QƏRBİ AZƏRBAYCANLILARIN PROBLEMLƏRİ İLƏ MƏŞĞUL OLACAQ DAHA BİR QURUM

Qaerbi-azerb.jpgYeni yaradılmış Qərbi Azərbaycan Nümayəndəliyinin 22 rayon üzrə təsis edilən İcma nümayəndəliklərinə İcma nümayəndələri də seçilib

 Martın 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti nəzdində yaradılmış Qaçqınların Problemləri Üzrə Komissiyanın növbəti yığıncağı keçirilib. Cəmiyyətin
Mətbuat Xidmətindən araz.az-a verilən xəbərdə deyilir ki, tədbirdə qaçqınların Bakıdan və respublikanın müxtəlif bölgələrindən Komissiyanın ünvanına daxil olmuş çoxsaylı ərizələri nəzərdən keçirilib və onların problemlərinin ümumiləşdirilərək, müvafiq dövlət qurumlarına ünvanlanması, həllinə nail olunması məqsədi ilə İşçi Qrupu yaradılıb.

qerbiaz001.jpgQaçqınların problemlərinin çoxluğunu və respublikanın müxtəlif rayonlarında məskunlaşdıqları üçün onlarla daimi əlaqə saxlamağın çətinliyini nəzərə alaraq, onların problemlərinin bundan sonra daha səmərəli araşdırılıb, həll edilməsi məqsədilə Komissiya Qərbi Azərbaycan Nümayəndəliyinin yaradılmasını və Qərbi Azərbaycanın qaçqınlıq dövrünə (1988-1991-ci illər) uyğun ərazi-inzibati bölgüsünə müvafiq rayon və kənd icmalarının təsis edilməsini qərara alıb. İlkin olaraq, Komissiyaya Qərbi Azərbaycan Nümayəndəliyi İdarə Heyətinin tərkibini formalaşdırmaq tapşırılıb və qaçqınlıq dövrünədək oradakı 22 rayon üzrə İcma Nümayəndəliyi təsis edilib. Amasiya rayonu üzrə Fəqan Bəhramov, Vorontsovka (Kalinino) rayonu üzrə Miraslan Bəkirli, Paşalı (Əzizbəyov) rayonu üzrə Cəmşid İrzaquliyev, Vedi rayonu üzrə Bilman Qüdrət, Sisian rayonu üzrə Rasim Baxşəliyev, Qafan rayonu üzrə Polad Poladov, Karvansara (İcevan) rayonu üzrə Ayaz Mustafayev, Zəngibasar rayonu üzrə Bəhram Bədəlov İcma nümayəndələri seçiliblər. Onlara nümayəndəsi olduqları rayonların kənd icmaları üzrə nümayəndələrini qısa müddətdə müəyyənləşdirmək bir vəzifə olaraq tapşırılıb. Bütün rayon icma nümayəndələri, eyni zamanda, Qərbi Azərbaycan Nümayəndəliyinin İdarə Heyətinə üzv seçiliblər. Bundan əlavə, Əziz Ələkbərli, Muxtar Oxçoğlu, Abduləli Həsənov, Səməndər Mehdiyev də İdarə Heyətinin üzvləri seçiliblər.
Yaxın bir həftə ərzində Qərbi Azərbaycan Nümayəndəliyinin İdarə Heyəti tərkibinin formalaşdırılması və digər rayonlar üzrə İcma Nümayəndələrinin müəyyənləşdirilməsi qərara alınıb.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər