Ağdamda 30 il əvvəl öldürülərək basdırıldığı ehtimal olunan insan sümükləri aşkarlandı

sumuk8.jpg

Ağdamda 30 il əvvəl öldürülərək basdırıldığı ehtimal olunan insan sümükləri aşkarlanıb.

araz.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Noyabrın 22-də daxil olan məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.

Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.

Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər