Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər – Araşdırma

kolbasa1

Kolbasa və sosislərin ətdən deyil, xərçəng mənbəyi olan Çindən idxal edilən protein tozundan hazırlandığı iddia olunur...

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) kolbasa məhsullarının insan orqanizminə ən azı siqaret qədər zərər vurması və onkoloji xəstəliklər yaratması barədə dəfələrlə ciddi xəbərdarlıq edib. Belə ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb, həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut ediblər.

O da məlumdur ki, hazırda kolbasa və sosislərin hazırlanmasında tam ət məhsulundan istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu “ətə” bənzətmək üçün külli miqdarda kimyəvi maddələr də əlavə olunur. Kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) məhsula xoşagəlimli xarici görünüş verməklə yanaşı, onun saxlanma müddətini artırır.

Kolbasa-sosis məhsullarına əlavə olunan digər zərərli maddə isə fosfatlardır ki, orqanizmdə kalsium və fosforun balansını pozur və nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir. Son illər də isə kolbasa və sosisləri hazırlamaq üçün heyvan tullantılarından və soyadan hazırlanmış protein tozundan istifadə geniş yayılıb.

Bu baxımdan tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesi sürətlənir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) da dəfələrlə xəbərdarlıqla çıxış edib. Buna baxmayaraq, bir çox ölkələrdə insan sağlamlığı üçün çox ziyanlı olan kolbasa və sosis məhsulları kütləvi şəkildə istehsal olunur və Azərbaycan da bu ölkələr arasında yer alır.

Yaxın və uzaq xaricimizdə kolbasa ilə bağlı vəziyyət necədir?

İddialara görə, hazırda dünyanın bəzi iri kolbasa istehsalçısı sayılan dövlətlərində kolbasa ətdən deyil, “poroşok”lardan - protein tozundan hazırlanır. Bu praktikadan istifadə edən dövlətlərin başında Rusiya və Çin gəlir. Avropa İttifaqı sərhədləri çərçivəsində bu cür “poroşok”lardan kolbasa hazırlamaq qadağan olunub. Türkiyədə “poroşok”lardan istifadə qadağan olunsa da, bu qadağalara tam riayət olunmur. Qırmızı ətin həddən artıq baha olduğu Türkiyədə istehsal olunan kolbasaların böyük bir qisminin “poroşok”lardan düzəldildiyi iddia olunur.

 Çində kolbasa “poroşok”u hazırlanan zavod

İranda isə vəziyyət bir qədər fərqlidir. İslam ölkəsində “halal” kolbasa adətən Qazaxıstandan və hətta bəzi iddialara görə, Hindistandan gətirilmiş ətlərdən hazırlanır. Bu ətlər sənədlərə görə, Qazaxıstandan və başqa müsəlman ölkələrindən gətirilir. Əslində isə həmin ətlərin böyük qismi işbazlar tərəfindən Hindistandan Qazaxıstana, ordan isə İrana ixrac olunur. Sənədlərdə isə ətin mənşəyi müsəlman ölkəsi olaraq göstərilir. Yəni, “halal”...

Əlaqəli xəbərlər