Professor İlham Rəhimovun elmi əsərləri Aİ-nin aparıcı hüquq mərkəzi tərəfindən qiymətləndirilir

1515753536_ilham-rhimov-1-1024x734.jpg

Araz.az tezadlar.az-a əsasən xəbər verir ki, «Xaricdə tanınan elmi dərəcə və elmi rütbə sahiblərinə həmin dövlətdə əldə olunan müvafiq elmi dərəcə və elmi rütbəyə müvafiq akademik və peşəkar hüquqlar verilir".Bu barədə Echo.az-a hüquq doktoru, professor Kamil Səlimov bildirib. «Təəssüf ki, Azərbaycan xarici ölkələrdə tanınmış azərbaycanlıların uçotunu aparmır. Yəqin ki, öz müstəqilliyini yaxın vaxtlarda qazanmış bir ölkə üçün bu fakt yüksək nüfuzun göstəricisidir» - deyə o qeyd edib. 
Onun sözlərinə görə, məşhur hüquqşünas, hüquq elmləri doktoru, professor İlham Rəhimovun son dövrlərə aid bir sıra əsərləri yalnız Azərbaycanda yox, eləcə də xaricdə əldə edilib və Maks-Plank (Almaniya Federal Respublikası) adına Xarici və Beynəlxalq Cinayət Hüququ İnstitutunun vahid standartlaşdırılmış kataloquna daxil edilib. 
«Bu təşkilat təkcə Avropa İttifaqında deyil, bütün dünyada aparıcı elmi-tədqiqat mərkəzidir. Mən üçüncü ildir, bu institutun təqaüdçüsüyəm və xüsusi proqram üzrə Almaniya hökuməti tərəfindən maliyyələşdirilən bu qurumun kitabxanasında işləyirəm", - deyə Səlimov bildirib.
«Avropa İttifaqının cəza təyin edilməsi, cinayətin qarşısının alınması sahəsində dünyanın aparıcı araşdırma mərkəzləri ilə tədqiqatların əlaqələndirilməsi sahəsində cinayət siyasəti bu institutda həll edilir. O cümlədən beynəlxalq cinayət hüququ, kriminoloji problemlərlə bağlı beynəlxalq hüquqi normaların kolliziyalarının izahı, cinayətkarlığın profilaktikası və onunla mübarizə tədbirləri həm Avropa Birliyi çərçivəsində, həm də dünya səviyyəsində bu institut tərəfindən hazırlanır. Həmyerlimiz, professor İ.Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi", "Cəzanın mənəvi cəhətləri haqqında", "Cəzanın əxlaqiliyi haqqında" və digər əsərləri İnstitutun vahid standartlaşdırılmış kataloquna daxil edilib», - deyə o bildirib. 
Professor İlham Rəhimovun elmi əsərləri Aİ-nin aparıcı hüquq mərkəzi tərəfindən qiymətləndirilir
Səlimovun sözlərinə görə, bu böyük və kompleks bir işdir, çünki bu fənlərarası səviyyədə tədqiqatlarla əlaqəlidir və tarix, fəlsəfə, cinayət hüququ, kriminologiya, beynəlxalq hüquq, ilahiyyat, psixologiya, psixiatriya sosiologiya və s əsaslanır. Axı fənlərin hər birini bilmədən fənlərarası problematikanı şərh etmək mümkün deyil. 
«Səciyyəvidir ki, qeyd olunan əsərlər sadəcə olaraq Azərbaycan dilində deyil, rus dilində də nəşr edilib, müvafiq olaraq postsovet məkanının bir çox tədqiqatçılarına, əvvəllər sosialist adlandırdığımız ölkələrin rusca işləyən elm adamlarına yaxşı tanışdır. Kitabların Almaniya, İngiltərə və digər Aİ ölkələrində ingilis və alman dillərində nəşr olunması azərbaycanlı alimdən böyük məsuliyyət tələb edir. Amma eyni zamanda bu, millətimiz üçün qürurvericidir", deyə o bildirib. 
Onun sözlərinə görə, alman mütəxəssislər sözügedən tədqiqatları mütəmadi olaraq öyrənir. Yeni əsərlərlə tanış olduqdan sonra onlar əsərlərində müəyyən fikirlər yürüdürlər. "Onların arasında filosof Yurgen Habermas da var. Mən bu institutda olduğumdan öz həmvətənim professor I.Rəhimov haqqında Avropadakı məşhur alimlərdən olan E. Çiklauri-Lammiç, Hans-Jörg Albrext, Ulrix Ziber və başqalarından müsbət sözlər eşitdiyim üçün sevinmişəm. Bizim əlaqələrimiz məhsuldardır və ümidvaram ki, yeni 2018-ci ildə onları davam etdirəcəyik" – deyə o qeyd edib. 
Səlimov deyib ki, bu institut müstəqil bir qurum deyildir. O, Maks Plank Cəmiyyətinin (Almaniyada uğurlu tədqiqat təşkilatı) bir hissəsidir.
"1948-ci ildə qurulduğu gündən onun sıralarından ən azı 18 Nobel mükafatı laureatı çıxıb. İnstitut dünya səviyyəsində ən yaxşı və ən nüfuzlu tədqiqat institutları ilə bir cərgədə dayanır. Dünyanın tanınmış elmi jurnallarında hər il 15 mindən çox yazının çıxması mühüm elmi tədqiqat işlərinin sübutudur", - deyə Səlimov bildirib.
«Bu faktlar üzərində təfərrüata varmağım təsadüfi deyil. Azərbaycanda çoxlu istedadlı gənclər var. Respublikada onların irəliyə getməsi və peşəkar inkişafı üçün hər cür şərait yaradılıb. Amma burada təhsil və elm mühüm rol oynayır. Azərbaycanın imici xaricdə çox yüksək səviyyədə təqdim olunur. Əsas odur ki, gənclərimiz bundan istifadə etsin və öz istedadları ilə Avropada cəsarətlə yerlərini tutsunlar", - deyə o yekunlaşdırıb.

