Cəbhədə qanlı döyüşlər getdiyi günlər, “Laza”da vurçatlasın imiş


Əxlaqsızlıq yuvası kimi ad çıxaran bu restoran, həm də sonu qanla bitən “razborkalar” məkanına çevrilib

Burada baş verən biabırçılıqlar yerli sakinləri olduqca narahat etsə də,
bunlar əlaqədar dövlət orqanlarının, eləcə də, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin veclərinə deyil

Abşeron rayonundakı Masazır qəsəbəsinin tən ortasında yerləşən “Laza” restoranının əxlaqsızlıq yuvasına çevrilməsi və burada baş verən biabırçılıqlar heç kəsə sirr deyil. Bu fahişəxananı işlədənlər onların arxasında rayon rəhbərlərinin, Qəbələnin ağsaqqalının... durduqlarını deyirlər və bu səbəbdən heç nədən çəkinmirlər. Hətta aidiyyatı dövlət orqanları, eləcə də, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi də onlarla bacarmadıqlarını açıq etiraf edirlər.

Jurnalist Ağası Hun: “Qarabağda “kontuzya” alsam da, mənə veteran vəsiqəsi vermədilər”


“Bircə dəfə müraciət etdim, atımı saldılar daşlığa...”

“20 Yanvar hadisələrində məni tutub Krasnodara, ordan da Orenburqa aparmışdılar”

Azərbaycanın tanınmış və fədakar jurnalistlərindən olan Ağası Hun xeyli vaxtdır Vətəndən kənarda - Moldovada yaşayır. Azərbaycan xalq hərəkatının fəallarından olmuş Ağası bəy Modern.az-a yaxın tarixin maraqlı məqamları və hazırkı fəaliyyəti haqda danışıb.  Xatırladırıq ki, Ağası Hun “Meridian” qəzetinin Türkiyə və Moldova respublikalarındakı xüsusi müxbiridir.

500 avroluq əsginazlar dövriyyədən çıxarıla bilər

Avropa İttifaqının (Aİ) maliyyə nazirləri Brüsseldə keçirilmiş toplantıda 500 avroluq əsginazların dövriyyədən çıxarılmasına dair təklif irəli sürüblər. Bunun əsas səbəbi bu əsginazların terroristlər, çirkli pulların yuyulması və narkotik vasitələrin ticarəti ilə məşğul olanlar tərəfindən ən çox istifadə edilən əsginaz olmasıdır. Nazirlərin irəli sürdüyü təklif əsasən terrorizmin maliyyələşdirilməsində geniş istifadə olunan 500 avroluq əsginazlarla bağlı təhlükələrin necə azaldılmasına dair məqamları özündə əks etdirir.

Ürəyi sağda olmuş Bəxtiyar Vahabzadə.. - Qeyri-adi HALLAR

Adətən anadəngəlmə anomaliyalarla doğulan insanlar çox yaşamırlar və həyatdan erkən yaşda köçürlər. Amma istisnalar da var. Elə nadir anadangəlmə anomaliyalar olur ki, insanın səhhətinə mənfi təsiri baş vermir və həmin şəxs sağlam doğulanlarla müqayisədə uzun ömür sürə bilir.
Yəqin ki, kimdən "ürəyin harda yerləşir" deyə soruşsaq, fikirləşmədən dərhal əlini sol döşünün üstünə aparacaq. Hətta bağça yaşlı uşaq belə, bu suala düşünmədən qeyri-ixtiyari əlini sol döşünə aparmaqla cavab verə bilər.

Təhsil Nazirliyi dərs saatlarının vaxtını dəyişir

"Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının 30 iyun tarixli 1 saylı protokolu qərar qəbul olunub və bu qərar müxtəlif dövlət qurumlarına, o cümlədən də Təhsil Nazirliyinə göndərilib.

"Yuxarı siniflərin bir az erkən, məsələn saat 08.00-da dərsə başlaması, ibtidai siniflərdə isə bu vaxtın ondan 45-50 dəqiqə sonra, yəni 08.50 və yaxud 09.00-a dəyişdirilməsi təklif olunub".

24 -dən səhifə 25

Əlaqəli xəbərlər