AZƏRBAYCAN JURNALİSTİKASI: HƏKİMLİKDİR, YOXSA MOLLALIQ

1515520896_veydeddin.jpg

Veydəddin Pirəliyev yazır...

Belə bir mövzuya müraciət etməyim heç də adi istəkdən, yaxud kimi və ya kimlərisə heyrətləndirməkdən, həmçinin Azərbaycan jurnalistikasını “top” atəşinə tutmaqdan və sarkazm yaratmaq irəli gəlməyibdir. Bu sadəcə olaraq bir Azərbaycan vətəndaşının, bir jurnalistin, bir ziyalının harayı, hayqırtısı kimi qəbul oluna bilər.

Araz.az realliqinfi.az-dan əldə etdiyi məluata görə Azərbaycan jurnalistikasının necə və hansı vəziyyətdə olması haqqında uzun – uzadı, geniş danışmağa ehtiyac yoxdur: atalar demişkən: “Görünən kəndə nə bələdçi”. Odur ki, birbaşa qarşıya qoyduğum məqsədə keçid almaq istəyirəm. Ancaq, burda bir məqama xüsusi diqqət yetirmək şərti ilə: azad mətbuat, azad söz nədir? Bu iki söz birləşməsi jurnalistikada mövcud deyilsə, onda əminliklə Azərbaycan jurnalistikasının ölüm duasını oxumaq olar. Əgər jurnalistika ölüdürsə, demək cəmiyyət ölüdür. Əgər cəmiyyət ölüdürsə demək, bütöv bir xalq məhv olub və yaxud yer üzündən silinibdir. Bu aksioma bir daha təsdiq edir ki, azad mətbuat və azad söz jurnalistikanın nəfəs nənbəyidir. Azərbaycan jurnalistikasına qarşı belə bir kəskin reaksiya verməyimin bünövrəsində isə, bu mənbənin olmaması, haqsızlıq və erməni faktoru dayanır.
Bu günlərdə adi bir təsadüf nəticəsində, İnternetdə əslən Junanıstandan olan pianoçu, bəstəkar, aranjirovkaçı, instrumentalist, XX əsrin 80 - ci illərindən zirvəyə doğru imamla irəliləyən “Yanni” qrupunun yaradıcısı Yanni Xirsomallisin musiqi fəaliyyəti və konsert proqramı ilə tanış oldum. Bu musiqiçinin böyük həvəskarı olmasam da, musiqilərinə vaxt tapdıqca qulaq asmağı xoşlayıram. Lakin bu, mənə onun adını daşıyan “Yanni” qruppası ilə yaxından tanıç olmaq üçün heç bir imkan vermirdi. 

Şəxsi marağımdan çıxış edərək, o cümlədən biliyimi zənginləşdirmək məqsədi ilə Yanni Xirsomallisin tərcümeyi halı ilə tanış oldum. Bu tanışlıq məni “Yanni” qrupunun üzvüləri və ifa etduklərə musiqilər ilə yaxından maraqlanmağa sövq etdi, həmçinin maraq dairəmə güc gəldi, birsözlə, mən bundan imtina edə bilmədim. Odur ki, tanışlığımı davam etdirdim. Oxucu auditoriyasını inandırım ki, ilk andaca ağır ruhi sarsıntı keçirdim, sanki bədənim ağır zərbə aldı, orqanizm öz funksiyasını bir anlıq itirdi. Buna səbəb, birinci, musiqinin altında yazılan sözlər (Божественный дудук. Исцеляющие мелодии. Божественная музыка), ikinci, musiqini ifa edənin kimliyi, üçüncü musiqinin çalarları, ritmi, avazı oldu. Musiqinin altında yazılmışdır: “Məftunedici, ecazkar erməni duduku” (Halbu ki, bu Azərbaycan balabanıdır - V. P.). Balabanda musiqini erməni Djivan Qasparyan ifa edirdi. Mən musiqiçi deyiləm və musiqi təhsilim də yoxdur. Ancaq ifa olunan musiqilərin əksəriyyətində Azərbaycan ritmləri, Azərbaycan çalarları, Azərbaycan xırdalıqları hiss olunurdu (Yaxşı olardı ki, Azərbaycanın peşəkar musiqiçiləri buna diqqət yetirsin və öz şərhlərini versinlər). Çox təsirli məqamlardan biri də, ondan ibarət idi ki, Yanni Xirsomallis hər dəfə zala müraciət edərkən bu əsərləri erməni musiqisi kimi təqdim edirdi. 
Növbəti sarsıntı qrupun tərkibi ilə tanışlığım zamanı baş verdi. Çox heyifsiləndim, çünki onlardan ikisi: balabanda və skripkada ifa edənlər milliyyətcə erməni idilər. Qrupda azərbaycanlı musiqiçinin olmasını çox istəyərdim, ancaq təəssüflər olsun...

