"Qışqırdı ki, nənə, ata məni götürüb torpağın üstünə qoyub qaçdı" - VİDEO

NILAY66

“O uşaq möcüzə sayəsində sağ qalıb. Nilay bilmir ki, atası, anası ölüb. Elə bilir ki, harasa gediblər, gələcəklər”.

araz.az  xəbər verir ki, bunu Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Nilayın nənəsi bir il öncəki erməni terrorunu xatırlayarkən deyib.

Nənəsinin sözlərinə görə, Nilay həmin gecə baş verənlərin bir qismini bu yaxınlarda xatırlayıb:

“Evdə uşaqlar oynayanda Nilayın boynuna nəsə atdılar, boğulan kimi oldu. Bu zaman qışqırmağa başladı. Qışqırdı ki, nənə, ata məni götürüb torpağın üstünə qoyub qaçdı. Sonra şahidlərin də dediyinə görə, Adil həmin vaxt ölməyib, sağ olub. Adil Nilayı torpağın üstünə qoyub dala qayıtdıqdan sonra, uçqun olub, nə olub, bilmirəm. Amma Adildə heç bir xəsarət yox idi. O, torpağın altına qalmamışdı. Sadəcə, kürəyi göyərmişdi. Qorxudan ürəyi partlamışdı”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər