik?

Müşahidə etsək görərik ki, cəmiyyət ərəb turistləri iki hərəkətə görə ittiham edir və insanların onlara qarşı etirazlarının kökündə əsas bu iki amil dayanır: dövlət qoruğunda nadir quşların ovlanması, ərəblər tərəfindən dronlara bağlanan quşları ov şahinlərinin havada parçalaması... Şübhəsiz,  pandemiya şərtlərinin hökm sürdüyü bir ərəfədə ərəblərin ölkəmizdə nadir quşları öldürərək, bunu əyləncəyə çevirməsi cəmiyyətdə ciddi psixoloji narahatlığa da səbəb olub. Təbiətə, nadir quşlara qarşı amansız rəftar edən ərəblərə qarşı kəskin, barışmaz çıxışlar başadüşüləndir. Qısa haşiyə: dövlət qoruğunun əsas fəaliyyəti təkcə faunanı, təbiəti qorumaq yox, həm də nəsli kəsilmiş heyvan növlərinin bərpa edilməsidir. Bu baxımdan təbiətdə sayı 200 cütdən bir qədər artıq olan Qafqaz durnasının ovlanması yolverilməzdir.

Amma... Bütünlükdə ərəb dünyasını, ərəblərin turist səfərləri linç etmək doğrudurmu? 

Ən əsası, bu məsələdə ərəb turistlərin quşları ovlamasından da daha çox bizi düşündürən başqa məqamlar olmalıdır. Ərəblər təbiət qoruğuna birdən-birə gəlib düşməyiblər, onların ərəb ölkələrindən gəlib ölkəmizdə ov etmələrinə qədər böyük bir məsafə var.

Əslində biz hansı suallara cavab tapmalıyıq?

BİRİNCİSİ: İcazəli ov mart ayının 1-dən dayandırıldığı halda, ərəb turistləri ov məqsədilə Azərbaycana kimlər gətirib? Bu işdə hansı məmurların əli var?

İKİNCİSİ: Ölkəmizə gələn xarici ölkə vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə almalı olduğu halda, ərəb turistlərin səfəri üçün kimlərdən icazə alınıb, onlara kim icazə verib? 

ÜÇÜNCÜSÜ: Pandemiya dövründə xarici ölkə vətəndaşlarının ölkəmizə daxil olması üçün səfirlik və konsulluqların konkret vəzifələri  və müəyyənləşdirilmiş şərtlər var. Bəs bu şərtləri kimlər və necə pozublar?

Ərəb turistlər kimlərin qonağıdır və dezinformasiyaları cəmiyyətə kimlər ötürürlər?

Məsələ o qədər böyüdü ki, artıq hansısa məmurun adı gündəmə gətirilməli və məsələ belə ictimailəşməli idi: “Ərəblər .... qonağıdır”. Ərəb turistlərin ov səfərlərini təşkil edənlər öz şəxsi maraqlarını naminə dövlət maraqlarını qurban verdilər və o nöqtələrin yeri xaincəsinə belə dolduruldu: “Ərəb turistlər Prezident İlham Əliyevin qonaqlarıdır”. Bəli, dövlət başçısına da qarşı xaincəsinə işlənmiş plan! Xaricdə və ölkəmizdə fəaliyyət göstərən marginal qrupların əllərinə fürsət düşdü və bu məsələdə də dövlət başçısının adını hallandırdılar. Ad günlərini, istirahət vaxtlarını əsgərlər arasında, işğaldan azad edilmiş torpaqlarda keçirən, dağıdılmış torpaqlarımızın bərpası üçün Qarabağa səfərlər edən Prezidentin adını belə bir məsələdə gündəmə gətirmək üçün ən azı cinayətdir. Daha sonra başqa bir dezo dövriyyəyə buraxıldı və saytlar, sosial şəbəkə fəalları fərqinə varmadan, araşdırmadan ictimailəşdirməyə başladılar: “Ərəb turistlər Kəmaləddin Heydərovun qonaqlarıdır”.

Və bu məsələdə də istinad etdiklərin bir ərəbin bircə cümləsi oldu. “Biz Kəmaləddin müəllimin qonaqlarıyıq”, deyən ərəb özünü hörmətli və dəvətli göstərmək üçün ölkənin ən məşhur nazirlərindən birinin adı çəkə bilərdi. Neçə ki bu ərəb turistlər Fransada restoranda dava salarkən prezident Makronun qonaqları olduğunu demişdilər.

Ərəb turistlərin ölkəmizə ov səfərini təşkil edən hansı məmurdur?

Məsələnin aktuallığnı nəzər alaraq kiçik, amma ciddi bir araşdırma apardım. Araşdırmalar nəticəsində əldə etdiyim informasiyaya görə, ərəb turistlərin Azərbaycanda ov etməsi üçün onların səfərlərini təşkil edən Prezident Administrasiyasının Protokol şöbəsinin əməkdaşı Orxan adlı şəxsdir. O, bu məsələdə maşadır. Heç şübhəsiz ki, Orxan bu işi özbaşına həyata keçirməyib və onun buna təkbaşına gücü də çatmazdı. Görünür, Orxanın himayəçilərindən olan hansısa orta səviyyəli məmur bu işin başında durur. Bu adamlar Nazirlər Kabinetinin başının üzərindən atlayaraq ərəb turistlərin səfərlərini necə təşkil ediblər? Ümumiyyətlə “fövqəladə və səlahiyyətli səfir” statusu daşıyan şəxslərin bu məsələdə rolu varmı və onlar dövlətin başqa qurumlarına necə nüfuz edə biliblər?

Gəlir, pul əldə etmək üçün dövlətin qanunlarını ayaq altına atıb tapdalamaq, cəmiyyətdə dövlətə qarşı dərin aqressiya hissi aşılamaq, bu tip provokativ addımlarla ölkənin turizm sektoruna balta çalmaq, cəmiyyətdə antiərəb cərəyanı formalaşdırmaq bu şəxslərin nəyinə lazımdır?

Ərəblər Azərbaycana hansı reyslə gəliblər?

Sosial şəbəkələrdə yayılan videogörüntülərdən aydın olur ki, ərəb turistlər ölkəmizə mart ayının 15-də xüsusi reyslə gəliblər. Təyyarədə ərəblərdən başqa heç kəs yoxdur. Oturacaqları ərəblər və onların bəslədikləri ov şahinləri doldurublar. Ərəblərin qarşısında Azərbaycan istehsalı olan mineral sulardan bəlli olur ki, təyyarə Azərbaycana məxsus olan xüsusi çarter reysidir.

Dünyada quşları, heyvanları ovlayan təkcə ərəblərdirmi?

Dünyanın bir çox ölkələrində ov etmək üçün tur paketlər var. Bu, avropalılar və amerikalılar üçün də ən prestij istirahət növü sayılır. Yəni, heyvan öldürməkdən təkcə varlı ərəblər zövq almır. Məsələn, Şərq və Afrika ölkələrində ov etmək ingilis, amerikan, holland, fransız əsilzadələri üçün ən zövqverici yerlərdir. Namibiya da vəhşi leopard ovlamaq üçün 16 min dollarlıq paket var və bu paketin hamısından avroplalılar yararalanırlar. Əgər ov zamanı leopard ovlaya bilməsələr, pulun 5 min dolları geri qaytarılır. Qalan məbləğə aeroportdan birbaşa transport, ovçuluq öncəsi hazırlıq alətləri, lisenziyalı ov tüfəngləri, avtomobillər və s. daxildir. İnterdə axtarış etsəniz, avroplalıların müxtəlif heyvanların dərilərini boğazlarından necə çıxardıqlarını foto-videolarda açıq şəkildə görə bilərsiniz.

Əgər quş öldürdüyünə görə ərəbləri vəhşi, barbar adlandırırıqsa, o zaman tülkünün gözlərini çıxarıb buzlu şüşədə suvenir kimi maşınında saxlayan ingilisi də vəhşi, barbar adlandırmalıyıq. Amma etmirik! Çünki “Avropa dəyərləri” deyilən bir nəsnə bizə yanlış təlqin olunub.

Ərəblər Azərbaycana hansı ölkələrdən gəlirlər?

Ov turizmi istənilən ölkədə turizm potensialının əsas göstəricilərindən biri hesab olunur. Ərəb turistlər ov məqsədilə ölkəmizə Bəhrəyn, Küveyt, Qatar, İraq, Oman, BƏƏ, Səudiyyə Ərəbsistanından gəlirlər. Onlar öz ölkələrində kral ailələrinin üzvləri, qohumları, dost-tanışlarıdırlar. Nəzərə almaq lazımdır ki, bu ərəblər Azərbaycana artıq bir neçə ildir həm də ov məqsədilə gəlirlər və dövlətə pul ödəyirlər, burada pul xərcləyirlər. Ölkəyə böyük pul kütləsi daxil olur. Şübhəsiz ki, əgər Azərbaycana maraq olmasa idi, onlar hər il bura gəlib milyonlarla pul xərcləməzdilər. Yəni, Azərbaycanın turizm potensiallı ölkə kimi onların diqqət nöqtəsinə çevrilməyi bacarıb. Ancaq bu sahəyə, onların ov etmələrinə dövlətin güclü nəzarət mexanizmləri yaradılmalıdır.

Ərəblər hər istədiyini edə bilərmi, yaxud biz hansı addımları atmalıyıq?

Ərəblər istədiyi yerdə, istədiyi heyvanı, istədiyi quşu ovlaya bilməz. Ən əsası, dövlət qoruqlarında istənilən şəkildə ov etmək qəti şəkildə qadağan olunmalıdır. Azərbaycanda turizmin inkişafı üçün ciddi işlər görülüb. Amma bu sahədə xeyli axsamalar, problemlər var. Ərəblərin sərhədsiz ov səhnələri bunu bir daha sübut elədi. Dövlət bu sahədəki işi doğru-düzgün qurmalıdır. Dövlət Turizm Agentliyi və Ekolologiya və Təbii Sərvətlər Nazirliyi turizm sahəsindəki, eləcə də ov turizmindəki boşluqları, problemləri görməli, konseptual işlər həyata keçirməlidir. Ölkəmizə ov üçün gələn turistlərin hərəkətlərinə nəzarət olunmasından tutmuş, onların hərəkət marşrutlarına, ov etmək üçün seçilən çoğrafi mövqeyə qədər hər bir şey öncədən planlı şəkildə hazırlanmalıdır. ETSN işini daha operativ, çevik və işlək formada qurmalıdır. Ölkənin təbiətinə cavabdeh olan qurum heç bir halda məsuliyyəti boynundan ata bilməz.

Bütün ərəbləri söyməliyikmi? Bəs biz qoyunun ayaqlarını niyə yeyirik?

İnsanların hərəkətlərinə görə, ümumilikdə bütöv bir xalqı, milləti hədəfə almaq doğru seçim deyil. İnsanları milli kimliyinə, milli mənsubiyyətinə görə təhqir etmək yolverilməzdir. Düşündüyümüz kimi, heç də bütün ərəblər milyonçu və milyarder deyillər, dünyada aclıqdan, susuzluqdan ölən milyonlarla ərəb var. Ən nəhayət, qəbul etməliyik ki, ərəblər də sosial şəbəkə istifadəçiləridirlər, onlar da bizim münasibətlərimizi görə, təhlil edə, nəticələr çıxar bilirlər. Həmçinin, ərəb ölkələrinin Azərbaycanda səfirlikləri, diplomatik korpusları fəaliyyəti göstərir. Suallar çoxdur: öz varlı adamlarımız, məmur övladları qoruqlarımızda ov etmirmi? Edir! Heyvanları quyruğundan asmırmı? Asır! Azərbaycanlı bəzi məmurlar, varlı insanlar qoruqlarımızı darmadağın ediblər, heyvan da vururlar, quş da quşlayırlar, kabab da çəkirlər.

Məgər dünyada qoyunu, inəyi kəsən, daha sonra o qoyunun başından, ayaqlarından xaşlama eləyib bəhlə-bəhlə yeyən neçə xalq var? Mən demirəm ki, niyə qoyun yeyirik? Amma qoyunun əti bir tərəfə, ayaqlarını da yeyirik. Kimi söyürük? Ərəbimi?

Ərəblər bizə nə verir?

Ərəblər “köçəri ağıllı turistlərdir”. Bu o deməkdir ki, onlar bir müddət hansısa ölkəyə turist kimi gəlib ov edirlər, böyük pullar gətirirlər, bir müddət sonra isə həmin ölkəyə daha səfərlər etmirlər. Ən vacib məqam odur ki, ərəb turistlər bir çox hallarda investorlara da çevrilirlər. Yəni, onları burdan qovmaq yox, investorlara çevirmək lazımdır. Pandemiyadan əvvəlki dövrə nəzər salsaq, 2019-cu ildə Azərbaycana 3 milyon 170,4 min nəfər turist gəlib. 2017-ci ildə isə bu rəqəm 2 milyon 700 min nəfərdən ibarət idi. Bunun bir hissəsini ərəb turistlər təşkil edib və ərəb ölkələrindən gələn turistlərin sayı ilbəil artıb. Məsələn, 2016-cı illə müqayisədə 2017-ci ildə ərəb ölkələrindən gələnlərin sayı 66% artmışdı. 2018-ci ildə 30% artaraq 200 min nəfər çatmışdı. 2018-ci ildə təkcə Səudiyyə Ərəbistanından ölkəmizə 73 min turist gəlmişdi. Halbuki, bundan cəmi 2 il öncə Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayı 7463 nəfər idi. Ərəblər ölkəmizə gələn xarici ölkə vətəndaşları içərisində nağd və köçürmə yolu ilə ən çox pul xərcləyən turistlər kimi ilk yerlərdə qərarlaşırlar. Təsadüf deyil ki, ərəblər təkcə 2018-2019-cu illərdə alış-verişə, istirahətə milyardlarla pul xərcləyiblər. 2019-cu ildə ölkəmizdən 46 milyon manatlıq hədiyyə alıb aparıblar. Elə həmin ilin ölkəmizə Səudiyyə Ərəbistanında gələn turistlər ilk aylarında təkcə yeməyə 43,3 milyon manat, Küveytdən gələn turistlər 10,9 milyon manat, BƏƏ-dən gələn turistlər isə 23, 7 milyon manat pul xərcləyiblər.

Nə təklif edirəm?

Qarabağda işğaldan azad edilən torpaqlarda ov turizmi yaradılsın. Ov etmək üçün ən ideal məkanı həmin ərazilərdə təşkil etmək mümkündür. İşğaldan azad edilən ərazilərimizdə ov üçün dağlıq, təpəlik çoxdur. Bu, bir neçə istiqamət üzrə ölkəmizə xeyir gətirmiş olar. İşğaldan azad edilən ərazilərə yatırılan pul, xərclənən milyardlar “ölü kapital”a çevrilməməlidir. Qoyulan pul, pul gətirməlidir. Bunun üçün də ən ideal addımlardan biri həmin ərazilərdə turizmin inkişafına nail olmaqdır, eləcə də ov turizminin.

Ən əsası isə, ölkəmizə o üçün gələn ərəb turistləri investorlara çevirməyi bacarmalıyıq. Zəngin ərəb ailələrinin üzvlərinin diqqətini Qarabağa çəkmək lazımdır.

Samir FEYRUZOV,

Azsiyasət.com

Müasir jurnalistikamızın görkəmli nümayəndəsi Teymur Əhmədov haqqında -- NEKROLOQ

WhatsApp Image 2021 03 16 at 14.22.59

Belə bir dəyərli simanın, qələm sahibinin yoxluğu söz sənəti dünyamız, elmimiz üçün son dərəcə böyük itkidir

Müasir Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, “Respublika” qəzetinin Baş redaktoru, tanınmış alim, filologiya üzrə elmlər doktoru Teymur Əhmədov vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı veririk.
Əhmədov Teymur Əkbər oğlu 25 mart 1930-cu ildə Şəmkirdə anadan olub. 1936-cı ildə ailəsi vaxtilə deportasiya olunduğu İrəvana qayıdıb. O, Zəngibasar (Ermənistan Respublikasının Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirdikdən sonra, 1949-1954-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakultəsində təhsil alıb.
Teymur müəllimin jurnalistlik fəaliyyəti “Sovet Ermənistanı” qəzetində başlayıb. O, 1954-cü ildən 1958-ci ilədək burada müxtəlif vəzifələrdə çalışıb. 1961-1964-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirant olub. Aspiranturanı bitirdikdən sonra, "Azərbaycan" jurnalı redaksiyasında şöbə müdiri kimi fəaliyyət göstərən Teymur Əhmədov, 1968-ci ildən 1990-cı ilədək Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini, aparıcı elmi işçi olub.
Elmi fəaliyyəti ilə yanaşı, aktiv ictimai mövqeyi ilə də seçilən tanınmış qələm sahibi xalqımızın taleyüklü dövrlərində -- ötən əsrin 90-cı illərində "Vətən həsrəti", "Hikmət", "Yeni fikir" qəzetlərinin Baş redaktoru olaraq, öz sözünü deyib, cəsarət nümayiş etdirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtmasının fəal təbliğatçılarından olub.
Teymur Əhmədov 1995-ci ildən indiyədək “Respublika” qəzetinin Baş redaktoru kimi çalışıb. O, 2007-ci ildən başlayaraq, Azərbaycan mətbuatı tarixində dərin iz qoymuş "Füyuzat" jurnalının nəşrini də həyata keçirib.
1996-cı ildən ömrünün sonunadək Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi də aktiv elmi fəaliyyətini davam etdirən dəyərli alimin yaradıcılığında Nəriman Nərimanov şəxsiyyəti müstəsna yer tutur. Teymur Əhmədov görkəmli ictimai-siyasi xadimin həyat yolunun öyrənilməsinə, ümumən, onun irsinin yaşadılmasına böyük töhfələr verib. Təsadüfi deyil ki, müxtəlif illərdə "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik, "Nəriman Nərimanovun yaradıcılıq yolu" mövzusunda doktorluq işi müdafiə edib.
Çoxsaylı kitablar müəllifi olan “Şöhrət” ordenli bu jurnalistin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı, ictimai-siyasi mühitimizin zənginləşməsindəki, söz azadlığı dəyərlərinin möhkəmlənməsindəki, Azərbaycan elminin inkişafındakı xidmətləri danılmazdır. Konkret desək,
Teymur Əhmədov müasir tariximizin əsl ziyalı-jurnalist obrazıdır. Belə bir dəyərli simanın, qələm sahibinin yoxluğu söz sənəti dünyamız, elmimiz üçün son dərəcə böyük itkidir.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri olaraq, bir daha mərhumun doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini bölüşür, Uca Tanrıdan səbr diləyirik.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN MƏTBUAT ŞURASI.

Rusiyanın MDB davası; Putinin son səngəri -- TƏHLİL

WhatsApp Image 2021 02 27 at 01.23.23
 
Vüqar DADAŞOV: 
 
"Müdaxilə etdiyi konfliktlər, işğalçılıq siyasətinin sübutu kimi, həm yerli xalqların gözündə, həm də, dünya dövlətləri üçün, Rusiya Federasiyasını, təhlükə mənbəyi kimi, arzuolunmaz dövlətə çevirib!"
 
"Rusiya öz mövqeyini asanlıqla  təhvil vermir. Sözsüz ki, Rusiyanın dünyada görünən gücü, əsasən, onun postsovet ölkələrindəki mövqeyi ilə ölçülür. Təbii ki, indi Rusiyanı narahat edən ən başlıca məsələ, onun, məhz, postsovet məkanında da mövqeyinin zəifləməsidir." Bu fikir tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşova məxsusdur. O, Prezident Vladimir Putinin postsovet ölkələrində Rusiya Federasiyasının mövqeyi barədə çıxışına münasibət bildirərkən deyib. Bu barədə, araz.az-a da verdiyi açıqlamasında, hüquqşünas fikrini belə əsaslandırıb: "SSRİ dağıldıqdan sonra, Rusiyanın ən güclü mövqeyi Orta Asiya dövlətlərində -- Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda olub. Ancaq son dövrlərdə baş verən əsaslı siyasi proseslər Rusiyanın  bu regiona da təsir imkanlarını azaldıb. Qazaxıstanla Rusiyanın müttəfiqlik səviyyəsində olan münasibəti qarşılıqlı ərazi iddialarının  yüksək səviyyədə səsləndirilməsi ilə,  Qazaxıstan prezidenti Qasım - Jomard Tokayevin Rusiyaya “tarix dərsi” ilə  kəskin şəkildə korlanıb. Təbii ki, bu iki ölkə arasında münasibətin pozulmasına gətirib çıxaran səbəblər var. Qazaxıstanla Rusiyanın münasibətinin indiki vəziyyəti Türkiyənin regionda və o cümlədən, Qazaxıstanda güclənən mövqeyinin nəticəsidir. Postsovet məkanında, Tacikistandan başqa, Orta Asiya dövlətlərinin hamısı  türkdilli xalqlara və türk etnosuna mənsubdur. Bu dövlətlərin rus kiril əlifbasından imtinası, Türkiyə və Azərbaycanla ortaq latın əlifbasına, ortaq türk dilinə keçidin son dərəcədə aktuallaşması və artıq reallaşması astanasında, Rusiyanın Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda və nəhayət Türkmənistanda çoxillik mövqeyinin sovrulmasının göstəricisidir.Türkmənistanla bağlı məsələ isə, olduqca maraqlı görünür. 21 yanvar 2021-ci ildə, Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə, “Sərdar” adlandırdığı yatağın, “Dostluq” adı ilə karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması, Rusiyanın maraqlarına böyük zərbədir. Çünki, bunun, İran və Rusiyanın təsiri ilə, illərlə həlli mümkünsüz idi. Bu razılaşma Rusiya dövlətinin Avropa ölkələrinə qarşı “qaz siyasəti”nin neytrallaşdırılması və eləcə də, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün, vacib Cənub Qaz Dəhlizi layihəsi üzrə, TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yardır. Bu isə, Rusiyanın Türkmənistanda da mövqeyini itirməsi deməkdir, elə, buna görə, bu vacib memorandum imzalanıb.Şərqi Avropada yerləşən postsovet respublikalarında -- Moldovada, Ukraynada və Belarusda da Rusiyanın mövqeyi gərgin siyasi və hərbi proseslərlə müşahidə edilir.  Moldovanın yeni seçilmiş prezidenti, Qərb yönümlü Maya Sandu, rusmeylli prezident İqor Dodon üzərində qələbə qazandı. Xanım prezident bu qələbədən az sonra: “Rusiya sülhməramlıları dərhal ölkədən çıxarılmalıdır!” -- Bəyanatını verdi. Rusiya Ukraynanın Krımını və Donbasını işğal edib. Ukrayna Azərbaycanın Qarabağdakı qələbənin təcrübəsini öyrənməyə başlayıb və demək olar ki, bu iki ölkə arasında da, müharibənin yenidən qızışacağı real görünür. Göründüyü kimi, Rusiya artıq Moldovada və Ukraynada hərbi konflikt və real müharibə şəraitindədir. Belarus ilə vəziyyət, 2020-ci ilin prezident seçkilərindən sonra, məhz, Rusiyanın müdaxiləsi hesabına, Aleksandr Lukaşenkonun hakimiyyətdə qalması ilə daha da ağırlaşıb. Rusiya Belarus xalqının seçimini tapdalayaraq, faktiki, Belarusa prezident seçilmiş Svetlana Tixanovskanın hakimiyyətə gəlməsini əngəllədi. Təbii olaraq, Belarus xalqı baş verənlərə və Rusiyanın müdaxiləsinə narazılıqlarını  uzunmüddətli etirazlarda  göstərdi. Rusiyanın hakimiyyət səviyyəsində Belarusda mövqeyi məcburi, iki təcrid olunmuş dövlətin və iki dövlət başçısının sövdələşməsi çərçivəsindədir. 
O ki qaldı Baltikyanı keçmiş üç sovet respublikalarına -- Latviya, Litva və Estoniyaya, bu ölkələrdə rus mövqeyindən söhbət belə gedə bilməz. Çünki hər üç dövlət Avropa İttifaqının və NATO-nun üzvləridir.Rusiyanın Cənubi Qafqazda mövqeyi, digər sadaladığım regionlardan, ilkin baxışda, məqbul görünür.WhatsApp Image 2021 02 27 at 01.24.36 Ancaq real vəziyyət budur ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində Ermənistan üzərində möhtəşəm tarixi qələbə qazandıqdan sonra, Rusiya Cənubi Qafqazdakı lider mövqeyini Türkiyə ilə bölüşməli olub. 2008-ci ildə Rusiya -- Gürcüstan müharibəsində, Rusiya Gürcüstanın Abxaziyasını və Osetiyasını işğal etdikdən sonra, bu iki ölkə arasında  heç bir münasibət mövcud deyil. Digər Cənubi Qafqaz respublikalarında, Azərbaycan və Ermənistanda vəziyyət tam fərli məcradadır Rusiyanın, hərbi müttəfiqlik münasibətində olduğu Ermənistanda da, mövqeyi əsaslı şəkildə laxlayıb. Bu səbəbdən ki, 44 günlük Azərbaycanla müharibədə, Rusiya Ermənistana, birbaşa, açıq canlı qüvvə ilə kömək etmədi, daha doğrusu, siyasi şərait buna imkan vermədi. Bir sözlə, Ermənistan Azərbaycan qarşısında acı məğlubiyyətə uğradı. İndi, biabırçı məğlubiyyətdən sarsılan erməni cəmiyyəti, Rusiyanı xəyanətdə ittiham edir. Rusiya Prezidenti Putinlə, Ermənistanın Baş naziri Paşinyan arasında heç bir insani ünsiyyət belə yoxdur. Qərb yönümlü Paşinyan Azərbaycan qarşısında məğlub olduğu halda, hakimiyyətini saxlaya bilib. Rusiya Ermənistanda rusmeyilli Qarabağ klanının heç bir nümayəndəsini hakimiyyətə gətirə bilmədiyindən, Paşinyanla işbirliyinə getdi və artıq, müəyyən vaxta qədər olsun, Paşinyana hakimiyyətini saxlamaq üçün dəstək verməli oldu. Rusiya ehtiyat edir ki, Paşinyanın əvəzində, daha radikal Qərb yönümlü siyasətçi hakimiyyətə gələ bilər. Nikol Paşinyan ara-sıra Rusiyanın maraqlarına kəskin toxunan açıqlamalar verir, onu nüfuzdan salmaqda davam edir. Ermənistan Baş nazirinin son açıqlaması dünyanı silkələdi, Putini hücuma keçməyə məcbur etdi.  22 fevral 2021-ci il tarixində Nikol Paşinyan ölkə KİV-nə müsahibəsində etiraf etdi ki, bəli, Ermənistan Azərbaycana qarşı Rusiyanın “İsgəndər” raketindən istifadə edib, lakin raketlər partlamayıb. Bu açıqlama ilə, Paşinyan, bir daha, sərt anti-Rusiya mövqeyini göstərərək, Rusiyanın müasir silahlarından biri olan və fəxr etdikləri  “İskəndər”in nüfuzunu yerlə-yeksan etdi. Paşinyanın son çıxışı “İsgəndər”i44 günlük müharibədən sonra dünya bazarında hörmət və nüfuzdan düşmüş, canı çıxmış rus silahının qəbrinə baş daşına çevirdi. An keçmədən, Rusiya Paşinyanı cəzalandırmaq fikrinə düşərək, Ermənistanı qarışdırdı və hətta, dövlət çevrilişinə cəhd etdi. Ancaq Paşinyan və onun tərəfdarları Rusiyanın təzyiqlərini dəf etdi, erməni cəmiyyəti Paşinyana dəstəyini göstərdi. Konkret desək, Ermənistanda Paşinyana təzyiqlərin nəticəsindən asılı olmayaraq,  Rusiyanın bu ölkədə nüfuzu sürətlə azalmaqda davam edir.Rusiyanın Ermənistanda mövqeyinin olduqca zəifləməsinin bir görüntüsü də odur ki, Rusiya Qarabağın özünə, daha doğrusu, Qarabağda separatçı ermənilərə “stavka” edir, orada separatçıların əli ilə “rus dili” ssenarisini işə salıb. Bu isə onu göstərir ki, Rusiya Ermənistana hal-hazırda etibar etmir, orada mövqeyi olduqca zəifdir və haçansa, Ermənistanı itirə biləcəyi ehtimalı görünür.
Azərbaycanda, sözsüz ki, Rusiyanın müəyyən mövqeyi var. Ancaq bu mövqeyin duruşu mümkünsüz görünür. Rusiya 2020-ci ilin noyabr ayının 9-da müəmmalı rus vertolyotunun vurulması bəhanəsi ilə, şantaj və təzyiqlə Azərbaycana öz ordusunu yeridərək, Ermənistan üzərində Azərbaycanın qələbəsinin tamamlanmasına imkan vermədi. Təbii ki, Azərbaycanın yüksək dövlət rəsmiləri bu məsələyə münasibət bildirilməsə də, bütün xalqımız Rusiyanın dövlətimizə qarşı ənənəvi işğalçılıq, hökmranlıq siyasətini davam etdirməsindən xəbərdardır.  Rusiyanın öz ordusunu, sülhməramlı adı ilə, Azərbaycana, Qarabağa yeritməsi, ilkin baxışda, onun uğuru sayıla bilər. Ancaq rus sülhməramlılarının Qarabağa yerləşdirilməsində də, Azərbaycan çox vacib qazanclarını əldə etdi, dünyanın, daha doğrusu, xristian dünyasının Azərbaycana basqısını neytrallaşdıra bildi. Qarabağla bağlı ən pis mümkün variantların Azərbaycana qarşı tətbiq edilməsi real göründüyü halda, əhəmiyyətini itirmiş oldu. 
Paralel olaraq, Türkiyənin rəsmən Azərbaycanda, yəni, Rusiyanın “arxa baxçası” saydığı Cənubi Qafqazda oturuşdu. Rusiya Qafqazda Türkiyənin mövcudluğunu qəbul etdi. 44 günlük müharibədə rus hərb elminin, hərb sənayesinin yararsızlığı, Rusiyanın Azərbaycanda mövqeyinin güclənməsi yox, hərbi nüfuzunun sıfra enməsi deməkdir. Digər tərəfdən, Azərbaycanda yüksək hakimiyyət postlarında təmsil olunan rusmeyilli məmurların və hərbçilərin vəzifədən uzaqlaşdırılması, 44 günlük müharibə ərəfəsində və sonradan da, bu prosesin davam etdirilməsi, Rusiyanın Azərbaycanda siyasi-ideoloji təsirini zərərsizləşdirib. Bir mənalı şəkildə demək olar ki, müdaxilə etdiyi konfliktlər, işğalçılıq siyasətinin sübutu kimi, həm yerli xalqların gözündə, həm də, dünya dövlətləri üçün, Rusiyanı, təhlükə mənbəyi kimi, arzuolunmaz dövlətə çevirib.Bu ilin fevral ayının 14-də Rusiya Prezidenti Vladimir Putin, bu ölkə mediasının redaktorları ilə görüşündə: “Rusiyanın postsovet məkanında artan təsiri narahatlıq doğurur, ölkənin əleyhdarları dünyada gərginliyin azaldılması barədə, danışıqlar çərçivəsində Rusiyanı iddialı və hakimiyyətə həsrət qalan insanlardan istifadə edərək, MDB məkanından çıxarmağa çalışacaqlar. Postsovet məkanındakı təsirimiz, nə qədər olsa da, artır. Bütün çətinliklərə baxmayaraq! Axı, ittifaqı (Sovet İttifaqı --red.) dağıdanda, sonrakı bütün nəticələri ilə, müstəqil dövlətlərin qurulmasını anlamalı idilər. Ancaq, buna baxmayaraq, son illərdə burada təsir gücümüz artmaqdadır. Həm də, bu, narahatlığa səbəb olur!” -- deyə, bir fikir səsləndirdi. Putinin bu açıqlaması onu göstərdi ki, həqiqətən, Rusiyanı narahat edən ən başlıca məsələ, onun məhz postsovet məkanında da mövqeyinin zəifləməsidir. Ona görə ki, Rusiyanın dünyada müasir gücünün bazası, məhz, postsovet ölkələrindəki mövqeyidir. Putinin, həqiqətə uyğun olmayan açıq-aşkar belə bir açıqlaması, onun vəziyyətinin ağırlığının göstəricisidir. Bu mövqeyin zəifləməsi, həm də onu göstərir ki, Putin siyasi nüfuzunu itirib, Rusiya üçün geriyə sayım sürətlənib. Rusların belə bir atalar məsəli var: “Kimin nəyi ağrıyırsa, elə, ondan da danışar.”  Odur ki, Putinin bu açıqlaması, öz atalar məsəlinə uyğun olaraq, açıq-aydın ağrı yerini ac nümayiş etdirir".
 