Qrup kifayət qədər beynəlxalq tərkibə malik idi: Xrisomallis Yanni (klaviş) - Yunanıstan, Min Friman (klaviş) - Tayvan, Çarli Adams (zərb) - ABŞ, Coel Del Sol (perkusiya) - Kuba, Benedikt Braydern (skripka) - Almaniya, Meri Simpson (skripka) - ABŞ, Samvel Ervinyan (skripka) - Ermənistan, Ceyson Karder (truba) - ABŞ, Ceyms Mettos (valtorna) - ABŞ, Dana Teboye (trombon) - ABŞ, Viktor Espinola (arfa) - Paraqvay, Loren Yelenkoviç (vokal) - ABŞ, Liza Lavi (vokal) - Kanada, Sara Obrayan (violonçel) - İngiltərə, Sayaka Katsuki (skripka) - Yaponiya, Aleksandr Jirov (violonçel) - Rusiya, Qebriel Vivas (bas - gitara) -Venesuela və s. 

Sözsüz ki, burda rəhmətlik Vaqif Mustafazadəni xatırlamamaq insafsızlıq olardı. Muğamla cazı sintez edən bu fövqəladə musiqiçi indi yaşasaydı, sözsüz ki, bütün dünya ayaq üstə onu alqışlayardı. Ancaq digər bir tərəfdən inanmıram ki, müxtəlif sindromlar içində yaşayan Azərbaycan jurnalistikası dünya miqyasında nə isə edə biləcək bir gücə malikdir. Təəssüflər və bir daha təəssüflər... 
Bütün zamanlarda olduğu kimi, ermənilər bu dəfə də “Yanni” qrupunun ifasında səslənən musiqilərə klip çəkdirərək erməni xaçını, erməni kilsəsini, (Qərbi Azərbaycan ərazilərini: - V. P.) əraziləri böyük həvəslə nümayiş etdirirlər . Acınacaqlı hal ondan ibarətdir ki, musiqi nömrələrinin altında yazılan minlərlə şərhin hamısında Azərbaycanın ecazkar balabanı erməni musiqi aləti kimi həyasızcasına təqdim edilir. Minlərlə şərhlərin arasında mən nə bir etiraza və ya nə bir azərbaycanlı tərəfkeşinə rast gəlmədim, o cümlədən də azərbaycanlıya. Ancaq ermənilər kifayət qədər çox idi. Əks təqdirdə bunlar erməni olmazdılar ki,..

Söhbətin bu yerində yenidən Azərbaycan jurnalistikasına, daha doğrusu, onun bu günkü ürək ağrıdan durumuna, yalandan ölkə daxilində şişirdilərək “ağ atın belində” nümayiş etdirilməsinə, lakin Biləcəridən oyanda heç kim tərəfindən qəbul olunmamasına, bir işə yaramamasına nəzər - diqqəti cəlb etmək istəyirəm. Əgər Azərbaycanda, XXI əsrin ən güclü silahı hesab olunan jurnalistika öz “səngər”ində olsaydı, sözsüz ki, ermənilər informasiya savaşında bu qədər uğur qazana biməzdilər. Bəli, mən bunu böyük ürək ağrısı ilə ermənilərin qələbəsi hesab edirəm və yenidən Azərbaycan jurnalistikasına qayıtmaq istəyirəm. 

