500 avroluq əsginazlar dövriyyədən çıxarıla bilər

Avropa İttifaqının (Aİ) maliyyə nazirləri Brüsseldə keçirilmiş toplantıda 500 avroluq əsginazların dövriyyədən çıxarılmasına dair təklif irəli sürüblər. Bunun əsas səbəbi bu əsginazların terroristlər, çirkli pulların yuyulması və narkotik vasitələrin ticarəti ilə məşğul olanlar tərəfindən ən çox istifadə edilən əsginaz olmasıdır. Nazirlərin irəli sürdüyü təklif əsasən terrorizmin maliyyələşdirilməsində geniş istifadə olunan 500 avroluq əsginazlarla bağlı təhlükələrin necə azaldılmasına dair məqamları özündə əks etdirir.

Ürəyi sağda olmuş Bəxtiyar Vahabzadə.. - Qeyri-adi HALLAR

Adətən anadəngəlmə anomaliyalarla doğulan insanlar çox yaşamırlar və həyatdan erkən yaşda köçürlər. Amma istisnalar da var. Elə nadir anadangəlmə anomaliyalar olur ki, insanın səhhətinə mənfi təsiri baş vermir və həmin şəxs sağlam doğulanlarla müqayisədə uzun ömür sürə bilir.
Yəqin ki, kimdən "ürəyin harda yerləşir" deyə soruşsaq, fikirləşmədən dərhal əlini sol döşünün üstünə aparacaq. Hətta bağça yaşlı uşaq belə, bu suala düşünmədən qeyri-ixtiyari əlini sol döşünə aparmaqla cavab verə bilər.

Təhsil Nazirliyi dərs saatlarının vaxtını dəyişir

"Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının 30 iyun tarixli 1 saylı protokolu qərar qəbul olunub və bu qərar müxtəlif dövlət qurumlarına, o cümlədən də Təhsil Nazirliyinə göndərilib.

"Yuxarı siniflərin bir az erkən, məsələn saat 08.00-da dərsə başlaması, ibtidai siniflərdə isə bu vaxtın ondan 45-50 dəqiqə sonra, yəni 08.50 və yaxud 09.00-a dəyişdirilməsi təklif olunub".

"Mediaya göstərilən qayğı davam edəcək" - Əli Həsənov

"Dünən Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdü və çox geniş müzakirə aparıldı. Prezident Azərbaycan mediası ilə bağlı fikirlərini, düşüncələrini, medianın qarşısında duran vəzifələri, Azərbaycan mediasının dünyadakı yeri və rolu, jurnalistlərin iqtisadi, mənəvi və digər problemlərini təhlil etdi, öyrəndi".

25 -dən səhifə 26

Əlaqəli xəbərlər