Baş redaktor internet provayderlərini ciddi tənqid etdi

tapdiq-abbas.jpgMətbuat işçisi kimi, bizim gündəlik işimiz tam internetə bağlıdır. İnternetin hədsiz dərəcədə zəif olması üzündən, son bir həftədə 5 provayder dəyişmişik! Yenə də, heç bir faydası yoxdur! Bakinternet, Kqnet, KATV, Superonlayn, Nar Citi - bunlar 10-15 MB internet vermək üçün, ayda 40-50 manat pulumuzu alırlar, amma 3-4 MB internet verirlər! Bu da, gün ərzində bir-iki saat internet deməkdir! Beləliklə, ölkənin bütün internet sistemi, mobil operatorları həm xalqı talayırlar, həm də əsəb-sinir sistemimizi pozurlar! Belə biabırçılığa, indiyə kimi, mən heç yerdə rast gəlməmişəm, bu qədər də olmaz, axı!


Görünən odur ki, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi provayderlərlə və mobil operatorlarla əlbir olub, aşkar TALANÇILIQLA məşğuldurlar və heç kim də, bunlara: "Gözün üstə, qaşın var!" - demir! Xalq susduqca, lap həyasızlıq edirlər! Belə olmaz, axı! Tapdıq ABBAS, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, "Paralel" qəzetinin Baş redaktoru.
Redaksiyadan: Biz də, sizin gününüzdəyik, Tapdıq müəllim! Bu bəla üzündən, artıq 3 həftədir "Azercell"lə əsl müharibədəyik. Nə qədər vuruşsaq da, dünya veclərinə deyil. Gərək, mübarizəmizi davam etdirək. Əlimizdən başqa heç nə gəlmir...

Əlaqəli xəbərlər