Bazarda quyruq tapılmır - Qiyməti “əl yandırır” - VİDEO

quyruqNövbəti xəbərimizdə quyruqdan danışacağıq. Daha doğrusu, quyruğun qiymətinin qalxmasından. Vaxtilə bir kiloqramı 12 manata satılan quyruq indi 16 manata qalxıb. Ölkə daxilində bu məhsula tələbatın artdığı deyilir, amma eyni zamanda idxalın azaldığı da bildirilir.

Bazarlarda ət satışı məntəqələrində quyruq tapılmır. Tapılanın isə qiyməti əl yandırır.

Satıcıların bir qismi bunu quyruğun ölkəyə idxal olunmaması ilə əlaqələndirsə də, bir qismi toylarda və ya restoranlarda tələbatın artması ilə izah edirlər.

İqtisadçı ekspert Eyyub Kərimli deyir ki, ölkəyə idxal olunan quyruq əsasən restoran və dönərxanalarda istifadə olunur. İndi isə turizm mövsümü olduğundan restoranların quyruğa tələbatı daha da artıb.

Ekspert deyir ki, bu məhsulun ölkəyə gətirilməməsi də qıtlığa səbəb olan əsas amillərdəndir.

Sözügedən məhsulun ölkəyə idxalına qadağa qoyulub-qoyulmaması ilə bağlı Qida Təhlükəsizlik Agentliyindən bildirildi ki, belə bir qadağa yoxdur.

araz.az xəbər portalı.

 

Əlaqəli xəbərlər