"BAŞ REDAKTOR SÖZÜNÜ O QƏDƏR UCUZLAŞDIRIBLAR Kİ..." - BAŞ YAZARDAN ETİRAZ

2987.jpg

Elçin Mirzəbəyli:"...Adam adının yanında bu titulun qeyd olunmasına utanır"

"Mətbuata heç bir aidiyyəti olmayan, baş redaktor sözünün çəkisini, mahiyyətini anlamayan, bu sözə nəinki layiq, hətta yanından keçə bilməyən adamlar bu adla təqdim edilir" 

Araz.az sher.az-a əsasən xəbər verir ki, "Ənənəvi mətbuatda jurnalistlərin, redaktorların qeyri-peşəkarlığı ilə bağlı problemlər demək olar ki, ortaya çıxmır”.
 Bunu "Sherg.az”a Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. 
 O qeyd edib ki, "Xalq Cəbhəsi” qəzetinin əməkdaşlarının önəmli qurumların mətbuat xidmətlərini, ekspertləri səhv salacağını təsəvvür edə bilmir:
 "Baş redaktor sözünü o qədər ucuzlaşdırıblar ki, adam adının yanında bu titulun qeyd olunmasına utanır. Çox hallarda mən özümü sadəcə Elçin Mirzəbəyli kimi təqdim edirəm. Çünki mətbuata heç bir aidiyyəti olmayan, baş redaktor sözünün çəkisini, mahiyyətini anlamayan, bu sözə nəinki layiq, hətta yanından keçə bilməyən adamlar bu adla təqdim edilir. Görünür, bəzən onlar qəbul olunur. Baş redaktorluq, redaktorluq, jurnalistlik həddən artıq böyük məsuliyyət daşıyan statusdur. Bu sahədə hüquqi tənzimləmələrə ehtiyac var.
 Birmənalı qərar vermək lazımdır. Hüquqi şəxs kimi qeydiyyatdan keçməyən, məsuliyyət daşımayan, peşəkarlığın prinsiplərinə uyğun gəlməyənlər media qurumları hesab oluna bilməzlər. İrəli sürülən şərtlərlə bağlı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) indiyə qədər qəbul etdiyi çox uğurlu qərarlar var. 
 Bunlar yazılı mediaya tətbiq olunur. Amma internet mediaya da müəyyən şərtlər qoyulmalıdır. Ən azı bu qurumların, ümumiyyətlə, peşəkar fəaliyyət göstərmək üçün ofisləri, ştatları olmalı, çalışan işçilər, onların fəaliyyəti göstərilməlidir. Ciddi strukturlar bunu nəzərə alacaq. Bir nəfər "komanda” ilə çalışan, səyyar media fəaliyyəti ilə məşğul olanlar isə şərtləri təmin etməli olacaq. Həmin internet media resursları hüquqi şəxs kimi qeydiyyatdan keçərkən bütün bunlar nəzərə alına bilər.
 Domen adlarının verilməsi zamanı da bu prinsiplərə əməl etmək lazımdır. Hüquqi şəxslər, dövlət qurumları, şirkətlər sayt açarkən rəsmi qaydada müraciət edib, domeyn alır. Öz fəaliyyətlərini Kütləvi İnformasiya Vasitəsi kimi elan edənlərə də bu şərtlər qoyulmalıdır.
 Başqa cür yolu yoxdur. İctimai qınağın effektli olmayacağı artıq təsdiq edilib. Hüquqi tənzimləmələrə ehtiyac var. İnternet media ilə bağlı sərhədləri müəyyənləşdirməyin vaxtı çatıb. Çünki biz özümüz də bundan əziyyət çəkirik”.
 Qeyd edək ki, son illər ayrı-ayrı dövlət qurumlarının mətbuat xidmətləri bəzi jurnalist və redaksiyaları qeyri - peşəkarlıqda ittiham edirlər. Bildirirlər ki, mətbuatda heç bir məqalə ilə çıxış etməyənlər hansısa elektron media quruluşa baş redaktor təyin olunur ki, onun da əzab-əziyyətini həmin dövlət qurumları çəkir. Ona görə ki, həmin "baş redaktor" əməkdaşlarına doğru-düzgün istiqamət verə bilmir. Nəticədə müxbir sualını aidiyyəti olmayan qurumların mətbuat xidmətləri və ya ekspertlərinə ünvanlayır ki, sonda arzuolunmaz mənzərə meydana çıxır.    

Onkoloji Klinikada amansız "zəlzələ səhnəsi" - VİDEO - YENİLƏNİB

Copy of WhatsApp Image 2017-09-17 at 13.56.00.jpegŞikayətçi: "Narazılıqlarımı Əhliman Əmiraslanova da çatdırdım. Baş həkim Nəsimi Qasımova iradlarını bildirib, göstərişlərini versə də...”


O müdhiş 1988-dən üzübəri, əksər qaçqın və məcburi köçkünlərimiz kimi, doğma el-obasından didərgin düşən Qərbi Azərbaycan kökənli Lalə Əmrah qızı Mustafayevanın da başı bəlalardan uzaq olmayıb. Ən betəri odur ki, doğma Hamamlı (indiki Spitak -red.) bölgəsində baş verən o amansız zəlzələ fəlakətini yaşayıb. Doğma kəndi Qursalıda min bir əzab-əziyyətlə qurduqları ata mülkünün yerlə-yeksan olma səhnəsinin dəhşətini öz gözləriylə görüb. Daşnaq rəzalətinin ata ocağından perik saldığı didərgin qohum-qonşularının ah-nalələrini öz qulaqlarıyla eşidib.

