Şərəfsizliyin ən qısa yolu:Əclaf olduğunu etiraf edən adam,ermənilərə satılan azərbaycanlı

1516717681_1.jpg

"Bəziləri məni satqın, bəziləri əclaf, bəziləri yalançı, bəziləri də ikiüzlü adlandıra bilərlər. Haqqımda deyilənlərə fikir vermirəm. Məni həqiqət maraqlandırır. Qoy mən əclaf olum. Etiraf edirəm. Amma işimi görüm".

Bu sözləri bir zaman Zeynal İbrahimov illər əvvəl demişdi.

O adam ki, əslən azərbaycanlıdır, jurnalist və siyasi fəal, siyasi qaçqın olduğunu iddia edir, Britaniyada yaşayır.

"Müstəqil araşdırmaçı, vicdanlı tədqiqatçı" olduğunu vurğulamağı çox sevir.

Amma bu şəxsdə vicdan, müstəqillik, məntiq və şərəf deyilən anlamlar yoxdur.

Zeynal İbrahimov vətənini, ləyaqətini, gerçəklik hissini çoxdan itirərək buyruq quluna çevrilmiş birisidir.

Özü də onun mənəvi tənəzzülü o həddə çatıb ki, başqalarını hazırladıqları "əsər"lərə ad və soyadının yazılıb "müəllif" kimi təqdim olunmasına razılaşır.

Müəyyən, o qədər də böyük olmayan məbləğə görə...
Şərəfsizliyin ən qısa yolu:Əclaf olduğunu etiraf edən adam,ermənilərə satılan azərbaycanlı
"Mavi" və "çəhrayı"ları sevib xəyanət edən

Zeynal İbrahimov 1965-ci ilin martın 29-da Bakıda doğulub. Burada böyüyüb, oxuyub, sonra jurnalistika ilə məşğul olub, bir ara Rusiyanın "Kommersant"ı ilə əməkdaşlıq edib.

28 il əvvəl, 1990-cu ildə Transmilli Radikal Partiyaya (TRP) qatılıb, sonra bu partiyanın Azərbaycandakı "təmsilçisi" olub, 1993-2005-ci illərdə TRP-nin Bakı ofisinə rəhbərlik edib. 2005-ci ildə partiya İtaliyadan savayı bütün ofislərini qapadanda TRP-nin Azərbaycanda nümayəndəsi kimi "ağır və məsuliyyətli" işi ictimai əsaslarla davam etdirib.

Sənədlərdə belədir. Əslində isə Zeynal İbrahimov TRP-dən sürəkli pullar alıb və onun partiyanın təmsilçisi qismində xaricə səfərlərini də həmişə "transmilli radikallar" maliyyələşdiriblər.

Qatıldığı tədbirlərdə də Zeynal İbrahimov sürəkli olaraq "mütərəqqi" mövqedə olub: Azərbayanda eyni cinsli insanların nikahlarının leqallaşdırılmasından tutmuş, Dağlıq Qarabağ münaqişəsinin "dərhal və heç bir şərtsiz dayandırılması"nadək müxtəlif "məzmun"da çıxışlar edib.

Transmilli Radikal Partiya cinsi azlıqların hüquqları uğrunda ən sərt mübarizlərdən biri kimi tanınır. Partiya İtaliyanın paytaxtı Roma ilə yanaşı, dünyanın müxtəlif şəhərlərində gey-paradların təşkilatçısı kimi tanınır. Məsələn, 2007-ci ilin mayında TRP rəhbərlərindən biri, Avropa Parlamentinin deputatı Marko Kappato Moskvada yasaqlanmış gey-parada qatılmış, döyülmüş və polis tərəfindən saxlanmışdı.

2013-cü ilin mayında TRP-nin o dönəmdəki sədri Emma Bonino İtaliyanın XİN başçısı postuna təyinat almışdı.

Lakin Z.İbrahimov zərurət yarandığını hiss edəndə homoseksuallarla lesbiyanların hüquqlarının müdafiəçisindən onların düşməninə çevrilə bilib və bunu dəfələrlə edib.

Z.İbrahimov siyasi mövqeyini də dəfələrlə dəyişib və vəziyyətdən asılı olaraq daha çox mənfəət əldə etmək üçün fəndgirliyi uyğun sayıb.

Məsələn, 2004-cü ilin yanvarında Avropa Parlamentində Dağlıq Qarabağdakı terrorçu rejimə qarşı sanksiyalar müzakirə olunanda Zeynal İbrahimov mənsub olduğu TRP-nin liderlərindən biri, Avropa Parlamentinin deputatı Olivye Düpüiyə müraciət edərək sanksiyaların dəstəklənməsinin vacibliyini vurğulamışdı.

Həmin Z.İbrahimov Britaniyaya mühacirət edəndən az sonra demişdi: "Dağlıq Qarabağdakı ermənilərə qarşı hər hansı sanksiyaların tətbiqin müzakirəsi yolverilməzdir. Bunu ağlımıza belə, gətirməməliyik".

Zavallı Zeynal və erməni ALİSA

Bu ilin yanvarın 3-də Zeynal İbrahimovun "Oğluma 35 məktub" adlı kitabı çapdan çıxıb.

Kitab "Amazon"da 9,99 dollardan satılır və erməni diaspor təşkilatları tərəfindən çox fəal reklam edilir.

Zeynal İbrahimov bu kitabın müəllifi olduğunu desə də, sifarişi və maliyyəni kimdən aldığını açıqlamır.

"Oğluma 35 məktub" Ermənistan Beynəlxcalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun (ALİSA) birbaşa göstərişi, iştirakı və nəzarəti ilə hazırlanıb.

Prosesə "institutun ekspert"lərindən biri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq zabiti Ruben Mehrabyan bilavasitə rəhbərlik edib.

Kitaba giriş sözünün müəllifi də Mehrabyandır.

Zeynal İbrahimov kitabda Azərbaycan barədə yazdığını iddia etsə də, ölkəmiz barədə həqiqətə az-çox uyğun olan heç nə yoxdur.

Məsələn, Z.İbrahimov iddia edir: "Azərbaycanda 1990-cı ildən bəri 20 Yanvar günü hər gün matəm kimi qeyd olunur. Halbuki hər şey yanvarın 3-də başlanmışdı. Yanvarın 13-də, yanvarın 20-dən bir həftə əvvəl Azərbaycanda yəhudilərə, ruslara, ermənilərə divan tutulmağa başladı. Həmin proseslər səngiməyə başlayanda isə Bakıya sovet qoşunları yeridildi. Bu, saxtakarlıqdır, gülüncdür".

Z.İbrahimovun fikrincə, Azərbayaycanı ermənilərlə yanaşı, ruslar da tərk ediblər.

"Bakı artıq şəhər deyil. Bakı indi əyalətdən insanların axışıb məskunlaşdığı böyük kənddir. Bakı indi savadsızların, mədəniyyətsizlərin, tarixi saxtalaşdıranların məkanıdır", - Z.İbrahimov yazır.

Onun iddialarına görə, Azərbaycandan "1 milyon erməni, rus və yəhudi qovulub".

Ruslar və yəhudilərin "Azərbaycandan qovulması", ölkədə rus və yəhudi icmasının "faktiki olaraq yoxa çıxması" barədə absurd iddiaları şərh etməyə belə, dəyməz.

Statistika, reallıq və faktlar bunu büsbütün təkzib etməklə yanaşı, elə gerçəklər var ki, onların sübuta ehtiyacı yoxdur.

Azərbaycanda rus icması azalmayıb, yəhudi icmasının mənsubları özlərini tam asudə və rahat hiss edirlər. Sözügedən icmalara şamil edilən insanların demoqrfik statistikasında artım da var. Azərbaycanda rusdilli təhsil və tərbiyə müəssisələrinin, mədəniyyət qurumlarının sayı durmadan artır, İsraildən ölkəmizə gələn siyasətçilər və ictimai xadimlərsə ölkədə yəhudi icmasının yaşamının bütün dövlətlərə örnək ola biləcəyini vurğulayırlar.

Zeynal İbrahimov bu yalanlarla kifayətlənmir, Azərbaycanı "olmayan dövlət", xalqımızı "uydurma millət" adlandırır. Kitabda dəfələrlə vurğulanır ki, tarixdə heç zaman Azərbaycan dövləti olmayıb - olan Sasanilər və Osmanlıların imperiyalarının tərkibindəki tayfalar, qəbilələr yığını imiş, sən demə.
Şərəfsizliyin ən qısa yolu:Əclaf olduğunu etiraf edən adam,ermənilərə satılan azərbaycanlı
"Azərbaycanlılar indi yaşadıqları ərazilərə sonradan gəliblər: həmin ərazilər əzəli Böyük Ermənistan torpaqlarıdır" - bunu da Zeynal İbrahimov yazır.

Və ən nəhayət, Z.İbrahimov "təəssüf, kədər və qüssə" ilə vurğulayır ki, Azərbaycanda istisnasız olaraq "hamı ermənilərə nifrət edir, faşist düşüncə sahibidir". Bununla da kifayətlənməyən "müəllif" yazır: "Fazil İsgəndərin bir deyimi var: "bəzən kollektiv üfunət xalqın vəhdəti qismində qəbul olunur". Azərbaycanda ermənistana nifrət təşviq olunur, "Dağlıq Qarabağ bizimdir" deyilir. Halbuki, Dağlıq Qarabağ heç zaman Azərbaycanın olmayıb".

20 Yanvar faciəsini "təftiş" etməyə çalışan Z.İbrahimovun dediyindən az qala belə çıxır ki, 1990-cı ilin həmin məşum günündə azərbaycanlılar özlərinə divan tutublar: amma əvvəlcə başqa millətlərdən olanları "qırıblar".

Bu, artıq yalan iddia və ya mənəviyyatsızlıq yox, psixiatriyada çox ciddi müalicə tələb edən bir neçə xəstəliyin məcmusudur.

ALİSA-nın diqtəsi ilə "kitab müəllifi"nə çevrilən, sonra da "əsər"i Ermənistanın kütləvi informasiya vasitələrində "Azərbaycan barədə sensasiyalı kitab" kimi reklam edilən Zeynal İbrahimov lənətlənmiş varlığa çevirib özünü.

Müxalif olmaq olar, siyasi iddialar və ya tələblərlə çıxış etmək olar. Normaldır.

Lakin millətini, vətənini satmaq, şərəfi və ləyaqətini alverə çıxarmaq, Azərbaycanı "faşist ölkə" kimi təqdim etmək - bu anormallıqdır.

Tarix boyu belə insanlar pariya sayılıb, yaşadığı qövmdən kənarlaşdırılıb, yaramaz və murdar bilinib.

Migel de Servantes belələrini "nifrətə layiq məxluq" adlandırıb, Viktor Hüqo isə yazıb: "Vətənini, xalqını aşağılamağa çalışan insan ən böyük xəyanətkardır".

Zeynal İbrahimov isə, özü demişkən, "əclaflığı" ilə fəxr edir, bu maniakal davranışı ilə qürrələnir.

Anlaşılandır, çünki kölə təfəkkürlü bu adam sahiblərinin göstərişləri və əmrləri ilə hərəkət edir.

"Nə etdiyimi dərk edirəm. Yaxşı etmişəm! Əla bilirəm ki, məni satqın, əclaf, şərəfsiz, xəyanətkar adlandıracaqdar. Hamının xoşuna gəlməyən söz deyən kimi məni Vətən xaini adlandırırlar. Satqın nə zamansa, haradasa kiməsə sədaqət andı içən, sonra həmin andı pozan insandır. Mən kimsəyə sədaqət andı içməmişəm və buna görə də istədiyimi deyirəm, yazıram. Xalqıma, Azərbaycana görə utanıram".

Bunu de-yure olaraq azərbaycanlı olan Zeynal İbrahimov yazır.

Ermənistanın xüsusi xidmət orqanları ilə sıx əlaqədə olan, İrəvanın sifarişlərini yerinə yetirən, mənsub olduğu xalqı təhqir edən, Azərbaycanı "heç nə" sayan və Dağlıq Qarabağdakı terrorçuları "qəhrəmanlar" adlandıran Z.İbrahimov Britaniyada yaşayır.

Günlərin birində o, Britaniyanın da "puç ölkə", britaniyalıların da "yaramaz" olduğunu yazarsa, təəcüblənməyə dəyməz.

Yetər ki, İrəvandan belə sifariş ola.

... Zeynal İbrahimov bədbəxt, zavallı insandır. Eyni zamanda o, hədsiz miskin birisidir.

Zatən köləliyi uğur sayan, Vətənini sevinclə satan, içlərində yaxınlarının və qohumlarının, ailə üzvlərinin də olduğu insanları aşağılayıb bunun üçün mükafat gözləyən birisinin həyatı, həqiqətən də, məşəqqətdir.

Çünki şərəfsizə, mənliyini itirmişə, torpağına və millətinə xəyanət edənə onun xidmət göstərdiyi ağası da nifrət edir. /Milli.az/

Baş redaktorlar Dilçilik İnstitutuna etiraz etdilər

2017-03-11-12-00-09181516346935.jpg

Araz.az modernə əsasən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.

Tədbirdə yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb.  “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

Bəs media nümayəndələrinin bu dəyişikliyə münasibəti necədir?

