Afinanın sevinci çox çəkmədi – Türkiyə təkzib etdi

bandicam 2020 09 15 19 25 23 005“Oruc Rəis” gəmisi Aralıq dənizində tədqiqat işlərinə davam edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi Tvitter hesabında məlumat yayıb.

Məlumata görə, adıçəkilən gəmi bölgədə bu günə kimi 3525 kilometrlik seysmik məlumat toplayıb:

“Oruç Rəis” iş prinsipinə uyğun olaraq planlı baxım, kadr dəyişikliyi və növbəti missiya hazırlıqları üçün ayda bir dəfə limana qayıdır. Gəminin tədarük və texniki xidmət üçün limana qayıtması həmişə həyata keçirdiyi fəaliyyətdir. “Oruç Rəis” Aralıq dənizində tədqiqat işlərinə davam edəcək. Bundan başqa, “Yavuz” gəmisi “Səlcuklu-1” quyusunda, “Barbaros Xeyrəddin Paşa” tədqiqat gəmisi isə Aralıq dənizinin şərq hissəsində fəaliyyət göstərir”.

Qeyd edək ki, Yunanıstan baş naziri “Oruc Rəis” gəmisinin Avropa dövlətləri ilə Türkiyəyə qarşı qurduqları birlik nəticəsində Antalyaya qayıtdığını, bunu alqışladığını bildirmiş və Türkiyə ilə bu “geriçəkilmədən” sonra danışıqlara hazır olduğunu açıqlamışdı.

araz.az

Əlaqəli xəbərlər