MÜQƏDDƏS QURBAN BAYRAMINIZ MÜBARƏK, GÖZƏL XALQIMIZIN GÖZƏL ÖVLADLARI!

qurban-bayrami.jpg

Əziz qardaş və bacılarımız!                    

Uca Yaradan İslamı bəşəriyyət üçün hidayət, mənəvi-əxlaqi qurtuluş yolu seçdiyi vaxtdan öz saflığını qoruyub, saxlayan QURBAN BAYRAMI münasibəti ilə, doğma və yaxınlarınızla bərabər, hər birinizə səmimi duyğularla zəngin təbriklərimizi çatdırırıq.  Təşəkkül tapdığı gündən, həm də Böyük Allah yolunda hər cür fədakarlığa hazırlığın, mənəvi kamilliyin, vəhdətin rəmzinə, eləcə də cəmiyyətdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən, insanları birliyə, qardaşlığa dəvət edən bu  bayramın əziz günlərində ən xoş arzu, istək və diləklərimizi sizlərə yetirir, dövlətimizin tərəqqisi və xalqımızın əmin-amanlığı naminə etdiyiniz duaların, Böyük Allah adına kəsdiyiniz qurbanların, gördüyünüz xeyirxah işlərin Tanrı dərgahında qəbulunu arzulayırıq. 

Dünya müsəlmanlarının bu Əziz Bayramında ən vacib arzularımızdan biri də budur ki, qoy, müxtəlif səbəblərdən dünyanın dörd bir yanına səpələnən hamınıza əziz soydaşlarınızla bərabər, bütün materik və qitələrdəki din qardaş-bacılarınız da, Uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə etsinlər!

Bu mübarək bayram günlərində bir daha hamınıza Ulu Tanrıdan möhkəm cansağlığı, ailə xoşbəxtliyi, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.                       

QOY, ƏSAS MAHİYYƏTİ  MÜQƏDDƏSLİYİNDƏ OLAN BU ƏZİZ BAYRAMIMIZ, MİLLİ-MƏNƏVİ HƏMRƏYLİYİN, QARDAŞLIĞIN, BİRLİYİN RƏMZİ KİMİ,   AZƏRBAYCANIMIZ ÜÇÜN HƏSSAS OLAN BU MƏQAMLARDA, BÜTÜN SINAQLARDAN ÜZÜAĞ ÇIXMAĞI BACARAN MÜBARİZ XALQIMIZIN  SARSILMAZ BİRLİYİNİN DAHA MÖHKƏM TƏMƏLİNİ QOYARAQ, CƏMİYYƏTİMİZDƏKİ TÜRK MİLLƏTİNƏ XAS OLMAYAN BÜTÜN UMU-KÜSÜLƏRİN, DEDİ-QODULARIN SONUNA ÇIXSIN! TANRI RUZİSİ BÜTÜN XOŞLUQLARIN EHTİVASI OLAN TƏBRİKLƏRİMİZİ ÜRƏKDƏN QƏBUL EDİN, GÖZƏL XALQIMIZIN GÖZƏL ÖVLADLARI! KEŞMƏKEŞLİ TARİXİMİZİN MƏMLƏKƏTİMİZ ÜÇÜN OLDUQCA ÇƏTİN KEÇƏN SINAQ MƏRHƏLƏLƏRİ  DƏ SÜBUT EDİB Kİ, DOĞMA VƏTƏNİNİ SİZİN QƏDƏR QƏLBDƏN SEVƏN HƏR BİR VƏTƏN ÖVLADI BUNA LAYİQDİR! TANRI MƏRHƏMƏTİ BÖYÜKLÜ-KİÇİKLİ HƏR BİRİNİZİN ÜSTÜNDƏN ƏSKİK OLMASIN!                

 Səmimi duyğularla,

"ARAZ" MEDİA QRUPUNUN KOLLEKTİVİ.

Əlaqəli xəbərlər