Onun adı Yusifdir…

 

yusif_rzayev0-.jpg

Jurnalist Yusif Rzayevin 50 yaşı tamam olur. Yusif Rzayev 1968-ci il yanvarın 12-də Ağcabədinin Rəncbərlər kəndində anadan olub. Orta məktəbi Ağdamda bitirib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Ədalət” (müxbir), “Müxalifət” (müxbir, şöbə müdiri), “Respublika” (baş redaktor) qəzetlərində çalışıb. “525-ci qəzet”in ilk redaktoru olub. Hazırda həmin nəşrdə baş redaktorun birinci müavinidir. Evlidir, iki oğlu var.

Telefonumda adı rəqəmlə gedir – 525. Amma 525 rəqəmi “525-ci qəzet”in ilk redaktoru Yusif Rzayevi nişan verən yeganə rəqəm deyil.

2-dən başlayaq. 1985-ci ildə 17 yaşlı Yusifi Xalq Təsərrüfatı İnstitutunun binasından sevinə-sevinə çıxan yerdə, imtahan həyəcanından üzülmüş doğmalarına sarı qışqıran görüblər. İki barmağını başının üstünə qaldırıb “İki!!!” deyə qışqırıb – yəni imtahandan 2 aldım, kəsildim.

Atası Məmməd kişi riyaziyyatı su kimi içən oğlunun mühasib olmasını (onun sənətini davam etdirməsini) çox istəyirmiş. Evdə qırğın gedib sənədləri hara vermək üstündə. Oğul Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsi deyib, ata Xalq Təsərrüfatı İnstitutu. Atanın dediyi olub. Ancaq Yusifi rəqəmli sənətə – mühasibliyə sürüyən yolu 2 rəqəmi bağlayıb. Coğrafiya imtahanından kəsilib.

1020. Bu, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində Yusifin oxuduğu qrupun – I kursun nömrəsidir. Həmin qrupda oxumaq mənə də qismət olub. Bir partada oturmuşuq.

I kursu bitirəndən sonra Yusif 1020-ci qrupdan ayrıldı. Əsgərliyə getdi. Amma araya düşən ayrılıq onu parta yoldaşından heç ayırmadı. 26-cı ildir birgəlik davam edir və Yusifi nişan verən ən azı 26 rəqəm bilirəm.

Həmin rəqəmlərin başında 525 gəlir.

1992-ci ildə Rəşad Məcidin təsisçiliyi, Yusifin redaktorluğuyla yaradılan qəzetin adı rəqəmsiz də ola bilərdi. Amma ürəyə yatan adların hamısı zəbt olunmuşdu. Çıxmasa da, o adda qəzetlər vardı. Ad axtarışı davam edən zaman bilindi ki, indiyəcən 524 yazılı nəşr qeydiyyatdan keçib. Bir anda qərar verildi – “525-ci qəzet”.

Populyar nəşrlərdə anonsu gedən təzə qəzetin adını lağa qoyurdular. Hələ universitet tələbəsi olan bir redaktorun qəzet buraxa biləcəyinə inanmayanlar da vardı. Amma mən Yusifin qəzet buraxacağına, özü də yaxşı qəzet buraxacağına inanırdım.

Məni pərt eləmədi. Ağız büzənləri mat qoydu. Elə birinci nömrədən – 17 noyabr 1992-ci ildən. “525” ilk sayından əl-əl gəzən qəzet oldu.

Bir göz qırpımında populyarlaşdırdığı qəzetindən ayrılmağı da olub. 1993-cü ildə dostlar onu Nazirlər Kabinetinin qəzeti olan “Respublika”ya baş redaktor apardılar. Yaxınlarından yalnız bir nəfər israrla “vəzifənin böyüməsinə” qarşı çıxdı. Mən. “Öz qəzetini qoyub Pənahın qəzetinə niyə gedirsən?” deyirdim (baş nazir postunu dostumuz Pənah Hüseyn tuturdu).

Yusif “Respublika”nı da yaxşı buraxdı, amma hələ də o fikirdə qalıram ki, o zaman nahaq məni eşitmədi.