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az-a açıqlamasında  qeyd edib ki, bəzi sözlərin yazılışı ilə bağlı verilən qərarlar doğru deyil:

“Dilçilərimiz də bu sahədə peşəkarlığı olan insanlar da buna iradlarını bildirirlər. Akademik Nizami Cəfərov haqlı olaraq deyir ki,  mümkün qədər oturuşmuş sözlərə dəyişiklik edilməməlidir. Sözün yazılış qaydarı ilə bağlı dəyişikliklərə ehtiyac yoxdur. Əgər dilçilərimiz uzun illər boyu formalaşmış yazı qaydalarına tətbiq olunan formaları saxlasalar daha yaxşı olar. 2 eyni hərfdən birinin ixtisarı ilə heç nəyə nail ola bilmərik. Dildə problemlər onla bağlıdır ki, xaricdən bizə kifayət qədər sözlər daxil olur. Bunlar elmi-texniki, informasiya texnologiyaları, beynalxalq münasibətlərlə bağlı sözlərdir. Bunlara ciddi fikir vermək lazımdır. Müasir iformasiya texnologiyaları sürətlə inkişaf edir. Azərbaycanla bağlı həm elmi,həm siyasi, həm mədəni  baxımdan olan informasiyalar axtarış sistemlərində olduğu kimi yerləşdirilməlidir. Bunlara ciddi fikir vermək lazım idi. Yoxsa “eşşək” sözündə “ş” hərfinin birini atmaqla, “əsgər” sözünü “əskər” yazmaqla heç nə dəyişmir. Çox təəssüf ki, dilimizin qoruyucuları bu barədə ciddi fikirləşmirlər.

Akif Aşırlı deyib ki, media dili araşdırılmalıdır:

“Alınma sözlərin ümumişlək sözlərə çevrilməsi yalnız media vasitəsilə olur. Bu baxımdan diqqəti media müstəvisinə yönəltməli idilər. Bir sözlə bu dəyişiklikləri təqdir etmirəm”.

 

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı oturuşmuş sözlərdə edilən dəyişikliklərin narahatlıq doğurduğunu bildirib:

“Təbii ki, vaxtaşırı olaraq dil lüğətimizə baxmalıyıq. Dilimizə yeni sözlər daxil olur, eyni zamanda köhnəlmiş sözlərimiz var. Vaxtaşırı bunlar tənzimlənməlidir.

“Əsgər” sözünün “əskər” kimi, “alqı-satqı” sözünün “alğı-satqı” kimi yazılması zaman-zaman ciddi problemlər yaradacaq. Bu cür dəyişikliklərin olmağındansa olmamağı daha yaxşı olardı. Biz həmişə Dilçilik İnistutunun fəaliyyətsizliyindən ciddi şəkildə şikayətçi olmuşuq ki, onlar dilimizlə bağlı ciddi işlər görmürlər. Amma gördükləri iş  budursa, yaxşı olar dilimizə əl vurmasınlar, necə alışmışıqsa elə də qalsın”.

Jurnalistlərin aylıq maaşı nə qədərdir? - JuHİ illik hesabat yaydı + Detallar

2016-04-27-00-51-01musviq-elesgerli.jpg

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2017-ci ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb.

Araz.az Mia.az-a əsasən xəbər verir ki, JuHİ sədri Müşfiq Ələsgərlibildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən  ümumrespublika yayımlı 15 qəzet və 4 televiziya redaksiysının, 5 informasiya agentliyinin, 20 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 10 regional qəzet və TV-lərin  əməkdaşları  cəlb ediliblər (ümumilikdə 57 redaksiya əhatə olunub).

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2017-ci ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. 

Sorğu üzrə aşağıdakı nəticələr alınıb:

1. Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında:

İşçilərlə fərdi əmək müqavilələrinin  bağlanılması məsələsində dinamika qorunub saxlanılmışdır. Sorğuya cəlb edilənlərin 93  faizi (2016-ci ildə 92 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər. Amma bu sahədə  irəliləyişlərlə yanaşı, müəyyən qüsurlar da qalmaqdadır:

a)  Qüsurlar sırasında diqqət çəkən ilk məqam  fərdi  əmək müqavilələrinin müddətli bağlanılmasıdır. Azərbaycan Əmək Məcəlləsinin  45-47 maddələri  daimi fəaliyyət göstərən iş yerlərində əmək müqaviləsinin müddətli bağlanmasını istisna etsə də, KİV redaksiyalarında jurnalistlərlə əmək müqavilələrini müddətli bağlamağa üstünlük verirlər ki, bu da, işəgötürənin xeyrinə olaraq,  həmin müqaviləyə istənilən vaxt xitam vermək üçün şərait yaradır.

b) Fərdi əmək müqavilələrinin  redaksiyalarda bütün əməkdaşlara şamil edilməməsi də   problemlərdən biridir.  Bəzi redaksiyalarda  əməkdaşların müəyyən qismi ilə fərdi əmək müqavilələri bağlanılsa da, eyni redaksiyada təqribən 45 faizə qədər  əməkdaş əmək münasibətləri  rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar.

  c) Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi də   aktual olaraq qalır. Bəzi  redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı tam əks etdirmir. Bu isə KİV işçilərinin gələcəkdə pensiya təminatına neqativ təsir göstərəcək amillərdən biridir.

 d) Tibbi sığortanın tətbiq edilməsi məsələsində irəliləyiş və ya geriləmə yoxdur. Tibbi suğortanın tətbiq edilməsi vəziyyəti minimum həddə- 5  faizdən aşağıdır. 

2.  Jurnalistlərin aylıq gəlirlərinin infilyasiyaya  uyğunlaşdırılması yönündə addımlar atılıb:

  1. Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri redaksiyaların durumuna görə dəyişsə də, minimal və maksimal məbləğləri müəyyənləşdirmək mümkün olub. Bu kateqoriya üzrə rəyi soruşulanların bir  qismi 350-450 manat (sorğu iştirakçılarının 6 faizi),  550-600  manat (sorğu iştirakçılarının 56 faizi), 700-900 manat (sorğu iştirakçılarının 30 faizi),  1000-1100 manat (sorğu iştirakçılarının 8 faiz)   civarında aylıq gəlir əldə etdiklərini bildiriblər.   
  2. Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin  aylıq gəlirləri 250-400  manat aralığında  dəyişir.
  1. Regional KİV-lərdə əmək haqqı:  

- Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 160-400 manat aralığında dəyişir.   Rəyi soruşulanlar 160-200 manat (sorğu iştirakçılarının 48 faizi), 200-250 manat (sorğu iştirakçılarının 37 faizi), 300-400 manat (sorğu iştirakçılarının 15 faizi) civarında əmək haqqı aldıqlarını bildiriblər.

Regional televiziyalarda çalışan jurnalistlərin  aylıq gəlirləri   250- 400 manat aralığında dəyişir.

  1. Əmək haqqı və ya aylıq gəlir məsələsində diqqət çəkən əsas məqamlar:
  • Bəzi KİV redaksiyalarında əmək haqqının infilyasiya tempinə uyğunlaşdırılması;
  • Onlayn media resurslarında əmək haqqının artım tempinin digərlərinə nisbətdə daha yüksək olmasıdır (orta aylıq əmək haqqı  kateqoriyasında ən yüksək göstərici məhz onlayn media resurslarında qeydə alınıb).

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2017 –ci ildə  əmək qabiliyyətli əhali üçün  müəyyən edilmiş yaşayış minimumu 164,5 manat olub.     