araz.az xəbər portalı.

20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi Moldovada da YAD EDİLİB

WhatsApp Image 2021 01 21 at 00.36.46
 
Dünən Moldovanın paytaxtı Kişinyov şəhərindəki “Kortyard Mariott” hotelinin konfrans zalında 20 Yanvar faciəsinin qurbanlaının xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin və Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutub. 
 
Səfirlikdən araz.az-a daxil olan məlumatda bildirilir ki, bu tədbirdə Moldovadakı Azərbaycan diasporunun nümayəndələri, rəsmilər, bu ölkədə diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, tələbələr və yerli KİV nümayəndələri iştirak ediblər. 
 
Öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Sonra, Moldova Azərbaycanlıları Konqresinin müavini Ramiz Ənsərov, Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun konfrans iştirakçılarına Müraciətini oxuyub. 
 
Səfirin Müraciətində qeyd edilib: "20 Yanvar Azərbaycan xalqının milli iradəsinin əyilməməzliyinin rəmzidir. Bu faciəni törətməklə, Sovet İmperiyasının rəhbərliyi Azərbaycan xalqının iradəsini və qürurunu sındırmaq istəyirdi. Lakin buna nail ola bilmədi. Güclü iradəyə malik olan xalqımız bütün dünyaya  göstərdi ki, tarixin ən əlamətdar məqamlarında yumruq kimi birləşib, milli maraqlarını müdafiə etməyə qadirdir. Xalqımız bunu, bir daha, 44-günlük Vətən Müharibəsində də nümayiş etdirdi. Bir yumruq kimi xalqın lideri, Prezident İlham Əliyevin ətrafinda birləşərək, öz ərazi bütövlüyünü bərpa etdi, Azərbaycanın mənfur düşmən tərəfindən işğal olunmuş ayrılmaz hissəsini -- Dağlıq Qarabağı  qaytardı!".
 
Ramiz Ənsərov öz çıxışında, düz 31 il əvvəl, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş verən bu qanlı hadisədən söz açıb və qeyd edib ki, Moldovadakı Azərbaycan İcması xaricdə yaşayan gənc azərbaycanlıların xalqımızın tarixinə düşən bütün əlamətdar hadisələri hörmət və ehtiramla anması və xatırlaması üçün böyük işlər aparır.  
 
Moldova Parlamentinin deputatı, Moldova Prezidentinin seçildiyi “Hərəkət və Həmrəylik” Partiyasının sədri İqor Qrosu isə öz çıxışında, öncə, dəvətə görə Konqresə təşəkkür edib və Sovet İttifaqının dağılmasından sonra, postsovet ölkələrindəki proseslərə toxunaraq, Moldovanın və Azərbaycanın müstəqilliyinin formalaşma tarixinin oxşarlığını və hər iki ölkənin suverenliyinin layiqli oğullarının canı bahasına əldə olunduğunu qeyd edib. 
 
Moldovadakı Qaqauziya İcmasının rəhbəri Nikolay Terzi öz çıxışında Ulu Öndər Heydər Əliyev ilə görüşünü xatırlayıb, Azərbaycan xalqını ölkəsinin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib. Azərbaycan və qaqauz xalqları arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin olduğunu xüsusi vurğulayıb. O, onu da qeyd edib ki, qaqauzlar hər zaman azərbaycanlıların yanında olub, kədər və sevincini bölüşüblər. 
 
Moldovadakı Dağ Yəhudiləri Assosiasiyasının nümayəndəsi Roman Aronov isə öz çıxışında qeyd edib ki, Azərbaycan xalqı öz cəsarəti və əyilməməzliyi ilə müatəqilliyini qazanıb. O, tarix boyu iki xalqın başına gələnlərdən, keçdikləri sınaqlardan bəhs edərək, Azərbaycan və yəhudi xalqları arasındakı dostluğa da toxunub.
 
Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitabların müəllifi Dmitri Tereburke qeyd edib ki, XX əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər Sovet İttifaqında milli hərəkatın başlanğıcını qoyub və bu İttifaqın sonunu təyin edib. O, Azərbaycan xalqını Qarabağ münaqişəsinin həlli münasibətilə təbrik edib və bu hadisənin bütün bölgə üçün əhəmiyyətini xüsusi qeyd edib.
 
Tədbirdə həmçinin Konqresin nümayəndələri Maarif Rəhimov, Zamir Qubadov və Ağası Məmmədli çıxış ediblər. Natiqlər tədbir iştirakçılarına şahidi olduqları dəhşətli 20 Yanvar hadisələri haqqında danışıb və qeyd ediblər ki, hər bir azərbaycanlı üçün, bu gün, eyni zamanda dövlətçilik naminə qürur, əyilməməzlik və fədakarlıq rəmzidir.
 
Tədbirin sonunda qanlı 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub və faciə qurbanlarının xatirəsinə ehsan verilib. 
Onu da qeyd edək ki, bu tədbir Moldovanın KİV-ində də geniş işıqlandırılıb. 
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
 
REDAKSİYADAN:
 
Həmin tədbir barəsində rus dilində olan yazını da oxucularımızın diqqətinə çatdırırıq:
 
"20 января в Кишиневе в конферанс зале  «Кортъярд Марриотт отель» состоялась 
\научно-практическая конференция, посвященная памяти жертв трагедии 20 января 1990 года. 
 
Мероприятие было организовано Посольством Азербайджанской Республики в Республике Молдова совместно с Конгрессом азербайджанцев Молдовы. В конференции приняли участие представители азербайджанской диаспоры Молдовы, официальные лица, представители дипломатического корпуса, общественно-политические деятели, студенты, а также представители местных СМИ. 
 
Вначале мероприятия заместитель Председателя Конгресса Рамиз Ансаров зачитал обращение Посла Азербайджана в Молдове Гудси Османова к участникам конференции. В обращении Посла отмечалось, что 20 января является символом несгибаемости духа нашего народа.
 
«Совершив трагедию 20 января Советское руководство попыталось сломать волю и гордость азербайджанского народа. Но им это не удалось.Наш сильный духом народ показал всему миру, что в самые знаковые моменты истории способен собраться в единый кулак и защитить свои национальные интересы. Это в очередной раз азербайджанский народ продемонстрировал во время 44-дневной Отечественной войны, объединившись как единый кулак вокруг своего лидера Президента Ильхама Алиева и восстановив свою территориальную целостность, вернув неотъемлемую часть Азербайджана - Нагорный Карабах», - говорилось в обращении Посла. 
 
 Представитель конгресса Рамиз Ансаров в своей речи рассказал о кровавых событиях в ночь с 19 на 20 января и отметил, что община прилагает большие усилия, чтобы молодое поколение азербайджанцев, проживающие за рубежом помнили и чтили все знаковые события истории своего народа. 
Депутат Парламента Молдовы, председатель партии
 
«Действие и Солидарность», от которой была избрана действующий Президент Молдовы М.Санду, Игорь Гросу в своем выступлении поблагодарил Конгресс за приглашение и коснувшись процессов в постсоветских странах после развала Советского Союза, отметил, что истории становления независимости Молдовы и Азербайджана схожи и обе страны заплатили жизнями своих достойных сыновей за свой суверенитет. 
 
 Председатель Гагаузской общины в Молдове Николай Терзи в своем выступлении рассказал о теплой встрече с общенациональным лидером азербайджанского народа Гейдаром Алиевым, поздравил азербайджанцев с восстановлением территориальной целостности и подчеркнул близкие родственные связи азербайджанского и гагаузского народов. Он отметил, что гагаузы разделяют боль и радость азербайджанского народа. 
 
 Представитель Ассоциации Горских евреев в Молдове Роман Аронов отметил, что азербайджанский народ своей храбростью и несгибаемостью заслужил свою независимость. Он также коснулся дружбы между азербайджанским и еврейским народами, рассказав об испытаниях которые выпали на долю двух народов на протяжении истории. 
 
 Автор книги про конфликт в Нагорном Карабахе Дмитрий Тэрэбурке отметил, что процессы происходящие в Азербайджане в конце 80-х – начале 90-х гг. ХХ века стали началом национального движения по всему Советскому Союзу и определили его конец. Он поздравил азербайджанский народ с решением Карабахского конфликта и отметил важность данного события для всего региона. 
Также на мероприятии выступили представители Конгресса Маариф Рагимов, Замир Губадов, Агасы Мамедли и другие. Выступающие рассказали гостям мероприятия о страшных событиях 20 января, свидетелями которых они стали и отметили, что этот день для каждого азербайджанца в то же время является символом гордости, несгибаемости и самоотверженности  во имя государственности. 
 
В конце мероприятия участникам конференции был продемонстрирован документальный фильм, посвященный событиям «Черного января»
В память о жертвах трагедии был дан эхсан. 
Мероприятие было широко освещено в Молдавских СМИ. 
 
araz.az

3 -dən səhifə 31

Əlaqəli xəbərlər