İndi də qarşısında çox vaxt məni görür. Əvvəl-əvvəl danlaqlara “Sən öl, sənin adını telefonumdan silərəm!” deyib kükrəyir. Az sonra kövrəlib “Saa qurban olum” deyir.

İpə-sapa yatmasa da, ondan imtina etmək mümkün deyil. Çünki Yusif çox diri adamdır.

Cavanlığında gözəl şeirlər yazıb. Yaxşı şeir deməyi indi də var. Jurnalist kimi də özünü çoxdan təsdiq edib. Yusif Azərbaycan mətbuatına fərqli üslub, fərqli intonasiya, fərqli dizayn gətirmiş qəzetçidir. Özü də bu işi cəmi 24 yaşında görmüş qəzetçi. Bunu gərək deyəsən, bilməyənlər bilsin, unudanlar xatırlasın.

Zarafatlarından da heç olmaz. 1020-ci qrupun qapısında çalınan ilk toyda elədiyi zarafatı xatırlayıram. 1991-ci ili. Ələsgərin toyunu. Şəmkirin Çaparlı kəndini.

Bəy tərifi gedirdi. Tamada orta məktəbdə Ələsgərə ədəbiyyat dərsi demişdi. Başladı, nə başladı:

– Ələsgər – kəndimizin fəxri! Ələsgər – elimizin dirəyi! Ələsgər – bizim ürəyimiz!

Tamada bəyə tərif yağdırır. Ağzınacan dolu olan mağar vəcdə gəlib. Hətta gözü dolanlar var.

Bu təntənəni Yusifin qəfil atmacası pozdu:

– Qardaş, sən hansı Ələsgərdən danışırsan?!

Bəy tərifi getdi işinə. Bayaqdan sel kimi guruldayan tamadanın dili topuq vurmağa başladı, Ələsgərin toyunacan bəlkə min dəfə əzbər dediyi şeirlərdə çaşdı, biabır oldu.

Həmin toyda baş verən rəqəmli bir hadisəni də nəql edim.

Çaparlı kəndindən üç oğlan əllərində kart meydan oxuya-oxuya gəlib düşdülər tələyə. Oyun başlayanda Yusif məni yanında oturtdu:

– Amma xahiş eləyirəm mənim işimə qarışma (çox zaman “xahiş eləyirəm”i əmr formasında deyər).

Dəqiqələr keçir və məni həyəcan, əsəb boğurdu, çünki Yusif uduzurdu. Başladım dümsükləməyə. Yəni nə qədər gec deyil, çıx aradan. Üzünü bozartdı:

– Mənim işimə qarışma!

Az sonra nələr oldu…

Kart paylanır, oyun gedir, pul ortalıqda qalaqlanır, şərik oynayan şəmkirlilər baxışırlar (yəni kimin əlində nə xal var), ikisi yatır (yəni oyundan çıxır), biri qalır.

Kartlar açılır.

Şəmkirli: 29!

Yusif: 30!

Yenə pul ortalıqda qalaqlanır. Şəmkirlilər baxışırlar, ikisi yatır, biri qalır.

Kartlar açılır.

Şəmkirli: 30!

Yusif: 31!

Bütün rəqəmləri rəqəmlə vurdu…

Hər dəfə ortalıqdakı pulu siyirəndə mənə göstəriş verdi:

– Dəstələ!

Hər uduşdan sonra məndən soruşdu:

– Qaqaaa, bu kəndin adı nədir?

– Çaparlı!

Bu kinayəli sual-cavabın ardından hər dəfə necə güldüsə, axırda az qaldı dava düşsün…

Udduğu pula bütün dostların əvəzindən toya nəmər yazdırandan sonra getdik bəy tərifinə. Bəy tərifində də həmin hadisə baş verdi.

Dostlar onun zarafatlarına hər dəm dözməsə də, belə şeyləri ona keçir. Çünki Yusif çox doğmadır.

