Məsut Özil azərbaycanlı azarkeşlərə səsləndi - Foto

mesut ozil

İngiltərənin “Arsenal” klubunda forma geyən türk əsilli futbolçu Məsut Özil azərbaycanlı azarkeşlərə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, “Twitter” hesabından paylaşım edən yarımmüdafiəçi Bakıda baş tutacaq Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşmaya bir həftə qaldığını xatırladıb:

“Azərbaycanlı qardaşlarım, biz bunu etdik, finaldayıq. Bakıda görüşənədək".

Əlaqəli xəbərlər