Bu gün Azərbaycan mətbuatı, sanki orta əsrlərdə yaşayan, qara çadraya bürünən hüquqsuz müsəlman qadınını xatırladır. Fikir verin, bu gün Azərbaycanın hüdudlarından kənarda Qarabağ boyda halal haqqımızı tələb edən və müxtəlif xarici dillərə tərcümə olunan, xarici mətbuatda dəərc olunan bir məqaləyə rast gəlmirik. Mən bunu havadan demirəm, bizə yaxın olan Ukraynada və Rusiyada, o cümlədən nisbətən uzaqda olan İsveç, Almaniya və Polşada yaşayan dostlarımın sözlərinə istinad edərək deyirəm və belə qənaətə gəlirəm. Bu, bəlkə savadsızlığın, bəlkə manqurdlaşmanın, bəlkə də cənab Əli Həsənov tərəfindən Azərbaycan jurnalistikasına tətbiq olunan istismarın məntiqi nəticəsidir. Görəsən kimsə bu laqeyidliyə görə cavab verəcəkdirmi? Məntiqə istinad edərək demək olar ki, Azərbaycan “evdə xoruz, çöldə fərə”dir, çünki jurnalistika kimi “silah”ın çaxmağı sındırılıbdır. Bəs kimdir bu “tamaşaların” rejissoru? Əlbəttə, heç bir çətinlik çəkmədən və tərəddüd etmədən təqsirkar kimi bir az juxarıda qeyd etdiyim cənab Əli Həsənovu nişan vermək olar.
Bu şəxsin bir başa “əməyi” nəticəsində cəmiyyətdə heç bir əməli fəaliyyəti olmayan, yalnız jurnalistləri hədələyən, onları təhqir edərək “reket” adlandıran “Mətbuat Şurası”, dövlət tərəfindən ayrılan maddi vəsaiti və mənzilləri bölüşdürməklə (Burda da, əsas rolu Əli Həsənov oynayır: - V. P.) məşğul olan yararsız KİVDF və məttahlıq və yalan informasiyalar yaymaqla xalqı aldadan bir neçə mətbuat orqanı yaradılıbdır. Hələ bunlar azmış kimi cənab Əli Həsənov tərəfindən Azərbaycan jurnalistikasının tarixinə böyük zərbə vurulubdur. Bəyəm Azərbaycan jurnalistikasının tarixi 1875 - ci ildən, “Əkinçi” qəzetindən başlayır? (Sözsüz ki, H. Zərdabi haqqında yazılan məntiqsiz dissertasiyanı yaddan çıxartmaq olmaz). Bəs eramızın IV - V əsrlərində mövcud olan Orxon - Yenisey abidələri, daş üstü kitabələr, bədii publisistikanın ən qədim janrları hesab olunan “Epitafiya”, “Lətifə”, “Epiqraf”ı kimin ayağına yazaq. Yunan sösü olan “Epitafos” “qəbirüstü” mənasını bildirir. Bura, həmçinin əsrlərlə yaşı olan Şəki lətifələrini və “Epiqraf”ı əlavə etmək olar. “Epiqraf” daş - dəmir - ağac üzərinə yazılan kiçik cümlə və yaxud bir neçə sözdən ibarət olan mətindir. Aparılan arxeoloji qazıntılar zamanı bütün bunlar öz təsdiqini tapıbdır. Ən azından, “Kitabi - Dədə Qorqud” dastanı fikirlərimin təntənəsi kimi qəbul oluna bilər.
Gəlin bir anlıq bu gün Azərbaycan mətbuatında və sosial şəbəkələrdə dərc olunan bəzi məqalələrin sərlövhələrinə diqqət yetirək: “Nazir müavininin kürəkəni intihar etdi”, “Tanınmış saatsazın polis oğlu qəza törətdi”, “İki azyaşlı qızın hamilə olduğu ortaya çıxdı”, “Bakıda gecəsi 1000 manata görüşən fahişələr”, “Maral Tahirqızının da intim videosu yayıldı”, “Musanın nə ixtiyarı var telefon işlədə!” və s.
Görəsən bunlardan Prezidentin Mətbuat Xidmətinin rəhbəri cənab Əli Həsənovun xəbəri yoxdur? Əgər xəbəri yoxdursa nə üçün o kürsüdə əyləşibdir? Yuxarıda “Yanni” musiqi qrupunda adi ifaçı olan iki erməni haqqında məlumat verdim. Təsəvvür edirsinizmi ki, erməni jurnalistikası onları hansı həvəslə dünyaya təqdim edir? Ancaq biz R. Beybutov, M. Maqomayev, Ç. Sadıqov, V. Mustafazadə kimi dünya şöhrətli musiqiçiləri, nəinki dünya miqyasına çıxardırıq, əksinə, hətta onları yeni gələn gənc nəsilə tanıtdırmırıq. Əgər ermənilərdə bu səviyyəli musiqiçilər olsaydı, onlar bütün İnterneti “dağıdardılar”... 