“525-ci qəzet”də maaşını istəyən işçiyə “Nə maaş, ayın 3-dür hələ, heç prezident də maaşını almayıb” deyə bozaran Yusif elə həmin “525-ci qəzet”də maaş günü “sobrazim”lə qurulan məclislərdə müxbirlərin əvəzinə çox pul verib. Bir dəfə yox, dəfələrlə.

Dost məclislərini onsuz təsəvvür eləmək çətindir. Bu məclislərdə iki dost birdən dillənərik:

Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi.
Başdaşımı bəsdi basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama…

Heyf ki, daha şeir yazmır. Amma nə yaxşı ki, Ramizin şeirlərini hələ də əzbər deyir:

Deyəsən, ləngidin yenə,
    sevgi səni haxladı.
Yollarını dörd tərəfdən bağladı.
İndən belə bu sevgidi
     suyun da, çörəyin də.
Sünbül kimi ürəyində
     bu sevgi dən bağladı.

Onun bir sözü var:

– Noolar, maa döz…

Necə dözməyim? 43-ü ondan əvvəl yola saldım, 44-ü ondan əvvəl qarşıladım. Onun 44-ü indi gəlir. Bu 44 ilin yarıdan çoxunu birgə olmuşuq. Biz də bir-birimizə dözməsək, kim bizə dözər? Qanımız axıb göllənər, qan dəryasında boğularıq.

O, yoxluqlar çəkən, yoxluqların qanında üzən dostuna çox dözüb.

Mən də dözürəm.

Çünki o, Yusifdir…

Hikmət SABİROĞLU
5 yanvar 2012-ci il

Araz.az saytının kollektivi də , Yusif bəyi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, yaradıcılığında uğurlar arzulayır!

Soyuq ellərdə isti Azərbaycan havası

dddddddddddddd.jpg

Araz.az xudaferin.eu-ya istinadən xəbər verdiyi məlumatda deyilir ki, buralar çox soyuqdur. İsveçdə bəzən havanın tempraturu qışda -15, -20 dərəcə olur. Yuxarıda Şimali Laplandiyada isə havalar bəzən lap - 45 dərəcəyə qədər azalır. İnsanları xoşgörülü, səmimi və humanistdirlər. Əlbəttə ki, son zamanlar burada da əcnəbilərə, xüsusilə də müsəlman toplumuna qarşı fobi artıb. Onun da təbii ki, bir çox nədəni. Ən son ötən il aprel ayında İsveçin paytaxtı Stockholmun mərkəzində törədilən terror aktı insanlarda, cəmiyyətdə migrantlara qarşı xofun bir az da artmasına vəsilə oldu.
İsveçin siyasəti humanizm və tolerantlıq üzərində qurulub. Burada bir çox sayda etnik dərnəklər, onları birləşdirən çətir birliklər fəaliyyət göstərir. Hətta iki ildən çox fəaliyyət göstərən, sayı min nəfərdən artıq və İsveçin 3 şəhərindən olan dərnəklərin çətir birliklərinə, yəni Federasiyalara dövlət müəyyən qədər maddi yardım da edir. Əlbəttə maddi yardımı alan təşkilatların çoxunun rəhbərliyi bu vəsaiti mənimsəyir də. Amma belə hallar olduqda əsasən Federasiyaların tərkibində olan dərnəklər buna etiraz edərək yeni idarə heyətinin seçilməsinə nail olurlar. Bizim Azərbaycan toplumunun da iki belə federasiyası var. Amma təəssüf ki, bizim toplum onların fəaliyyətsizliyinə biganə münasibət göstərirlər. Burada da “siyasətlə məşğul olmuruq” deyə yaxamızı kənara çəkirik. Hətta İsveç dövlətindən artıq ikinci ildir ki müəyyən qədər maddi yardım alan bir təşkilatımızın fəaliyyəti heç görünmür və onların faktik sayı 5-6 nəfərdən ibarətdir.

