“Nəhayət ki “-ov”, “-yev” soyad sonluqlarından xilas olmalıyıq!” – Sabir Rüstəmxanlıdan ÇAĞIRIŞ

sabir rus 1

Soyad sonluqlarının milliləşdirilməsi çox vacib məsələdir. Güman edirəm ki, bu,  günümüzün aktual mövzusudur. 1992-ci ildə soyad sonluqlarının milliləşdirilməsi ilə bağlı parlamentin qərarı olub”.

Bu fikirləri Modern.az-a Milli Məclisin depuatı Sabir Rüstəmxanlı -“ov”, “-yev” soyad sonluqlarından hələ də tamamilə imtina edilməməsinə münasibət bidlirərkən deyib.

Sabir Rüstəmxanlı hesab edir ki, soyadlarımız  “-ov”, “-yev” sonluqlarından təmizlənməlidir:

“Bu soyadlarımızın dəyişdirilməsi deyil. Sadəcə rus sonluq şəkilçilərindən imtinadır. Bununla bağlı müəyyən vairantlar da təklif olunub.  O vaxtkı parlamentin qərarı nəzərə alınsaydı, çoxdan soyadlarımız “-ov”,  “-yev” sonluqlarından xilas olmuşdu”.

Deputat kənar soyad sonluqları ilə yaşamağın uğurlu olmadığını da qeyd edib:

“Bununla bağlı həm mənim, həm də həmkarım Rafael Hüseynovun zaman-zaman təklifləri olub. Nizami Cəfərov bu işlə məşğul olub. AMEA-ya bu məsələnin həll edilməsini tapşırmışıq. Müəyyən təkliflər hazırlanıb. Nə qədər təklif hazırlansa da, sonda sənədləri hazırlayan qurumların nəzarətindən keçir. Milli iradəyə və şəxslərin təəssübküşliyinə qalanda təəssüf ki, sona kimi heç nə həll olunmur. Çünki bəzilərinin buna nə həvəsi, nə də marağı var. Soyad məsələsi milli atributlardan biridir. Kənar soyadlarla yaşamaq millətə yazıqlıq gətirir.  Çox istərdim ki, soyad sonluq məsələsi həll olunsun”.

Əlaqəli xəbərlər