Sonda cənab Əli Həsənova belə bir sualla müraciət etmək istəyirəm:
-Cənab Əli bəy, Azərbaycan xalqı sizə nə pislik edibdir ki, onun jurnalistikasını “həbsxana”ya saldırmısınız?

Veydəddin Pirəliyev (Vidadi Həsənoğlu)
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan 
Jurnalistlər Birliyinin üzvü, yazışı-publisist.
 

Prokurorun İttiham Aktı etirazlara səbəb oldu

serdar.png

Uzun müddətdir medianın gündəmindən düşməyən Sumqayıt hadisələri – icra başçısı Zakir Fərəcovun sifarişi ilə həbs olunan “Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyevə açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Araz.az realliqinfi.com xəbər saytından əldə etdiyi məlumata əsasən, İstintaqın gedişi və istintaq materialları ilə tanışlıq zamanı əldə etdiyimiz faktları ictimailəşdirən Realliqinfo.com saytı Sumqayıt şəhər prokurorunun qərəzli münasibətinə də biganə qalmamışdı. Biz dəfələrlə qeyd etmişdik ki, Müqayis Verdiyevin həbsi icra başçısının sifarişi əsasında həyata keçirilib və Zakir Fərəcov milyonlarla dövlət vəsaitini mənimsəmək, iş adamlarına olan borcunu qaytarmamaq üçün prokurorluğa iş adamı barədə belə tapşırıq verib.

Təəəsüflər olsun ki, Sumqayıt şəhər prokuroru Sərdar İmanov və istintaqı aparan prokurorun böyük köməkçisi Feyzulla Qasımov qanunlara məhəl qoymayaraq saxta cinayət işinin ittiham aktını hazırlamağa qərar verdilər. Nəticədə bir ildən çox davam edən qondarma cinayət işinə 05 dekabr 2017- ci ildə yekun vurularaq məhkəməyə təqdim edilib.

“Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyev ittiham aktına görə üç maddə üzrə təqsirli bilinir. Cinayət Məcəlləsinin 162.1.1, 178.3.2 və 222.2 – ci maddələri ilə təqsirləndirilən iş adamı M.Verdiyev ittihamları qəbul etmir və bunun böyük bir saxtakarlıq olduğunu qeyd edir. Lakin, məsələ təkcə bununla bitmir. İttiham aktında zərərçəkən kimi qeyd olunan iş adamları da Feyzulla Qasımovun hazırladığı aktın qondarma olduğunu qeyd edirlər.

İş adamının istintaqı yekunlaşdıRealliqinfo.com saytının redaksiyasına müraciət edən iş adamları, Abdullayev Aydın, Əsgərov Məhəmməd, Qasımov İsa, Abbasov Rəşad və digərləri istintaqı aparan müstəntiqin tərtib etdiyi ittiham aktında onların adından yalan ifadələr yazdığını qeyd edirlər. Feyzulla Qasımovun zərərçəkmiş kimi tanıdığı şəxslərin izahatlarını saxtalaşdırmasıda kəskin etirazlara səbəb olub. Maraqlıdır ki, prokurorluğun müstəntiqi vətəndaşların izahatında qeyd etdiyi adları işə əlavə etməmiş və sahibkarlara borclu olan Zakir Fərəcovu deyil, iş adamı Müqayis Verdiyevi ittiham etmişdir.

İstintaq zamanı verilən izahatların ittiham aktında dəyişdirilərək yazılması və proseslərin əsas səbəbkarlarının adının iş materiallarından çıxarılması haqlı narazılıqlara səbəb olub. Sahibkarları aldadaraq onların milyonlarla vəsaitini mənimsəyən şəhər icra başçısı Zakir Fərəcovun, memarlıq şöbəsinin müdiri Fəzail Hüseynovun və icra başçısının qeyri-rəsmi qohumu Adil Xudadatovun maraqlarına xidmət edən prokuror Feyzulla Qasımov cinayət işini saxlalaşdırmaqdan çəkinməyib. 

Prokurorun icra başçısının sifarişi əsasında hazırladığı ittiham aktı sahiblkarların narahatçılığına səbəb olub. Realliqinfo.com saytına müraciət edən iş adamları ölkə başçısına və Baş prokurora müraciət ünvanlayıblar. Onlar müraciətində istintaq zamanı zərərçəkmiş kimi verdiyi izahatların iş materiallarına əlavə edilməməsi və ittiham aktında onlara aid olmayan ifadələrin yer aldığını yazırlar. 

Iş adamlarının izahatlarını saxtalaşdıran Sumqayıt şəhər prokuroru Feyzulla Qasımovun da ittihamlara münasibətini öyrəndik. Prokurorluğun müstəntiqi bildirdi ki, onun tərtib etdiyi ittiham aktında qeyd olunanlar iş adamları tərəfindən istintaq zamanı verilən izahatlardan kənar deyil.
İş adamlarının Zakir Fərəcov və Fəzail Hüseynovdan şikayətçi olduğu barədə sorğumuzu cavablandıran F.Qasımov, “o barədə yazılanlar əsassız olduğu üçün istintaq zamanı rədd olunub” – deyə cavab verdi.

“Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyevin vəkili Fariz Namazlı sorğularımıza cavab olaraq bildirdi ki, ittiham aktında qeyd olunanlar həqiqəti əks etdirmir və o məhkəmə qarşısında vəsatətlər qaldıracaq.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Sədərək — qeyrət qalamız, düşmənə göz dağı: Haqdan doğan qüdrətinə, əzəmətinə və vüqarına məkr, şər, xəyanət qoxulu qara ləkə yapışmaz

Burda gördüklərimin, eşitdiklərimin, oxuduqlarımın göynərtili ağrı-acısı

 mirkazims.jpg

Mirkazım Seyidov,
Rusiya və Azərbaycan jurnalistlər və yazıçılar birliklərinin üzvü,
ictimai-siyasi xadim, şair-publisist,
«Araz» Media Qrupunun və araz.az saytının Baş məsləhətçisi.


 

Sədərəkdəyəm... Şələsini çiyinlərimdə, ürəyimdə daşıya bilmədiyim, yükünün ağırlığı belimi bükən   ayrılıqdan sonra yenə ata yurduma üz tuturam. Yurd sevgisi qəribə sehriylə, bambaşqa ovsunuyla qəlbimə hakim kəsilir, rahat nəfəs alıram. Mənə əziz  bu torpağın hər qarışındakı doğmalıqları köksümə sıxmaq istəyirəm. Öz vüqarından biz sədərəklilərə ürəklə pay ayıran əzəmətli Ucubiz dağına, əsrlər boyu onun hər harayına səs verən, sevincinə sevinən, kədərinə kədərlənən başı duman-çiskinli Ağrıdağa, Nuha, Əjdahana... baxıram. Yurdun ta qədimdən bu gününə səslənən məşəqqətli tarixinin göynərtili pıçıltıları qulağımda səslənir, qəlbimi bədbin notlara kökləyir: Üzü üzlər görmüş doğma Sədərək timsalında Bütöv Azərbaycanın tüstüsü gözlərimizi acışdıran faciələri, müxənnətlərin başına açdıqları oyunlar, üzləşdiyi işgəncə və fəlakətlər, bütövlükdə onun itirilmiş, tapdalanmış məşəqqətli tarixi gözlərim önündən keçir, ömrün cəfalət çağlarını büsbütün yerindən oynadır...

Bu ağrılı tarix məni yanğılı bir kədərlə boğsa da, təsəllimi yalnız bircə şeydə tapıram – itirilib, tapdalanan bu tarix yenə şərəfli, qüdrətli və vüqarlı görünür, Ucubizdən bir az aralıdakı daha əzəmətli Ağrıdağ vüqarı kimi!

Baş redaktor DTX rəisi Mədət Quliyevə müraciət etdi: “Xahiş edirəm, məni qəbul edin!”

index.jpg

Asif Mərzili: “Cənab general-leytenant, Habil Vəliev və onun rəhbərlik etdiyi dəstə ifşa olundu, lakin həm də onların himayədarları və dəstəkçiləri məsuliyyətə cəlb olunmalıdıdr...”

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə müraciət ünvanlayıb. Baş redaktor DTX-nin vətəndaşları gizli video görüntülərlə və digər vasitələrlə şantaj edən bəzi KİV rəhbərlərinin həbsini dəstəklədiyini, insanları açıq formada təhqir edən, aşağılayan yazıları ilə cəmiyyətdə özünə rahat yuva qurmuşlardan savayı, uzun illər bu ünsürləri himayə etmiş və hazırda müvafiq statusa malik şəxslərin də dərhal məsuliyyətə cəlb edilməsini vacib hesab edir.