  1.  Sorğu iştirakçıları 2017-cı ildə jurnalistlərin  durumlarına müsbət təsir edən amillər, həmçinin, diqqət çəkən proseslər  barədə də fikirlərini bildiriblər:
  • Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq KİV işçiləri üçün inşa edilmiş 255 mənzillik binanın tikintisi  tamamlanmış  və mənzillər ödənişsiz  olaraq jurnalistlərə paylanılmışdır.
  • Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla   dövlət və hökumət təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən tədbirlərə, həmçinin, media ilə bağlı digər formatlı toplantılara qatılaraq, jurnalistlərlə hakimiyyət təmsilçiləri arasında canlı təmasın   inkişafına,  dioloq mühitinin yaranmasına şərait yaratmışlar.   
  • Azərbaycan Mətbuat Şurasının təşəbbüsüylə Milli Məclis rəhbərliyinin media təmsilçiləriylə geniş tərkibli görüşü keçirilmiş,  sərbəst dioloq mühiti  yaradılmışdır.
  • KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələri vasitəsilə 2017-cı ildə 374  nəfər jurnalist qalib olaraq mükafatlandırılmış, əlavə maddi gəlir əldə etmişlər.
  • Qəzet kağızının idxalı kömrük rüsumundan azad edilmişdir. Bu da çap media qurumlarının maddi durumuna müsbət təsirini göstərmişdir.  
  • "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və "Telekommunikasiya haqqında” qanunlara əlavə və dəyişikliklər edilmiş, onlayn informasiya resurslarının fəaliyyətinin tənzimlənməsinə imkan yaradılmışdır.
  • Bir sıra jurnalistlərə, o cümlədən, BDU-nin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmliyə və Turan İA-nın  direktoru Mehman Əliyevə qarşı başladılan istintaq hərəkətlərinə xitam verilmişdir.
  1. Sorğu iştirakçıları 2017-ci ildə onları qayğılandıran problemlərlə bağlı fikirlərini də açıqlayıblar:
  • Jurnalistik fəaliyytlə bağlı olmasa da, xəbər istehsalı sahəsində fəaliyyət göstərən bir neçə şəxsin, o cümlədən,  Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucovun, blogger Mehman Hüseynovun, Əfqan Muxtarlının həbs edilmələri birmənalı qarşılanmayıb.
  • Press Reliz haqqında daha ətraflı məlumat almaq üçün JuHİ sədri Müşfiq Ələsgərli ilə əlaqə saxlayın.

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

tel: +99450-324-6530

Kadırovun dostları: Ərəblər Çeçenistanı maliyyəşdirməyə niyə başladı?

ramzan.jpg

Çeçenistan Qafqazda xarici investorların cəlb edilməsində uğur əldə edən yeganə Rusiya regionudur. Bunu Moskva məmurları deyirlər.
 
Bu sərmayələr barədə şəxsən respublika başçısı Ramzan Kadırov özü danışıqlar aparır.
 
O, bunu niyə edir? Niyə Rusiya investorları Çeçenistana getmir, amma ərəblər gedir?
 
Çeçenistan başçısı bu payızı Yaxın Şərq ölkələrinə səfərlərdə keçirib, məmurlarla və iş adamları ilə görüşüb.
 
Noyabr ayının sonundan Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin yüksək rütbəli nümayəndələri ilə aşağısı 7 görüş keçirib.
 
Kadırov bu barədə öz İnstagram səhifəsində (hazırda bu səhifə mövcud deyil) yazmışdı.
 
Səfərlər barədə yerli KİV-lər də fəal şəkildə məlumat yaymışdılar.
 
İnstagram və digər sosial şəbəkələrə əsasən qiymətləndirsək Yaxın Şərqə səfərlərə Kadırovun cədvəlində tez-tez rast gəlinir.
 
Bu görüşlər sadəcə nəzakət və dostluq naminə deyil, subsidiyalar alan bölgə üçün ehtiyacdır.
 
Çeçenistan Yaxın Şərqə niyə lazımdır?
 
"Mən bir sirr açmaq istəyirəm. Bu gün Kadırovun imzaladığı məktub layihəsi var və bu layihə bizim Dağıstandakı həmkarımız tərəfindən öyrənilir. Biz ölkə prezidentindən yüksək sürətli Mahaçqala -Moskva dəmiryolu magistralının tikilməsini xahiş edirik... ", - deyə onlarla adama Arxızın Romantik qəsəbəsindəki "Tramplin 1650" restoranında Çeçenistan hökumət başçısı Ruslan Edelqeriyev deyib.
 
Çeçenistan rəhbərinin fikrincə, dəmiryolu xətti Qroznıdan keçməlidir.
 
Ötən il dekabrın 9-da "Qafqaza sərmayə qoy" forumunun iştirakçıları restoranda toplaşıblar.
 
Bu layihənin qəbul edilib-edilmədiyini aydınlaşdırmaq mümkün olmayıb.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Kadırovun mətbuat katibi və Dağıstan hökumətinin mətbuat xidməti şərh verməkdən imtina ediblər.
 
Baş nazirin müavini Arkadi Dvorkoviçin aparatında bu istiqamətə məsul olan şəxslər məktub almadıqlarını bildiriblər.
 
Nəqliyyat Nazirliyi BBC Rus Xidmətinin sorğusuna cavab verməyib.
 
Elə həmin restoranda gündüz vaxtı, bir qədər əvvəl "Spagetti" MMC-nin direktoru Ramzan Naurbiyev dövlətdən Çeçenistanda makaron fabrikinin tikilməsinə 125 milyon rubl almağa cəhd göstərib.
 
Kadırov Qroznı gününü Bəhreyn kralının şəxsi nümayəndəsi şeyx Nasser bin Həmad İsa Əl Xəlifa və Krımın başçısı Sergey Aksenovun iştirakı ilə qeyd edib. Bunun üçün o, Moskvadan Səudiyyə Ərəbistanı kralı ilə görüşdən qayıdıb.
 
O, BBC-yə özəl investorların yalnız 10 milyon rubl verə biləcəyini söyləyib.
 
Naurbiyev "Qafqaza sərmayə qoy" forumunda öz layihəsini təqdim edən, Şimali Qafqazın İnkişaf Korporasiyası,kiçik və orta biznesin inkişafı Korporasiyasından kömək almaq istəyən 3 çeçen iş adamından biridir.
 
Digər iki layihə "Sernovod Kavkazskiy" kurortunun inkişafına və pomidor yetişdirmək üçün planlaşdırılan istixana komleksinə aid olub.
 
Orta ölçülü müəssisələr hökumətin əhəmiyyətli dəstəyi olmadan regionda layihəyə başlamırlar.
 
Büdcə uğrunda döyüş
 
Bununla yanaşı federal mərkəz hər il rəsmən regionlara dəstəyin azaldılması planları barədə bəyanat verir.
 
Bu Çeçenistan üçün mühüm məsələdir.
 
Respublikanın büdcəsi subsidiyalardan çox asılıdır.
 
Hesabat Palatasının məlumatına görə, Çeçenistan federal büdcədən edilən köçürmələrdən daha çox asılı olan regionların siyahısındadır.
 
Çeçenistanın federal büdcədən maliyyələşməsindən yüksək asılılığını S&P reytinq agentliyinin aparıcı təhlilçisi Yekaterina Yermolenko da təsdiqləyir.
 
Onun sözlərinə görə, Çeçenistanda böyük layihələrin çoxu federal büdcədən ayrılan vəsaitlər həyata keçirilir.
 
Artıq neçə ildir ki, respublikanın maliyyələşdirilməsi məsələsi KİV-lərin diqqət mərkəzindədir.
 
Ötən il federal məmurların büdcə dəstəyinin azaldılması barədə bəyanatı Çeçenistan başçısı ilə maliyyə naziri Anton Siluanov arasında ictimai mübahisələr yaratmışdı.
 
Çeçenistana birbaşa xarici investisiyalar (mln. dollarda)
 
Şirkətlərin kapitalında iştirak, gəlirlərin reinvestisiyası, borc alətləri
 
Birbaşa xarici investisiyalar  
 
Rusiyanın Mərkəzi Bankı
 
2016-cı ildə Kadırov respublikanın maliyyələşdirilməsinin azalmasına görə Maliyyə Nazirliyinə rəsmən etirazını bildirmişdi.
 
"Əgər büdcə kəsirləri təcrübəsi gələcəkdə də davam edərsə, respublika inkişaf edə bilməyəcək və biz götürdüyümüz sosial öhdəlikləri yerinə yetirə bilməyəcəyik", - deyə o, İnstagram-da yazmışdı.
 
Nəticədə Çeçenistanda subsidiyalar demək olar ki 2016-cı il səviyyəsində saxlanılıb.
 
Ötən il federal büdcə üzərində qızğın iş gedən zaman Kadırov şəxsən Moskvaya gəldi və səlahiyyətli məmurlarla görüşdü.
 
Onun İnstagram səhifəsində baş nazirin müavinləri Olqa Qolodets (sosial siyasətə nəzarət edir) və Dmitri Kozakla (regionların inkişafına nəzarət edir) şəkilləri yayılıb.
 
Şəkilləri əlavə maliyyə barədə istəklər müşayiət edib.
 
Lakin bu il üçün subsidiyalar praktiki olaraq dəyişilməz qalıb.
 
"Biz hər şeyi (dövlət sərmayə proqramlarını - BBC) təhlil etdik və başa düşdük ki, belə inkişaf edə bilmərik ", - deyə Edelqeriyev Arxızdakı forumda deyib.
 
O, təkid edib ki, Çeçenistanda doğum hesabatına görə ildə iki-üç deyil, onlarla layihə lazımdır.
 
Əsas vəsaitlər üzrə sərmayələrin həcminə cədvəldə baxmaq olar.
 
Ekspertlər Kadırovu Rusiyanın Yaxın Şərqdə "elçisi" adlandırır
 
Pulu hardan almaq olar
 
Büdcə respublikanın yanlız sosial xərclərini qarşılayır, lakin çeçen rəhbərliyinin geniş planlarında bir sıra iri inşaat layihələri var.
 
Bunun böyük hissəsi regionda turizmin inkişafı ilə bağlıdır.
 
Çeçenistan bu pulları Moskvadan ala bilmir, vəsaitləri ölkə daxilində də almaq olmaz.
 
Rusiyanın Şimali Qafqaz üzrə nazirinin müavini Mixail Razvozjayev BBC rusca xidməti ilə söhbətində bildirib ki, böyük Rusiya biznesi hələki nə Çeçenistanda, nə də Şimali Qafqazda ciddi sərmayə qoymağa hazır deyil.
 
"Çeçenistanın investisiya cəlbediciliyi çox aşağıdır. Hər kəs orada rejimin hansı keyfiyyətdə olduğunu başa düşür ", - deyə Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə eksperti Yekaterina Sokiryanskaya bildirib.
 
Nəticədə Kadırov vəsait arxasınca Şərqə gedib.
 
"O, federal mərkəzin ərəb sərmayəsini Rusiyaya cəlb etmək istəyən elçisidir", - Müstəqil Sosial Siyasət İnstitutunun regional proqram direktoru Natalya Zubareviç belə düşünür.
 
Onun sözlərinə görə, Kadırovun ikinci məqsədi investorları məhz Çeçenistana cəlb etməkdir.
 
"O, yalnız özü üçün deyil, açıq-aydın körpülərin qurulması üçün federal tapşırığı yerinə yetirir, böyük ehtiyatlara malik olan ərəb ölkələri ilə danışıqlar aparır.
 
Rusiyada isə xarici sərmayələr kəskin şəkildə çatışmır ", - deyə iqtisadçı təsvir edir.
 
"Təbii ki, əgər Ramzan Əhmədoviç Yaxın Şərq ölkələrinin birinci nümayəndələri ilə isti, qardaş, sadəcə yaxşı münasibətləri varsa, bu, Rusiya Federasiyasının ümumilikdə maraqlarına cavab verir. Bu isə ona əsaslanır ki, Vladimir Putin bəyan edib ...
 
Rusiya islam dünyasının ən yaxşı və etibarlı dostudur. Gələcəkdə bunu Rusiya prezidentinin apardığı siyasət də təsdiqləyir.
 
Ramzan Əhmədoviç bu siyasətin effektiv hissəsidir. Onun bütün hərəkətləri Rusiyanın Yaxın Şərq xarici siyasət doktrinası çərçivəsindədir ", - deyə Ramzan Kadırovun mətbuat katibi Alvi Kərimov BBC rusca xidmətinə bildirib.
 
Ərəb sərmayəçiləri on milyon dollar yatırmağa hazırdırlar, Ruslan Edelqeriyev BBC-yə deyib.
 
Onun sözlərinə görə, hazırda Yaxın Şərq ölkələri, məhz Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Bəhreyn region üçün əsas xarici investor olub.
 
Çeçenistan respublikası Rusiyanın Şimali Qafqazda yeganə regionudur ki, xarici investorların cəlb edilməsində uğur əldə edib, Razvozjaev etiraf edib. Bu belədirmi?
 
Yaxın Şərq səxavəti
 
Razvozjaev iddia edir ki, Çeçenistanın xarici investorları cəlb etməsində uğur qazanması qismən "respublika başçısının şəxsi nüfuzu və şəxsi münasibətləri" ilə izah olunur.
 
Sosial şəbəkələrdəki və KİV-lərdəki məlumatlara görə, danışıqları Kadırov şəxsən aparır, bəzən onu Çeçenistan hökumət başçısı Ruslan Edelqeriyev, baş nazirin müavini Hasan Hakimov və Çeçenistan administrasiyasının digər üzvləri müşayiət edir.
 
Sosial şəbəkələrin hesabatına və çeçen KİV-lərinn məlumatına görə, BƏƏ, Səudiyyə Ərəbistanı və Bəhreyn Kadırovun ən çox səfər etdiyi ölkələrdir.
 
Yaxın Şərqə səfərindən sonra o, bir qayda olaraq Çeçenistandakı sərmayələrlə bağlı müxtəlif razılaşmalar barədə məlumat verir.
 
Lakin Çeçenistanın İqtusadi İnkişaf Nazirliyi (İİN) BBC-nin sorğusuna cavabında Yaxın Şərqdən olan sərmayəçilərin iştirakı ilə olan iki layihənin adını çəkib.
 
 
Bunlardan biri Canvas mehmanxana kompleksi - digəri Qroznıda Beynəlxalq Universitetdir.
 
İİN-nin məlumatına görə, Canvas-ın inşaası 4,8 milyard rubl (83 milyon dollar) dəyərindədir.
 
Mehmanxana layihəsinin özü, 2014-cü ilin yazında Dubayda təqdim edilib və həmin vaxt onun elan edilən dəyəri 120 milyon dollar təşkil edib.
 
Tikintini Əbu-Dabidən olan Trojan Holding şirkəti aparır.
 
Bu şirkət BƏƏ-dən olan Royal Group şirkətinin törəməsidir.
 
Şirkətə şeyx Təhnun ibn Zeyd əl Nəhyan rəhbərlik edir.
 
Mehmanxana BƏƏ-dən olan investorların vəsaiti hesabına tikilib. Bu barədə Kadırov özü İnstagram-dakı payalaşımlarından birində yazıb.
 
Qroznıdakı Beynəlxalq Universiteti də BƏƏ—dən olan investorlar - EMAAR şirkəti tikir.
 
Şirkət BBC rusca xidmətinə layihənin "qohum" Eagle Hills şirkəti tərəfindən aparıldığını təsdiqləyib.
 
BƏƏ-nin varis şahzadəsi Məhəmməd Əl Nəhyan bir qədər əvvəl univeristetin tikintisi üçün vəsaiti BƏƏ-dən olan sərmayəçilərin verəcəyini bəyan etmişdi.
 
Çeçenistan rəhbərliyi universitetin tikilməsi barədə 2014-cü ildə Birləşmiş Əmirliklərdən bir qrup iş adamının respublikaya səfəri zamanı razılığa gəlib.
 
Qrupa şeyx, Əbu-Dabi İnvestisiya Fondunun başçısı Təhnun ibn Zeyd əl Nəhyan rəhbərlik edib.
 
"Universitet binasının 60%-70%-i tikilib. Bu mərhələdə qoyulan vəsait 4,5 milyard rubldur. Biz torpaqla təmin edirik, bütün kommunikasiyanı aparırıq. Çeçenistanda çox tikinti materialları tikintiyə pulsuz gedir- respublika öz ehtiyatlarından istifadə edir" - deyə Federasiya Şurasında Çeçenistandan senator olan Sabsabi BBC Rus Xidmətinə danışıb.
 
Sabsabi ərəb investorları ilə danışıqlarda iştirak edir.
 
Ərəb investorları subsidiyalı respublikanın infrastrukturuna niyə sərmayə qoyurlar?
 
BBC-nin bu sorğusuna investor şirkətlər cavab verməyib.
 
Ötən ilin oktyabrın əvvəlində Kadırov Səudiyyə Ərəbistanı kralının nümayəndə heyəti ilə bir neçə görüş keçirib
 
Edelgeriyev bildirib ki, ərəb investorları ümumilikdə investisiyalar barədə qərar qəbul edərkən layihənin dövlət dəstəyinə diqqət yetirir.
 
"Onlar sözsüz ki, təhlil aparır, regionun imkanlarına diqqət yetirir, eyni zamanda federal mərkəzin layihəyə münasibətinə də fikir verirlər", o deyib.
 
Amma ərəb investorların pul ayırdığı iki layihəyə nəzər salanda onlar digər səbəbləri əsas götürmüşdülər.
 
Edelqeriyevin sözərinə görə, Misir yığması Çeçenistanda yaşayacağına görə, mehmanxananı investorlar dünya çempionatına qədər özləri tikmək qərarına gəliblər.
 
Universitet məsələsinə gəldikdə isə, Sabsabinin sözlərinə görə, "bu dostluq sərmayəsidir".
 
"Ramzan Kadırovla Əbu Dabi şahzadəsinin münasibəti o qədər yaxın və o qədər güclüdür ki, vəsaitləri geri qaytarmaq barədə danışılmır (BBC). Bu bir növ Rusiya xalqına və Çeçenistan republikasına hədiyyədir ", - Sabsabi deyib.
 
Amma Yekaterina Sokiryanskaya hesab edir ki, ərəb investisiyalarının başqa məqsədləri var.
 
"Əgər Yaxın Şərq Çeçenistana sərmayə qoysa, bunu əsasən Rusiya və Putinlə yaxınlaşmaq üçün edəcək", - deyə o, BBC Rus Xidmətinə xidmətinə bildirib.
 
Çörək və ya toxuculuq sexi
 
Yaxın Şərq investorları Çeçenistanda kiçik və orta biznesin inkişafına dəstək olmaq üçün özləri dövləti əvəzləməyə hazırdırlar.
 
Çeçenistanda təsdiqlənmiş daha bir ərəb investoru "Sahibkarlıq və innovasiyaların dəstəyi üzrə "Şeyx Zeyd adına Fond"un filialıdır ki, bu da Xəlifə Fondudur.
 
Onun filialı ötən ilin mayında açılmışdı.
 
Bu barədə çeçen KİV-ləri və BƏƏ-nin Al Bayan agentliyi məlumat yaymışdı.
 
"Fondun məqsədi kredit götürməyə gücü çatmayan gənclər və iş adamları üçün fərdi kommersiya layihələrini dəstəkləməkdir. Çörək və ya toxuculuq sexi üçün. 10 min dolları onlar geri qaytarmadan ala biləcəklər ", - deyə Sabsabi aydınlıq gətirib.
 
Çeçenistanda biznesi dəstəkləmək məqsədilə Xəlifə Fondu 50 milyon dollar ayırmağa hazırdır.
 
Sabsabinin sözlərinə görə, fondun həcmi 10 il ərzində 300 milyon dollara yüksələ bilər.
 
Müqayisə üçün bu, Çeçenistanın illik büdcəsinin təqribən üçdə biridir.
 
Nizamnamə kapitalı 10 min rubl (Rusiyada hüquqi şəxsin qeydiyyatdan keçməsi üçün minimal məbləğ) olan fondun direktoru Kadırovun bacısı oğlu Adam Çerxiqovdur.
 
BBC rusca xidmətinin Xəlifə Fonduna sorğusu cavabsız qalıb.
 
Yaxın Şərq səxavəti harada bitir
 
Hazırda Çeçenistanda həyata keçirilən məhşur layihələrindən biri "Əhməd-Tower" qülləsidir.
 
Bu, Kadırov üçün xüsusi layihədir.
 
102 mərtəbə yüksəkliyində olan nəhəng kompleksdə ofislərlə, yaşayış mənzilləri və mehmanxanalarla bərabər Əhməd Kadırovun adına muzey də olacaq.
 
Tikintinin təməlqoyma mərasimi 2013-cü ildə təntəli şəkildə keçirilib.
 
Lakin tikinti 2016-cı ildə başlayıb.
 
Göydələn Avropada ən yüksək bina olmalıdır.
 
Bu tikinti 1 milyard dollara başa gələcək.
 
Lakin görünən odur ki, hələki bu layihə üçün sərmayə qoyan tapılmayıb.
 
"Qafqaz.Realiyi" yazır ki, elə bu səbəbdən də layihənin uzun müddətli tikinti halına çevrillməsi təhlükəsi var.
 
Çeçenistanın İqtisadi İnkişaf Nazirliyi BBC-nin sorğusunu cavablandırarkən respublikada xarici maliyyənin köməyilə həyata keçirilən layihələr arasında "Əhməd-Tower"-in adını çəkməyib.
 
Qroznının meri Müslim Xuçiyev dəfələrlə bəyan edib ki, "Əhməd-Tower"-in tikintisinə büdcədən bir qəpik də xərclənməyəcək.
 
Lakin o, layihənin rəsmi investorunun adını çəkməyib.
 
Ötən ilin dekabr ayında Kadırov İnstagram-dakı səhifəsində , "Əhməd-Tower" layihəsinin Əbu-Dabi İnkişaf Fondunun prezidentii Məhəmməd Əli Mübarəkin başçılıq etdiyi BƏƏ investorlar qrupuna təqdim edildiyini yazıb.
 
Lakin razılaşma barədə rəsmən elan edilməyib.
 
"Biz arzulayan hər kəsə ora sərmayə yatırmağa icazə veririk. Lakin heç harada əli uzanıqlı gəzmirik, çünki təklif çoxdur.
 
Biz indi elə bir şəraitdəyik ki, bizim seçmək imkanımız var ", - layihədə xarici investorların olması barədə sualı cavablandıran Alvi Kərimov bildirib.
Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov RNS-ə açıqlamasında həmçinin Avropadan olan investorların da layihəyə daxil ola biləcəyini bildirib.
 
Lakin nazirin Şimali Qafqaz məsələləri üzrə birinci müavini Odes Baysultanov portala açıqlamasında Qazaxıstandan olan investorların layihə ilə maraqlandığını söyləyib.
 
Lakin hələ ki, bu sövdələşmələr barədə elan edilməyib.
 
Hər iki layihəni həyata keçirən Moskva və Qroznıda yaşayış binalarının inşası ilə məşğul olan Rusiyanın "Smart" şirkətlər qrupudur.
 
Ziyad Sabsabinin sözlərinə görə, layihəni də elə həmin EMAAR həyata keçirir, amma mühəndislər "iməclik kimi pulsuz işləyiblər".
 
Ərəb şirkətlərinin bu layihədə iştirak etməsində rəsmən yalnız Eagle Hills-in tikinti məsləhətçisi olması məlumdur və otel kompleksinin idarə olunması müqaviləsi EMAAR Hospitality Group-un bir hissəsi olan "Address Hotels + Resorts" ilə imzalanıb", - Smart qrupdan BBC-yə bildiriblər.
 
Ötən ilin yayında Çeçenistan az qala potensial sərmayəçidən məhrum olurdu.
 
Avqust ayında Qroznıda islam konfransı keçirilirdi.
 
Burada fitva qəbul edilmişdi.
 
Bu qərara əsasən sələfiliyin (Səudiyyə Ərəbistanı məhz bu ideologiyaya riayət edir) davamçıları "təhlükəli təriqət" adlandırılmışdı.
 
Bundan sonra Səudiyyə Ərəbistanı kralı İnquşetiya başçısı Yunus bəy Yevkurovu qəbul edib.
 
Onun arxasınca səfərə gələn Kadırovla görüşə şahzadələrdən birini göndərib.
 
Nəticədə 2017-ci ilin oktyabrın 5-də, doğum günündə Ramzan Kadırov Putinlə Moskvaya rəsmi səfərə gələn kral Salmanın görüşünə getdi.
 
Kadırovun doğum günü şərəfinə keçirilən bayram tədbirləri Çeçenistanda günün birinci yarısında özü olmadan keçirildi.
 
Növbəti gün Kadırov yenidən Moskvaya qayıtdı və kralla çoxdan gözlənilən görüş baş tutdu.
 
Məhz bu görüşdən sonra Ramzan Kadırovun Yaxın Şərq ölkələrinə səfərləri başladı.
Kadırovun Səudiyyə Ərəbistanı elitası ilə layihələrin maliyyə cəhətdən dəstəklənməsi barədə razılığa gəlib-gəlmədiyi məlum deyil.
 
Ölkənin suveren fondları 2018-ci ildən başlayaraq Çeçenistan ərazisindəki layihələrə on milyonlarla ABŞ dolları sərmayə qoymağa hazırlaşırlar.
 
Bu barədə TASS agentliyi Çeçenistan hökumət başçısının müavini Həsən Hakimova istinadən Səudiyyə Ərəbistanı kralı Səlman bin Abdul Əziz Əl Saudun ötən ilin oktyabr ayında Rusiyaya səfəri ərəfəsində yayıb.
 
Lakin səfərdən sonra nə Çeçenistan hakimiyyəti, nə də Səudiyyə Ərəbistanı konkret layihələr barədə danışmayıb.

Ziya Məmmədovun acı taleyi və yaxud aşına tökdükləri qaşığına çıxan nazir haqqında bir neçə söz

ziya ucar.jpg

ARaz.az-a qafqaznews-dən daxil olan məlumatda deyilir ki, ötən ilin payız aylarından bəri, Ziya Məmmədov və onun nazirliyinin necə “deqradasiya”ya uğramasının şahidi oluruq. Minlərlə nazirlik işçisi ixtisara salınır, yüzlərlə əməkdaş isə “öz hesabına məzuniyyət”ə göndərilir… Əvvəlcə, Nəqliyyat Nazirliyinin səlahiyyətləri və bəzi qurumları əlindən alındı, daha sonra isə Ziya Məmmədova bağlı şirkətlərin bir-bir bağlanması, ya da vergi yoxlamalarına məruz qalması haqda xəbərlər gəldi. Vergilər Nazirliyi “Qarant sığorta”, “Avtomobil Yük Daşımalarının təşkili” MMC kimi şirkətləri ləğv etdi. Bu günlərdə isə Ziya Məmmədovun Göyçaydakı villasını milyarder Fərhad Əhmodovun bacısına satması barədə məlumat dərc olunmuşdu.
Hətta “Azəryolservis”dən yaxın adamlarının, o cümlədən, qardaşının kürəkəni olan Cəmil Rüstəmxanlının da çıxdaş olunması saytları “bəzədi”. Düzdür, bu xəbərlər arasında bəzi “dezo”lar da oldu: ay Ziya Məmmədovu tutdular, ay əmr imzalanıb… Amma Ziya Məmmədov hələ də kabinetində oturub. Və istədiyi vaxt katibəsinə zəng edib özünə çay, qəhvə, hətta viski də sifariş edə bilər. Bəs başqa? Deyəsən, daha heç nə… Bəs hardadır o qoçular? Qohumunu, qonşusunu hardasa düşürdüb-mindirən istənilən sürücünü boğmağa hazır olan həmin qoçular sevimli nazirlərinə arxa çıxmayacaqmı? Onu şərdən, xəta-bəladan, mətbuatın hücumundan qorumayacaqmı? “Aləm gözəl, dünya gözəl” deyib dingildəyən gözəlçələr də məmmədovlardan üz döndərdimi?.. Sən dövlətin, kasıb-kusubun pulunu ailə biznesinə, dəbdəbəyə, əyləncəyə, özünüreklama xərcləyəcəksən… Bəs sonra? “Sonra”sı haqqında bir az sonra danışarıq.
Qayıdaq yazının əvvəlindəki “deqradasiya” söhbətinə. Məsələ ondadır ki, bu nazirlik elə Ziya Məmmədovun nazir təyin olunduğu gündən deqradasiya, aşınma dövrü yaşayır. Böyük layihələri qardaşının-oğlunun şirkətlərinə gördürən, bir yolu 5 dəfə söküb-tikdirən, gördüyü işlərdən birinə görə də cəmiyyət tərəfindən alqışla qarşılanmayan Ziya Məmmədov indi aşına tökdüklərini qaşığında görməyə başlayıb. Hətta bəziləri haqlı olaraq gözləyirlər ki, Ziya Məmmədov “son nəqliyyat naziri” kimi tarixdə qalacaq. Yəni, bununla da Ziya Məmmədov gedəcək hansısa xarici ölkəyə, ən yaxşı halda vaxtını nəvələri ilə  oynamağa sərf edəcək.

Məncə, bu, Ziya Məmmədova daha çox yaraşardı. Fərsiz nazir olmaqdansa, işsiz baba, ailə ağsaqqalı olmaq, bir guşəyə çəkilib memuarlar yazmaq daha yaxşıdır. Təxminən 3 il bundan əvvəl 3 hissədən ibarət “İki lokomotivçi Məmmədovun taleyi” adlı yazı yazmışdım,ancaq o yazıda Ziya Məmmədovu tənqid və ya təhqir etməyib, hətta onu qəhrəman obrazında ictimaiyyətə təqdim etmişdim. O vaxt bunu ona görə etmişdim ki, Ziya Məmmədov digər Məmmədovu (Vahid Məmmədov) işdən qovsa da, 8 ildən sonra ona yenidən vəzifə verib, bu cür hərəkəti ilə ona qarşı vaxtı ilə etdiyi günahları Tanrı qarşısında yumaq istəyib.Düzdür, nazir köhnə dostu Vahidi “məhv” etdikdən 8 il sonra onu nazirliyə şöbə müdiri gətirib, amma yaşanılanlar bir film kimidir…

Oxuculara da maraqlı gələr. Təxminən 1996-cı ildə Ziya Məmmədovun Azərbaycan Dəmir yolu idarəsinin rəisi təyin olunandan sonra ikinci Məmmədov, yəni Vahid Məmmədov o vaxtlar Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin (hazırkı “ Azərbaycan Dəmir Yolları” QSC) tərkibində fəaliyyət göstərən Bakı Dəmiryolu Hissəsinin rəisi vəzifəsində çalışırdı. Hətta Vahid Məmmədov Ziya Məmmədovla birlikdə cavanlıq illərindən üzü bəri lokomotiv deposunda maşinistlikdən fəaliyyətə başlamışdılar. Və Ziya Məmmədov Dəmiryolu İdarəsinin rəisi vəzifəsinə təyin olunan kimi, Vahid Məmmədov Bakı hissəsinin rəisi vəzifəsinə aid bütün səlahiyyətlərini itirməyə başladı.
Yəni ,bir sözlə, Vahid Məmmədov Bakı hissəsinin rəisi qalsa da, Ziya Məmmədov tərəfindən demək olar ki, hər gün yeni əmrlər imzalanırdı ki, Vahid Məmmədovun rəhbərlik etdiyi Bakı hissəsinin tərkibində olan idarələr Bakı hissəsindən ayrılaraq Azərbaycan Dəmiryolu idarəsinin tərkibinə keçirilsin. Axırda Ziya Məmmədov Bakı hissəsi ilə bağlı o qədər əmr imzaladı ki, Vahid Məmmədov xidməti otağında səlahiyətsiz, katibə və xidməti avtomobilinin sürücüsü ilə tək-tənha qaldı.

Tək-tənha deyəndə Ziya Məmmədovun indiki vəzifədə olan durumu yadıma düşdü. Deyəsən, indi nəqliyyat sektorundakı vəziyyət də Vahid Məmmədovun durumuna bənzəmək üzrədir…
Oxucuların nəzərinə çatdırım ki, o vaxtlar Azərbaycan Dəmiryolu İdarəsinin tərkibində fəaliyyət göstərən Bakı hissəsinin səlahiyyətləri bir nazirliyin səlahiyyətləri qədər idi. Və “qurum içində qurum” olmasına baxmayaraq, yetərincə muxtar şəkildə idarə olunurdu. Bakı Hissəsinə rəis keçmək çox lokomotivçinin arzusu idi.
Yəni, o illər Bakı Hissəsinin tərkibində dəmiryol xətti ilə Şimaldan – Yalama dəmir yolu stansiyasından tutmuş Astara və İmişliyədək dəmir yoluna nə aiddirsə, hamısı Bakı hissəsinin tabeçiliyində iydi. İndi də Ziya Məmmədovun bu günkü durumuna baxanda, 90-cı illərdə Vahid Məmmədovun başına gətirilənlər yada düşür.
Bir vaxtlar kiminsə əlindən səlahiyyətlərini alanda qərək gözünün qarşısına gətirərdin ki, vaxt gələcək mənim də səlahiyyətlərimi alacaqlar ,özü də lap Vahid Məmmədov kimi səlahiyyətsiz xidməti otaq, katibə və xidməti avtomobilin sürücüsü ilə təkbətək qalacam. O, vaxtilə, ona vəzifəyə gəlməkdə köməklik edən tanınmış biznesmen Bəhram Yaradanquliyevə qarşı da belə etmişdi. Ancaq o illər Bəhram Yaradanquliyev yaxşı dostlarının hesabına və kasıb camaata komək etdiyinə görə, Ziya Məmmədovun qara piar kampaniyasından və o vaxtkı durumdan salamat qurtara bildi. Ancaq Ziya Məmmədovun bu durumdan salamat qurtarma məsələsi, hələ ki, sual altındadır. Hələ gözləyirik… Hörmətli nazir də gözləyir. Təntənə ilə təqaüdə göndəriləcəyi o gözəl günü. 

16 -dən səhifə 27

Əlaqəli xəbərlər