Daha bir təyyarə qəzası - Bütün sərnişinlər öldü +Yenilənib

1519207262 teyMeksikanın Koauila ştatında şəxsi "Bombardier Challenger 601” təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, təyyarə dağlıq ərazidə qəzaya düşüb. İlkin məlumata görə, göyərtəsində iki ekipaj üzvü və 11 sərnişin olub. Onların taleyindən xəbər yoxdur.

Təyyarə Las-Veqasdan Meksikanın Monterrey şəhərinə uçurdu.

***

Xilasedicilər təyyarənin qalıqlarını tapıblar və 14 nəfərin -11 sərnişin, 3 ekipaj üzvünün öldüyü təsdiqlənib.

Əlaqəli xəbərlər