Aşağıda həmin müraciəti təqdim edirik:

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə!
Çox hörmətli Mədət müəllim!

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən uzun illərdir cəzasızlıq mühitindən sui-istifadə edən, bəzi yüksək vəzifəli şəxslərin himayəsindən bəhrələnərək “xüsusi qadınlar” vasitəsilə ayrı-ayrı vətəndaşları, bəzi vəzifəli şəxslərin özlərini və övladlarını gizli video görüntülərlə və digər vasitələrlə şantaj edən bir sıra KİV rəhbərlərinin həbsi cəmiyyətdə və Azərbaycanın peşəkar media ailəsində böyük rəğbətlə qarşılanmışdır. Bunlar bir daha təsdiq edir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Dövlət-vətəndaş münasibətlərinə xələl gətirən, insanları qorxu və həyəcan içərisində saxlayan ünsürlərə qarşı amansızdır, bu sahədə hamı Sizin prinsipiallığınıza inanır.
Bununla bərabər, hesab edirəm ki, insanları açıq formada təhqir edən, aşağılayan yazıları ilə cəmiyyətdə özlərinə rahat yuva qurmuş Habil Vəliyev və digərlərindən savayı, uzun illərdir bu ünsürləri himayə etmiş, maliyyələşdirmiş və hazırda da müvafiq statusa malik yüksək rütbəli bəzi şəxslərin də dərhal məsuliyyətə cəlb edilməsi vacibdir. Azərbaycan Mətbuat Şurasının rəhbərliyi dəfələrlə vurğulamışdır ki, ölkə mediasının üz qarası olan bu şəxsləri, çox təəssüflər olsun ki, məhkəmələrdə açıq formada müdafiə edən hakimlər, həmçinin bəzi dövlət orqanlarında himayə edən vəzifəlilər var idi. Bəs niyə həmin himayəçilər də məsuliyyətə cəlb edilməsinlər? Onların müdafiə etdikləri həmin cinayətkarlar Dövlətimizə, vətəndaş cəmiyyətinə həmişə təhlükə olaraq qalmışdır, peşəkar mediamızın nüfuzuna ağır zərbə vurmuşdur.
Çox hörmətli cənab General!
Sizə bir müddət əvvəl yazılı ərizəmdə də bildirmişəm ki, 2016-cı ilin martın 14-də, gecə saat 02:50 radələrində bir qrup cinayətkar benzin tökərək mənə məxsus olan və ailəlikcə yaşadığımız mənzilimizi, 9 iyul 2016-cı il tarixdə isə yenə də eyni saatda və eyni üsulla-benzin tökərək mənə məxsus 90-DL-707 dövlət nömrə nişanlı şəxsi avtomobilimi yaşadığım evin həyətində yandırmışlar. Tam təsadüf nəticəsində mənzilimizin yanaraq kül olmasının qarşısı alınmışdır, lakin avtomobil tamamilə yanaraq sıradan çıxmış, yararsız vəziyyətdə olduğundan dövlət qeydiyyatı bazasından silinmişdir. Azərbaycan FHN-dən və Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş rəsmi rəylərdən də məlum olur ki, hər iki yanğın benzin tökülərək qəsdən, qisasçılıq məqsədi ilə və peşə fəaliyyətimlə bağlı törədilmişdir. Bu iki cinayət faktı üzrə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində (160110484 saylı cinayət işi) istintaq hərəkətləri davam etdirilmişdir və cinayət işinin istintaq materialları Bakı şəhər BPİ-nin İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi, polis polkovnik-leytenantı Nizami Əbilovun icraatındadır. Tərəfimdən şübhələndiyim şəxslərin adları, cinayət hadisəsindən əvvəl və sonrakı dövrlərdə mənə qarşı ölümlə hədələmə və digər təhdid xarakterli mesajları müstəntiqə təqdim olunmuşdur. İstintaq sirri olduğundan bircə onu deyə bilərəm ki, istintaq orqanı tərəfindən digər olduqca mötəbər maddi sübutlar da təqdim edilmişdir. İstintaqa verdiyim ilkin ifadəmdə də bildirmişdim ki, bu cinayət hadisəsinin törədilməsinin sifarişçiləri kimlərdir. Onların bu və ya digər formada həmin cinayət hadisələrinin törədilməsində iştirakçılığını təsdiqləyən mötəbər maddi