Stalinin də yatdığı Bayıl həbsxanası: "ölüm korpusu"ndan qaçış, tualetsiz kameralar, ilk "polojeniya"ya baxan
Səs-küylü cinayət işləri və kriminal tarixdə silinməz iz buraxan cinayət aləminin nümayəndələri haqqında silsilə məqalələri davam etdiririk. Məqalələrdə "qanuni oğrular"ın həyatının bəzi aspektlərinə işıq salır və Azərbaycanda cinayətkarlıqla mübarizədən bəhs edirik.
Məşhur “Ölüm korpusu”nun yerləşdiyi Bayıl həbsxanası bu yaxınlaradək Azərbaycanda ən köhnə və ən böyük istintaq həbsxanası olub.