Ağdam komandası 6 qol vurub liderə çevrildi - VİDEO

42915935fb91c9c71f89Azərbaycan Premyer Liqasına X turla start verilib.

Turun açılış matçında “Qarabağ” lider “Sumqayıt”ı qəbul edib.

Ağdam komandası rəqibini 6:1 hesabı ilə darmadağın edib. Hər hissəyə üç qol vuran “Qarabağ”dan Donald Qerye (28, 45+1) və Abdellah Zubir (34, 89) dubl edib. “Qarabağ”dan digər iki qolu Toral Bayramov (54) və Mahir Emreli (75),Sumqayıt”dan isə Tellur Mütəllimov (87) vurub.

Bununla da “Qarabağ” “Keşlə” (6:1)“Neftçi” (6:0) ilə matçlarda olduğu kimi, 6 qol vurub. Bu qələbə bir oyun az keçirmiş “Qarabağ”ı turnir cədvəlinin lideri edib.

Qeyd edək ki, turun açılış matçı əslində “Sabah” – “Səbail” matçı olmalı idi. Lakin bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəyi üçün bu matç bu gün baş tutmayıb.

Səbuhi Musayev

Əlaqəli xəbərlər