sübutlar və zəruri xüsusatlar istintaq materiallarında vardır. Lakin bütün bunlara baxmayaraq artıq 10 aydır ki, istintaq olunan cinayət işində əsaslı dəyişiklik yoxdur. Halbuki DİN-nin bu cinayət işinin istintaqı üzrə əməliyyat-istintaq qrupunun əsas rəhbərlərindən olan DİN-nin Baş Cinayət-Axtarış İdarəsinin baş əməliyyatçısı, polis polkovniki Elbrus Rüstəmov tərəfindən hər iki cinayət hadisələrinin törədilməsində şübhəli bilinən şəxslər barədə zəruri sübutları müstəntiqə təhvil verilmişdir. Lakin nə sirdirsə, müstəntiq bu günə kimi həmin şəxsləri dindirməmişdir, sanki onlardan qorxur və ya çəkinir. Halbuki həmin cinayət işinin istintaqı cənab daxili işlər naziri Ramil Usubovun, Baş Prokuror cənab Zakir Qaralovun şəxsi nəzarətindədir.
Çox hörmətli cənab General!
Rəhbəri olduğunuz Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının bu yaxınlarda keçirdiyi uğurlu əməliyyat nəticəsində cəmiyyətimizdə qanuna zidd əməllər törətməklə insanları qorxu altında saxlayan bir qrupun həbsi məni bu müraciəti Sizə ünvanlamağa məcbur etdi. Məndə bir daha əminlik yaranıb ki, adını açıq formada çəkə bilmədiyim bəzi şəxslərin həbsindən sonra, həm də başıma gətirilən, mənim və ailəmizin məhvinə, rəhbəri olduğum qəzetin əməkdaşlarının qorxu içərisində saxlanmasına hesablanmış məlum cinayət hadisələrinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsində aparılarsa, tezliklə bu cinayət işi də yekunlaşacaq, cinayətkarlar və bu cinayətlərin sifarişçiləri qanun qarşısında cavab verəcəklər.
Mən bir jurnalist kimi, Sizin əvvəlki vəzifələrdəki dövlətçiliyimizə və cənab Prezidentə sədaqətli fəaliyyətinizi, hazırda cənab Prezident İlham Əliyevin etimad göstərərək təyin etdiyi Azərbaycan Dövlət Təhlükəsizlik İdarəsinin rəisi vəzifənizdə uğurlu işinizi təqdir edirəm və buna qəlbən sevinirəm. Çünki dövlətimizin təhlükəsizliyinə qarşı olan cinayətkarlarla mübarizədə Sizin bütün uğurlarınız dövlətimizin, Azərbaycanımızın uğurudur. Elə bu inam və sevgi ilə Sizdən bir daha xahiş edirəm ki, 10 aydır DİN-nin Bakı şəhər Baş Polis İdarəsində istintaq olunan cinayət işinin materiallarının alınaraq Dövlət Təhlükəsizlik Xidmətində istintaq olunmasına göstəriş verəsiniz. Təbii ki, hər bir Azərbaycan vətəndaşı, bu sırada mən bir jurnalist olaraq qəti surətdə əminəm ki, adını hələki çəkə bilmədiyim cinayətkarların müdafiəçilərinin bu dəfə sifariş verdikləri cinayətkarların müdafiəsi üçün bütün cəhdləri əbəs olacaq. Çünki Sizin rəhbərliyiniz altında fəaliyyətini uğurla davam etdirən Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının bir amalı var: cinayət törətmiş şəxs və ya şəxslər kimliyindən asılı olmayaraq qanun qarşısında bərabər cavabdehlik daşıyır.
Cənab General!
Sonda xahiş edirəm, başıma gətirilənlərlə bağlı bu müraciətimdə deyə bilmədiyim, istintaq sirri sayılan bəzi mühüm məlumatları diqqətinizə çatdırmaq üçün məni qəbul edəsiniz.
Əvvəlcədən təşəkkürlərimi yetirirəm.

Dərin hörmətlə:
Asif Mərzili (Məmmədov)
«Təzadlar» qəzetinin baş redaktoru
Bakı şəhəri, 04 yanvar 2017-cı il

Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2 milyon manat ayırıb

ilhamal.jpg

Prezident İlham Əliyev yanvarın 4-də “Ağdam rayonunun Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Araz.az AZƏRTAC-a istinad edib xəbər verir ki, beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

18 -dən səhifə 27

Əlaqəli xəbərlər