Amma Azərbaycan Konqresi adına iddia edirlər. Nəysə... Bunlarla vaxtınızı çox almaq istəmirəm. Yuxarıda da yazdığım kimi bura soyuq ölkədir. Bizim burada isti münasibətə daha çox ehtiyacımız var. Havalar qışda günorta 15.30 da qaralır. İnsanlarımız çox zaman işdən evə, evdən işə gedirlər. Əyləncəyə- filana heç vaxt da olmur. Bizim əyləncə mədəniyyətimiz də İsveçlilərdən fərqlidir. Məsələn cümə-şənbə günləri isveçlilər, kişilər xanımları və dostları ilə pivəxanalarda, barlarda, gecə klublarında daha çox əylənirlər. Bizim toplum əlbəttə ki, daha çox ailəvi, uşaqlarla birlikdə vaxt keçirməyi xoşlayır. Onunçün də heç olmasa ildə 4-5 dəfə kütləvi tədbirlər təşkil etmək və toplumu bir araya gətirmək çox vacibdir. Burada anadan olan uşaqlarımızın da mənsub olduqları ölkənin gələnəklərini bilməsi duyması çox vacibdir.

İsveçdə SAF dərnəyi (sədr Sevda Dadaşova) cəmi bir ildir ki, fəaliyyət göstərir. Amma bu bir ildə iki böyük kütləvi tədbirə imza atıb. Keçən il bu dərnəyin təşkilatçılığı ilə keçirilən Novruz Bayramı haqqında ətraflı yazmışdım. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş “Ana Yurdum” konserti bu dərnəyin gördüyü çox möhtəşəm bir tədbir oldu.

Əvvəla Azərbaycandan gələn müğənnilər gənclər idilər və enerji ilə, coşqu ilə məclisi şənləndirdilər. Çinarə Məlikzadə ölməz bəstəkarımız Emin Sabitoğlunun “Dədə Qorqud” filmi üçün yazdığı və daha çox “İncə bellim” kimi yadda qalan musiqisinə yeni quruluş vermiş və “Ana Yurdum Azərbaycan” adı ilə eksklusiv olaraq ilk dəfə Stockholmda mahnını ifa etdi. Məncə bu musiqi parçası son zamanların ən uğurlu vətənpərvərlik melodiyası kimi yaddaşlara həkk olunacaq. Gənc ifaçılar İlqar Sadıqov və Ceyla Məmmədova məclisi riqqətə gətirirdilər. Bu uşaqlar elə bil 30-40 ildir səhnədədirlər və ortama çox tez hakim ola bilirdilər. Gənc muğam ustası Murad Rüstəmzadə “Qarabağ Şikəstəsini” oxuyanda göz yaşlarımdan kameranın arxasından ekranı görə bilmirdim. Çoxdandır belə kövrəlməmişdim. Təbii ki artıq bir neçə dəfə burada, İsveçdə el şənliklərində və tədbirlərdə iştirak etmiş Sevda Əliverdibəyovanın da şən musiqiləri məclisə rəngarənglik və şövq qatdı. Toplum artıq belə tədbirləri fəallardan dərnəklərdən tələb edir ki, məhz milli törənlərimizi bu yöndə birlik və bərabərlik içində beləcə qeyd edək. Bu həm də bizim uğurumuz sayıla bilər. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramlarını beləcə İsveçdə, qürbətdə qeyd etdik. Məncə ötən illərdən fərqli olaraq, bir millət kimi qürbətdə birlik və bərabərliyimizi beləcə ortaya qoya bildik. Bir millət o zaman böyük başarılara imza atır ki, istər öz ölkəsində, istərsə də qürbətdə birlik nümayiş etdirə bilir. Bu da milli diriliyimizin bütövlüyü deməkdir. Ən çox bu yeni ilin daxil olması münasibətilə məhz bunları dilədim. Hər birinizin yeni ili məhz beləcə dirilik içində olsun.

Xüsusi olaraq Stockholmdan Rahim Sadiqbəyli

17 -dən səhifə 27

Əlaqəli xəbərlər