Milyarder Fərhad Əhmədovun öz Vətəninə -- Azərbaycana qarşı xüsusi nifrətinin səbəbi -- SAMİR FEYRUZOV YAZIR

FB_IMG_16688879190718282.jpg
 
Kremlin ən sadiq nökərlərindən hesab olunan milyarder Fərhad Əhmədovun Azərbaycana qarşı xüsusi nifrəti var və bu nifrətin kökündə, onun atası ilə bağlı, sovetlər dönəminə xas baş vermiş ən ağır, təsirli bir hadisə dayanır.
 
Belə ki, 1969-cu ildə Göyçay Konserv Zavodunun ilk direktoru kimi fəaliyyətə başlayan atası Teymur Əhmədov, 1971-ci ildə isə, "sosialist əmlakının talanması" maddəsi ilə ittiham olunur. Haqqında çıxarılan güllələnmə hökmü 1973-cü ildə icra olunur. Fərhad Əhmədov öz atasının məzarını isə, 2012-ci ildə tapa bilir.
        Əldə olunan məlumatlara görə, Fərhad Əhmədov ciddi biznesmenə çevriləndən sonra, qapalı arxivləri açdıra bilir və atasının ölümündə əli olan şəxsləri, onların ailə üzvlərini araşdırmağa başlayır. Bu işdə əli olan şəxslərlə bərabər, onların ailə üzvlərini də tapıb, cəzalandırır və beləcə, atasının "qisası"nı alır. 
      Çoxlarına məlumdur ki, o, xaraktercə kinli və aqressiv adamdır. Əsas hobbisi silahdan istifadədir. Onun yüz milyonlarla dollar dəyərində silah kolleksiyasının olduğu da bildirilir. 
         Atası T. Əhmədov güllələnəndə F. Əhmədovun 18 yaşı var idi. Onda Sovet "KQB"sinin spesifik iş üslublarından biri bu idi ki, xüsusilə, dövlət əmlakını taladığına görə, haqqında ölüm hökmü çıxarılan şəxslərin ailə üzvlərini də nəzarətə götürür, onların içərisindən ən perspektivli olan adamı "KQB"nin agentinə çevirirdi; Elə, belə də oldu!.. 
        Atasının məhkumluğu səbəbindən, Fərhad Əhmədov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil ola bilmir, amma qısa müddət sonra ali təhsil alır. Üstəlik, zəngin biznes yolu keçərək, Rusiyanın ən nəhəng neft maqnatlarından birinə çevrilir. Məlumata görə, Azərbaycana 200 milyon dollar sərmayə qoyan Fərhad Əhmədovun, ABŞ-ın Kremlə yaxın şəxslərə qarşı tətbiq etdiyi sanksiyalarda da adı var idi. Ən maraqlısı odur ki, o, Azərbaycanda xeyli sayda iş adamının pulunu da mənimsəyib, bağ evində işlətdiyi fəhlələrin isə, pulunu verməyib. 
         Yaxın ətrafıyla söhbətləri zamanı, özünü siyasi cəhətdən Azərbaycanda ən yetkin adam adlandıran F. Əhmədovun əsas iş istiqamətlərindən biri, yüksək rütbəli hərbçilərlə münasibətlər qurmaq olub. Xüsusilə, milli kadrlar hesab olunan hərbçilərlə səmimi münasibətlər yaradıb, onların milli səmimiyyətindən istifadə edərək, ordu əleyhinə danışdırıb və səslərini yazıb. Şübhəsiz ki, daha sonra, həmin səs yazılarını Rusiya xüsusi xidmət orqanlarına ötürüb, lazım olanda isə, rezonans yaratmaq üçün, həmin səs yazılarını sosial şəbəkələrdə dövriyyəyə buraxıb. 
        Yeri gəlmişkən, onu da qeyd edim ki,  F. Əhmədov media əməkdaşları və xaricdə yaşayan blogerlərlə də ciddi əlaqələr qurmuşdu. Onun bu istiqamətdə ayda 100 min dollar pul xərclədiyi, əldə etdiyim ən önəmli məlumatlar sırasındadır. Bu yolla, pis münasibətdə olduğu nüfuzlu iş adamlarını, məmurları, qurumları mediada və sosial şəbəkələrdə "vurur", eksklüziv mənbə kimi, gündəmi dəyişə də bilirdi. 
        Mövzu hamı üçün maraqlı olduğundan, daim diqqətdə saxlayacağam. 
araz.az xəbər portalı. 

Əlaqəli xəbərlər