Polis avtomobili qəza törətdi, bir nəfər həlak oldu

619dc474e1854619dc474e18551637729396619dc474e1852619dc474e1853

Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.

araz.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

"Fiat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini şəhər ərazisindəki mağazalardan birinə çırpıb. Qəza zamanı bir nəfər xəsarət alıb, bir nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Yaralan şəxs Emin Əliyev, həlak olan isə Renat Əliyevdir. Qeyd edək ki avtomobil Mühafizə polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib. Faktla bağlı araşdırmalara başlanılıb.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər